Fevralın 21-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli demokrat yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyinə həsr edilən tədbir keçiriləcək.

AMEA-dan  mektebgushesi.az-a bildirilib ki, Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən keçiriləcək tədbirdə böyük sənətkarın həyat və yaradıcılığı haqqında məruzələr dinləniləcək.

Qeyd edək ki, Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda daim mübarizə aparıb. Onun dərin humanist məzmuna malik dram və nəsr əsərləri, bədii publisistikası özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.

Bənzər yazılar