Mektebgushesi

Təhsil müəssisələrində Nəsimiyə həsr olunan ədəbi-bədii gecələr və müsabiqələr keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiq edib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  mektebgushesi.az-a bildirilib ki, tədbirlər planına əsasən, 2019-cu il ərzində ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elm konfrans, simpozium və seminarların keçirilməsi, dahi şairin ədəbi irsi ilə bağlı […]

Bakı məktəblisinin layihəsi birinci yerə layiq görülüb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşlarının rəhbərliyi altında yerinə yetirilən layihələr mükafata layiq görülüb. Akademiyadan  mektebgushesi.az-a bildirilib ki, Bakı Avropa Liseyinin 9-cu sinif şagirdi İsgəndər Yusifzadə “Sabahın alimləri“ VIII Respublika müsabiqəsinin “Biologiya” nominasiyası üzrə 1-ci yerə layiq görülüb. Bakı Dövlət Universitetinin nəzdində Gənc İstedadlar Liseyinin 9-cu sinif şagirdləri Nicat Ömərli və Məryəm Bayramova isə “Fizika” nominasiyasında […]

Aynur Sofiyeva: “Həmcinslərin Nikahını Bizə Ailə Modeli Kimi Göstərirlər”

“Bu gün dünyada ailə dəyərləri deformasiyaya uğrayır” Mektebgushesi.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.Sədr müavini qeyd edib ki, dəyərlər sisteminə baxanda sərt hüdudların silindiyini görürük: “Bizim üçün hazırda vacib olan problemlərin kökünün […]

İşarə dilinin 5 əsas faydası

İşarə dili təkcə eşitmə duyğusunda problemi olan insanlarda yox, sağlam olan körpə və uşaqlar baxımından da olduqca mühümdür. Aparılan araşdırmalar göstərir ki, körpə işarə dilinin beyin və dil bacarığının inkişafı məsələsində olduqca təsirlidir. Bəs, faydaları nələrdir? Körpə, uşaq və böyüklərə görə qruplara bölünən işarə dili təhsili, xüsusilə də danışmağa başlamayan uşaqlara çox faydalıdır. Başa salmaq […]

İndoneziyanın ölkəmizdəki səfiri AzMİU-da olub

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru, professor Gülçöhrə Məmmədova İndoneziya Respublikasının Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə görüşüb. Görüşdə səfirin müavini, Beynəlxalq əlaqələr üzrə prorektor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev də iştirak edib.  Qonaqları səmimi salamlayan rektor ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkə Prezidenti İlham Əliyevin müsəlman ölkələri […]

Məktəb direktoru ilə dalaşan Rza Rzayev Cinayət işinin açılmasından danışdı

Məktəb direktoru ilə dalaşaraq, gündəmə gələn, “Drakon” ləqəbli aktyor Rza Rzayev barəsində cinayət işinin açılmasından danışıb. Mektebgushesi.az xəbər verir ki, Musavat.com saytına açıqlama verən aktyor yayılan xəbərlərdən məlumatsız olduğunu bildirib: “İlk dəfə sizdən eşidirəm. Mənə istintaq materialları təqdim olunmayıb. Bu haqda danışmaq istəmirəm. Bu xəbəri yayan da istintaq materialını yayıb, qanunsuz addım atıb. Onunla bağlı vəsatət […]

Universitetlərdə artımla təqaüd alacaq tələbələrin sayı

Azərbaycan Prezidenti İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb. Maraqlıdır, universitetlərdə təhsil alanların neçə nəfəri bu sərəncamdan bəhrələnə biləcək. Mektebgushesi.az xəbər verir ki, Hafta.az bir neçə universitetin mətbuat xidməti ilə əlaqə […]

