Fevralın 19–da Ağcabədi şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi Filialının Tarix və coğrafiya fakültəsinin IV tədris ili tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan “Sağlam gələcək, İdmanla gələcək” adlı gənclərin regional voleybol yarışı layihəsinin üçüncü və sonuncu zona seçimləri keçirilib. Yarışlar ADPU-nun Ağcabədi Filialının idman zalında təşkil edilib.

ADPU-nun Ağcabədi Filialının direktoru, dosent Mətanət Fərzəliyeva çıxış edərək qonaqları salamlayıb, iştirakçı komandalara uğurlar arzulayıb. Dosent M.Fərzəliyeva ADPU-nun Ağcabədi Filialının tələbəsinin layihə rəhbəri olduğu bu yarışların gəncllərin regional inkişafına bir gənc, ADPU-nun bir tələbəsinin töhfəsi olduğunu qeyd edib.

ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin mütəxəssisi (ictimai əsaslarla) Cavid Hüseynov çıxış edərək ADPU-da son illər aparılan islahatlardan, universitetdə tədrisin keyfiyyəti və tələbələrin ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan, xüsusən Azərbaycan Müəllimlər İnstitutunun ADPU-ya qoşulmasından sonra ölkənin ən böyük universitetlərindən birinə çevrilən ADPU-nun ölkənin 5 fərqli regionunda yerləşən filiallarına ayrılan diqqət və qayğıdan, filial tələbələrinin ictimai işlərə cəlbindən danışıb.

Sonra yarışlara start verilib. Beş komanda arasında gedən gərgin mübarizənin sonunda “Sabah” komandası qalib gələrək final mərhələsinə vəsiqə qazanıb.

Sonda komandaların təltif edilməsi mərasimi keçirilib və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, yarışların final mərhələsinin fevralın 20-də Ağcabədidə keçirilməsi planlaşdırılıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəs

Bənzər yazılar