Fevralın 21-də Bakı Slavyan Universitetində “Slavyanın səsi” adlı musiqi yarışmasının yarımfinalı keçirilib. Tədbiri tərbiyə işləri üzrə prorektor, dosent Xanım Sultanova açıq elan edərək yarımfinala vəsiqə qazanan tələbələrə uğurlar diləyib.

Mektebgushesi.az xəbər verir ki, prorektorun sözlərinə görə, layihənin keçirilməsində əsas məqsəd tələbələr arasında bədii yaradıcılığa marağı artırmaq, onların asudə vaxtının səmərəli keçirilməsini təşkil etməkdir. Tədbirdə 3 komanda 8 yarımfinalçı iştirak edib. Onlardan 3 iştirakçı finala vəsiqə qazanıb. Yarışmada komandaların rəhbərləri Cavid Hüseynli, Aytac Samullayeva, Namiq Fərəcov münsif qismində çıxış edirlər.

Qeyd edək ki, “Slavyanın səsi” adlı mahnı müsabiqəsində qalib gələn finalçı “Tələbə baharı” ümumrespublika tələbə yaradıcılıq festivalında iştirak edəcək.

Bənzər yazılar