Mektebgushesi

Qəbul imtahanlarının II mərhələsi üzrə keçirlən onlayn sınaq imtahanlarına qeydiyyat başlayıb

Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq. Mektebgushesi.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə otk.az portalı vasitəsilə mütamadi onlayn sınaq imtahanları keçiriləcək. Onlayn sınaq qəbul imtahanlarının həm birinci (cari ilin məzunları üçün buraxılış), həm də ikinci mərhələsi üzrə […]

Məleykə Abbaszadə Naftalan şəhərində vətəndaşları qəbul edib

DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə fevralın 15-də şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Naftalan şəhərində vətəndaşları qəbul edib. Mərkəzdən mektebgushesi.az -a verilən məlumata görə, qəbulda Naftalan şəhərinin sakinləri ilə yanaşı Mingəçevir şəhər, Yevlax, Ağdaş, Goranboy rayonlarının sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi […]

Müəllimlərimizə Lester Universitetinin sertifikatları təqdim edilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Əcnəbi dillər kafedrasının ingilis dili müəllimləri üçün keçirilən “Mini CELTA” təlimi bu gün yekunlaşıb. Təlimdə AzMİU-nun 19 müəllimi iştirak edib. Böyük Britaniyanın Lester Universitetinin mütəxəssisi Dagmara Grabas tərəfindən 1 həftəlik təlimi uğurla başa vuran müəllimlər sözügedən universitetin sertifikatlarını əldə ediblər. Qeyd edək ki, təlim Britisih Council Azərbaycan şirkətinin təşkil […]

Magistr olmaq istəyənlər buraxılış vərəqəsini çap edə bilərlər

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının 1-ci mərhələsi fevralın 24-də keçiriləcək. Namizədlər artıq buraxılış vərəqlərini çap edə bilərlər.  Buraxılış vərəqəsini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=8 linkinə daxil olmaq lazımdır. Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər […]

Qəbul imtahanlarına sənəd qəbuluna 5 martda başlanacaq

Ali təhsil müəssisələrinə sənəd qəbulu 5 mart – 15 aprel tarixlərində aparılacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumatda qeyd olunur ki, I, II,III, IV və V qruplar üzrə sənəd qəbulu qeyd olunan tarixlərdə internet vasitəsilə aparılacaq. Ərizələrində qəbul imtahanlarının birincisində iştirak etmək istədiklərini qeyd edən abituriyentlərin ikinci imtahanda da iştirak […]

ADAU əməkdaşları Zaqatala DAİM-də təlim keçiblər

2019-cu il fevralın 15 –də Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinin professor-müəllim heyəti Zaqatala rayonunda Dövlət Aqrar İnkişaf Mərkəzində ( DAİM) “Perspektiv taxıl sortları, onların becərilmə texnologiyası və toxumçuluğu” mövzusu üzrə təlim keçmişdirlər. İlk ziyarət Ulu öndər Heydər Əliyevin abidəsindən başlamışdır. Giriş sözü ilə Zaqatala rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Şəfizadə tədbiri açmışdır.Daha sonra aqronomluq fakültəsinin […]

Nadir İsrafilov: “Yeni qaydalar nəticə etibarı ilə kadr hazırlığında daha yaxşı effekt verə bilər”

Hesab edirəm ki, “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı” ilə bağlı qaydalar Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyevin açıqlamasında kifayət qədər aydın və konkret şəkildə şərh olunub: “Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, […]

Təqaüdlərin artırılmasıyla bağlı sərəncam özəl universitetlərin tələbələrinə də şamil olunacaq

“Təqaüdlərin artırılmasıyla bağlı sərəncam Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələriylə yanaşı, özəl universitetlərin tələbələrinə də şamil olunacaq” Bu barədə Təhsil Naziri Ceyhun Bayramov mətbuat konfransında çıxışı zamanı deyib. O, artımın göstərilən kriteriyalara uyğun bütün tələbələrə şamil olunacağını bildirib: “Təqaüdlərin artırılmasıyla bağlı sərəncam Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələriylə yanaşı, özəl universitetlərin tələbələrinə də […]

