Fevralın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya, Fizika və texnologiya, Kimya və biologiya, Riyaziyyat və informatika, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Tarix və coğrafiya, İbtidai təhsil, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültələrində və SABAH qruplarında 2018-2019-cu tədris ilinin yaz semestrində əyani və qiyabi təhsilalma forması üzrə keçiriləcək pedaqoji təcrübəyə həsr olunmuş konfranslar keçirilib. Konfranslarda fakültə dekanları, kafedra müdirləri, Təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyanın üzvləri, pedaqoji təcrübə rəhbərləri, təcrübə keçəcək tələbələr iştirak ediblər. Filologiya fakültəsində keçirilən konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov iştirak ediblər.

Filologiya fakültəsinin dekanı, professor Mahirə Hüseynova, Fizika və texnologiya fakültəsinin dekanı, dosent Arzu Daşdəmirov, Kimya və biologiya fakültəsinin Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının müdiri Reyhan Ağayeva, Riyaziyyat və informatika fakültəsinin dekan müavini, dosent Allahverdi Cəfərov, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva, Tarix və coğrafiya fakültəsinin dekanı, dosent Şahin Pənahov, İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültəlsinin dekanı, dosent Laçın Həsənova və SABAH qruplarının koordinator rəhbəri Lalə Mürsəlbəyova çıxış edərək pedaqoji təcrübə haqqında tələbələrə ətraflı məlumat verərək təcrübə müddətində universiteti layiqincə təmsil etməyi tövsiyə ediblər və onlara uğurlar arzulayıblar. Qeyd edək ki, Fizika və texnologiya fakültəsində pedaqoji təcrübənin başlanmasına həsr olunmuş konfransda Bakı Avropa Liseyinin direktoru, beynəlxalq təhsil eksperti, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə Veyisova iştirak edib.

Konfranslarda qeyd edilib ki, pedaqoji təcrübə tələbələrin həyatında mühüm və məsuliyyətli mərhələdir. Pedaqoji təcrübə tələbələrin müəllimliyə doğru atdıqları vacib addımdır. Pedaqoji təcrübə tələbə-gənclərin müəllim kimi formalaşmasında əhəmiyyətli rol oynayır.

Məlumat üçün bildirək ki, bu il ADPU-nun 3822 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. Onlardan 2463 nəfər ali təhsilin bakalavriat səviyyəsində təhsil alan tələbələrdir. Ali təhsilin magistratura səviyyəsində 397 nəfər elmi-pedaqoji təcrübə keçəcək. ADPU-nun filiallarının 799 nəfər tələbəsi, Davamlı təhsil və təlim şöbəsinin 163 nəfər tələbəsi pedaqoji təcrübə keçəcək. ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri pedaqoji təcrübənin ikinci

mərhələsinə başlayırlar. Belə ki, ADPK-də pedaqoji təcrübə 20 həftə müddətində, iki mərhələdə keçirilir, birinci hissəsi keçirilib. Pedaqoji təcrübənin keçirilməsi ilə bağlı Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti və bəzi özəl müəssisələrlə razılıq əldə edilib. Universitetin tələbələri Təhsil Nazirliyinin 7 tam orta məktəbində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 müəssisəsində, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 79 tam orta məktəbində, Bakı Şəhər İcra Hakimiyyətinin 10 uşaq bağçasında və 2 özəl müəssisədə təcrübə keçəcəklər. Təcrübə 14 həftə (70 gün) davam edəcək.

Konfranslarda təcrübə keçəcək tələbələri maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəs

Bənzər yazılar