İşə qəbul imtahanında ən yüksək bal toplamış kənd müəllimi

Müəllimlik müqəddəs peşədir. Bunu layiqincə yaşatmaq isə hər kəsə nəsib olmur. Bu gün daha yaxından tanıyacağınız şəxs 2017-ci ildə müəllimlərin işə qəbulu – MİQ – imtahanında 60 bal – ən yüksən bal toplayan İsgəndər Səmədovdur. Yüksək bal toplamasına baxmayaraq, kənd məktəbini seçib və deyir ki, potensiallı və savadlı müəllimlər şəhər yerində çoxdur. Kənd yerində cavan […]

ATU ilə “British Council Azərbaycan” ofisi arasında əməkdaşlıq müzakirə olunub

Bu gün “British Council Azərbaycan” ofisinin direktoru Summer Xianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin(ATU) qonağı olub. ATU-nun rektoru professor Gəray Gəraybəyli qonaqları salamlayaraq onlara universitet haqqında geniş məlumat verib. Həmçinin, ATU-da ingilis dilində dərs keçən müəllimlər üçün aparılan imtahanlardan danışılıb. Tələbələr üçün ingiliscə təlimlərin təşkilinin zərurəti qeyd edilib. Bu təlimlərin “British Council Azərbaycan” […]

ADU böhtan xarakterli yazılarla bağlı məhkəməyə müraciət edəcək

Azərbaycan Dillər Universitetinin Elmi Şurasının növbəti iclası keçirilib. Universitetin rektoru akademik Kamal Abdullanın və professor-müəllim heyətinin iştirak etdiyi iclasda son vaxtlar müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla bağlı xüsusi müzakirə aparılıb. Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların […]

Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib

BHu gün Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün “Bazar Günü” məktəbinin acılış mərasimi kecirilib. Mektebgushesi.az  xəbər verir ki, səfir Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycanda uşaqlara olan dövlət qayğısından danışıb, Heydər Əliyev tərəfindən uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış siyasət haqqında məlumat verib.Səfir cıxışında həmcinin, Azərbaycan prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən […]

Kolleclərdə oxumaq istəyən əvvəlki illərin məzunlarının nəzərinə – İmtahanların vaxtı bilindi

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən cari ildə keçirilməsi nəzərdə tutulan ümumi və tam orta təhsil bazasında təhsilalanların buraxılış imtahanlarının, I-V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının, ərizə qəbulunun, ixtisas seçiminin, magistratura və rezidenturaya ixtisaslaşma seçiminin, kolleclərə ərizə qəbulunun, eləcə də digər tədbirlərin tarixləri müəyyən olunub. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, əvvəlki illərin məzunları üçün ümumi […]

“Azərbaycan məktəbi” jurnalı nüfuzlu elmi indekslərdə

Yeni forma və məzmun nə vəd edir? “Azərbaycan məktəbi” Beynəlxalq akademik dərgisi pedaqoji mətbuat tariximizin ən uzunömürlü elmi-pedaqoji jurnalı hesab olunur. Jurnal 1924-cü ildən mütəmadi olaraq Azərbaycan müəllimlərinin, elmi-pedaqoji ictimaiyyətinin görüşünə gəlir. Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-nəzəri orqanı olan bu jurnal ölkənin pedaqoji mətbuat orqanları arasında uzunömürlülüyü ilə yanaşı, həm də dərc olunan məqalələrin elmi […]

ADNSU ilə “Schlumberger” şirkəti arasında əməkdaşlığa dair birgə plan hazırlanacaq

Fevralın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “Schlumberger” şirkətinin Rusiya, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə qazma qrupunun direktoru Ələkbər Axverdiyev və “MMS Holdings Group” şirkətinin texniki direktoru, professor Oktay Məmmədbəyovla görüşüb. Mektebgushesi.az xəbər verir ki, ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, elmi […]

Aİİ-də “Xocalıda məhv olmuş 8 ailə” filmi nümayiş etdirilib

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 fevral 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyi tərəfindən lentə alınan “Xocalıda məhv olmuş 8 ailə” filminin nümayişi keçirilib. Tədbirdə AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” […]