Azərbaycanlı gənclər IELTS və TOEFL qazanmadan xarici universitetlərdə oxuya bilərlər

Bu gün dünya  və Avropanın əksər universitetlərində təhsil almaq istəyən gənclərin qarşısına çıxan əsas öhdəlik  beynəlxalq ingilis dili sertifikatıdır. Xarici universitetlərdə təhsil almaq istəyən gənclər beynəlxalq dil sertifikatlarından birini almalıdır. Hazırda ingilis dilli təhsil sistemi üzrə ən çox yayılan iki Beynəlxalq dil sertifikatı verən imtahan var. Bunlardan biri IELTS, digəri isə TOEFL imtahanıdır. Maraqlıdır, bəs […]

“Sabahın alimləri” müsabiqəsinin daha bir qızıl medalçısı – Selcan Nurullayeva

Bakı şəhəri 177 nömrəli tam orta məktəbin X sinif şagirdi Selcan Nurullayeva “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. S.Nurullayeva müsabiqədə “Biologiya” nominasiyası üzrə I yeri tutaraq qızıl medalla təltif edilib. Bu uğuruna görə S.Nurullayeva 12-17 may 2019-cu il tarixində ABŞ-ın Finiks şəhərində keçiriləcək İntel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək imkanı əldə edib. Selcan Nurullayeva müsabiqədə […]

ADPU-da Təcrübə Komissiyasının geniş tərkibdə iclası keçirilib

Fevralın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Təcrübə Komissiyasının geniş tərkibdə iclası keçirilib. İclasda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris Departamentinin direktoru, dosent Sənan Əliyev, direktor müavini, dosent Ənvər İmanov, Təcrübə rəhbəri Qəmər Qəribova, Təcrübə Komissiyasının üzvləri, metodika, pedaqogika və psixologiya kafedralarının müdirləri, fakültə üzrə tərcübə rəhbərləri, ixtisaslar üzrə metodistlər, pedaqoqlar, psixoloqlar iştirak ediblər. İclasda […]

ATU-da V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başladı

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) V Bakı-Malatya Orqan Transplantasiya Günləri konfransı başlayıb. Konfrans ATU-nun I cərrahi xəstəliklər kafedrasının 100 illik yubileyinə həsr olunub. Konfrans öz işinə Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi ilə başladı. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, ATU-nun TCK-nın direktoru, professor Surxay Hadıyev açılış nitqi ilə çıxış […]

Firudin Qurbanov gənc alim və mütəxəssislərlə görüşüb

Firudin Qurbanov fəlsəfə və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc alim və mütəxəssislərlə görüşüb Universitetdən mektebgushesi.az – a verilən məlumata görə, Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firidun Qurbanov 2018-ci il üçün təsdiq olunmuş qəbul planına uyğun olaraq fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya qəbul olunmuş gənc […]

Məktəblilər arasında basketbol turniri keçirilib

“Həmrəylik kuboku – məktəblilər arasında basketbol turniri” layihəsində 3-cü yer uğrunda matç və final oyunu keçirilib. Mektebgushesi.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Elmar Rzalının həyata keçirdiyi layihə çərçivəsində baş tutan oyun Qazax Olimpiya İdman Kompleksində reallaşıb. Belə ki, bürünc medallar uğrunda gedən mübarizədə A.Mustafayev adına […]

Məşhur Azərbaycanlı Elm Adamından Dünyanı Silkələyəcək Açıqlama: “Ölümün Də Qarşısını Ala Biləcəyik”

Allahverdi Şahverənov: “İkinci hədəfim isə dünyaca nüfuzlu tədqiqat mərkəzi yaratmaqdır” Mükəmməl təhsil almaq, elmdə öz yerini qazanmaq və insanlığa töhfə vermək üçün Allahverdi Şahverənov da Azərbaycanda orta və ali təhsil aldıqdan sonra uzaq Çinə üz tutub. Dünyanın elm və innovasiyalar nəhəngləri arasında öncüllərdən olan Çin Allahverdiyə nələr verib? Bu günlərdə Prezident İlham Əliyevin sərəncamı ilə […]