Mektebgushesi

Sankt-Peterburq şəhərində universitet binası cöküb

Rusiyanın Sankt-Peterburq şəhərində universitet binasının dam örtüyü beşinci mərtəbədən ikinciyə qədər çöküb.  Mektebgushesi.az “RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, Lomonosov küçəsi, ev 9-da Sankt-Peterburq İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin beşmərtbəli binasında dam örtüyünün pilətələri ikinci mətəbəyə qədər uçub. Onun […]

Macarıstan universitetində Azərbaycan guşəsi yaradılacaq

Macarıstanın Dunaujvaros Universitetinin kitabxanasında Azərbaycan guşəsi yaradılacaq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) mektebgushesi.az -a bildiriblər ki, bununla əlaqədar ali məktəbin Azİİ Elektron Kitab Evi Dunaujvaros Universitetinin kitabxanasına Azərbaycan və xarici dillərdə nəşr olunmuş 23 adda kitablar hədiyyə edib.

Rezidenturaya qəbul imtahanına 140 nəfər ərizəsini təsdiqlədib

2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlərin sənəd qəbulu internet vasitəsilə aparılır. Mektebgushesi.az Dövlət İmtahan Mərkəzinin (DİM) saytına istinadla xəbər verir ki, fevralın 16-na olan məlumata görə, qəbul imtahanında iştirak etmək üçün 140 nəfər (Azərbaycan bölməsi üzrə 132, rus bölməsi üzrə 12) ərizəsini təsdiqlədib. Ərizə qəbulu fevralın 14-dən başlayıb. İmtahanda iştirak […]

Natiq Cəfərli: “Tələbə kreditlərinin şərtləri yüngül və əlçatan olmalıdır”

Azərbaycanda yeni tələbə kredit sisteminin yaradılması ilə bağlı sənəd layihəsi yaxın zamanlarda hökumətə təqdim ediləcək.Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.2015-ci ildən Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondunun yaradıldığını deyən C.Bayramov əlavə edib ki, hazırda fond bir neçə ali məktəbin təsisçiliyi ilə fəaliyyət göstərir.Lakin nazir hesab edir ki, yalnız ali məktəblərin daxili potensialları hesabına […]

UFAZ-da mediatur təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) ADNSU-nun İctimai Etimad Şurasının üzvləri və media nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub. AZƏRTAC xəbər verir ki, mediatur zamanı Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov və baş katibi Şarlot Payen UFAZ haqqında təqdimatla çıxış ediblər. Tədbir iştirakçılarına UFAZ-da qəbul qaydaları, tədris prosesi və […]

Aİİ və “Kitabevim.az” “Dinimiz – xalqımızın milli sərvətidir” müsabiqəsinə start verib

Azərbaycan İlahiyyat İnstitutu və “Kitabevim.az” Kitab Mağazalar Şəbəkəsinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Dinimiz – xalqımızın milli sərvətidir” müsabiqəsinə start verilir. İnstitutdan  bildirilib ki, sosial şəbəkə vasitəsilə təşkil olunacaq müsabiqə dini dəyərlərimizin qorunması, mütaliə, maariflənmə və oxuma mədəniyyətinin təbliği, zənginləşdirilməsi məqsədi daşıyır. Müsabiqədə iştirak etmək istəyən sosial şəbəkə istifadəçisi kreativ şəkil çəkdirməli və həmin kitabdan […]

“Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib

Fevralın 16-da Bakıda “Ədəbiyyat biliciləri” müsabiqəsinin şəhər mərhələsi keçirilib. Müsabiqənin şəhər mərhələsində Bakı şəhərinin 12 inzibati rayonu üzrə ümumi təhsil məktəblərindən 159 şagird iştirak edib.Onlardan 74-ü VIII-IX, 85-i isə X-XI sinif şagirdləri olub. Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat […]

Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir

Prezident İlham Əliyevin tələbə və doktorantların təqaüdlərinin artırılması ilə bağlı sərəncamları təkcə humanitar müstəvidə deyil, eyni zamanda, ictimai-siyasi müstəvidə də son dərəcə böyük rezonans doğuran, son dərəcə dəyərli qərardır. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla deyib. K.Abdulla bildirib ki, bu sərəncamlar təkcə bir gəncin təqaüdünün artırılması […]

Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 25 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən beş dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir. Mektebgushesi.az – a DİM-dən verilən məlumata görə fevralın 16-na olan məlumatda deyilir ki, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 25 nəfər ərizə verib. Ümumilikdə Hesablama Palatasında 6, […]

Peşə məktəblərində təhsil alan 3432 şagird sabah buraxılış imtahanı verəcək

Fevralın 17-də respublikanın 23 şəhər və rayonunda ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan 3432 şagird buraxılış imtahanı verəcək. Dövlət İmtahan Mərkəzindən (DİM) mektebgushesi.az -a bildirilib ki, saat 11:00-da başlayacaq imtahanların idarə olunmasına 34 imtahan rəhbəri, 314 nəzarətçi-müəllim ayrılıb. İmtahanların keçirilməsi üçün 25 bina ayrılıb. İmtahan binasına buraxılış saat 10:45-də başa çatır. Bundan sonra gələn […]

IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martda keçiriləcək

Bakı şəhəri və bölgələr üzrə IX siniflər üçün buraxılış imtahanlarının birinci mərhələsi martın 3-ü, 10-u və 17-də, ikinci mərhələsi isə iyunun 2-si, 9-u və 16-da keçiriləcək. Mektebgushesi.az – a Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə əvvəlki illərin məzunları üçün ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanının birinci mərhələsi martın 31-də, ikinci mərhələsi isə iyunun […]

Türkiyənin TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Aİİ-ni ziyarət edib

Türkiyənin TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Murat Akkoç Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Aİİ-nin rektoru Ceyhun Məmmədov qonağı salamlayaraq, hazırda Azərbaycanla-Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. İnstitut haqqında ətraflı məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, […]

Mirzə Ələkbər Sabir Fondu yeni layihəyə start verdi

Mirzə Ələkbər Sabir Fondu dünya klassiklərinin yaradıcılığına xitabən özünün yüksək mənəvi-əxlaqı dəyərlərinə görə dünya çapında əhəmiyyət kəsb edən parlaq nümunələri Azərbaycan oxucusuna daha yaxın etmək üçün yeni bir layihəyə start verdi. Mərkəzi Elmi Kitabxanada baş tutan layihənin təqdimat tədbirində ziyalılar, yazıçılar, elm adamları, vətəndaş cəmiyyətinin ictimai fəalları, jurnalistlər, mətbuat nümayəndələri, müəllimlər, tələbələr iştirak edirdilər. Tədbiri […]

İmadəddin Nəsiminin “Divan”ı muzeyə hədiyyə edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib. Muzeydən AZƏRTAC-a bildiriblər ki, bu müəssisəyə nadir kitablar daxil edilib. Həmin kitablar görkəmli Azərbaycan şərqşünası, tarixçi alim Əjdər Ələsgərzadənin şəxsi arxivindəndir. Nəşrləri alimin qızı, MATM-ın Numizmatika fondunun müdiri Zümrüd Ələsgərova muzeyə hədiyyə edib. Kitabların içində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin XVI əsrə aid […]

Gənc qız “kişi sənəti”ni öyrənir

18 yaşlı Kifayət Hüseynova bir neçə ildir ki, qaynaqçılıq peşəsini öyrənir.Mektebgushesi.az Teleqraf.com-a istinadən bildirir ki, texnika və texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 2-ci kursunda oxuyan Kifayət Hüseynovanın qaynaqçılığa sevgisi o qədər çox olub ki, orta məktəbin 9-cu sinifində təhsilini dayandırıb, peşə məktəbinə yazılıb. Valideynləri onu fikrindən döndərə bilməyiblər. Kifayət Hüseynova deyir ki, qaynaqçı […]