Mektebgushesi

Respublika fənn olimpiadalarının rayon mərhələsinin nəticələri məlumdur

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Nəticələrə əsasən, bütün fənlər və siniflər üzrə 40 faiz və yuxarı (fizika fənni üzrə 10-cu sinif şagirdləri üçün isə 30 faiz və daha yuxarı) nəticə göstərmiş şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Mektebgushesi.az -ın Təhsil Nazirliyinə istinadən  verdiyi məlumata görə, respublika mərhələsinin yarımfinal turunda […]

Böyükağa Mikayıllı: Dünuyanın təhsil mənzərəsi

Web of Science bazasına jurnal seçimi necə aparılır? II yazı. Əvvəli linkdə (https://mektebgushesi.az/2019/02/08/boyukaga-mikayilli-beyn%C9%99lxalq-indeksl%C9%99r%C9%99-nec%C9%99-uzv-olmali/) Web of Science Core Collection (WoS) akademik materialların referativ bazalarını birləşdirir. O hər jurnalın ayrıca impakt factor aldığı dünyanın ən iri axtarış platformalarından biri hesab edilir. 2016-cı ildən Clarivate Analitics şirkəti tərəfindən idarə olunan platforma özündə təbiət, texniki, sosial və humanitar elmlər […]

Cəsarət Valehov: “110 minə yaxın tələbənin sosial müdafiəsi gücləndiriləcək”

Tələbə, magistr  və  doktorantların təqaüdülərinin artırılması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla 110 minə yaxın təhsilalanın sosial müdafiəsi gücləndiriləcək.  Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov özünün facebook profilində bildirib ki, dövlət büdcəsinin vəsaiti hesabına 2019-cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20%-ə yaxın artacaq.

Tələbələrin təqaüdləri artırildi

Prezident İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb.  Mektebgushesi.az-ın məlumatına görə, sərəncama əsasən, dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə […]

ATU-da Startapla bağlı seminar keçirilib

Azərbaycan Tibb Universitetində 2019-cu ilin 7-8 fevral tarixlərində startap qrupunun tələbələri üçün “İnnovativ ideyaların biznesə çevrilməsi” mövzusunda 2 günlük seminar keçirilmişdir. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, iki gün davam edən seminar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 10 yanvar tarixli 881 saylı “Azərbaycan Respublikasında innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında” sərəncamdan irəli gələn […]

ADU-nun Hüquq şöbəsinin müdiri haqqında yayılan böhtanlara etirazını bildirib

Bu gün müxtəlif mətbuat orqanlarında Azərbaycan Dillər Universiteti haqqında həqiqətə uyğun olmayan, böhtan xarakterli yazı dərc olunub. Yazıda adı keçən şəxslərdən biri də universitetin Hüquq şöbəsinin müdiri İlkin Əkbərlidir.Universitetdən Mektebgushesi.az -a verilən xəbərə görə, saxta adla, heç bir fakta söykənməyən mülahizələri ilə ictimai rəyi çaşdırmaq istəyən, universitetin nüfuzuna xələl gətirən “yazı müəllifi” iddia edir ki, […]

“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Sosial və İqtisadi İnkişaf qurumunun (Economic Social Development – ESD) təşkilatçılığı ilə “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda 37-ci beynəlxalq elmi konfrans keçirilib. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, Park Inn otelində təşkil olunan beynəlxalq konfransın açılış mərasimində  təşkilatçılarla yanaşı, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, […]

ADPU Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirib

Fevralın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə ADPU-nun baza məktəbi olan Bakı şəhəri, Məmməd Rahim adına 7 nömrəli tam orta məktəbdə 14 Fevral- Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları, tanınmış uşaq yazıçısı, Filologiya fakültəsinin Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının professoru Zahid Xəlil, uşaq […]

Təhsil nazirinin Ucar şəhərində vətəndaşları qəbul etmək vaxtı dəyişdirilib

Təhsil naziri Ceyhun Bayramovun Ucar şəhərindəki Heydər Əliyev Mərkəzində Ucar, Zərdab, Kürdəmir, Göyçay rayon sakinlərinin 2019-cu il 15 fevral tarixinə nəzərdə tutulmuş qəbul etmək vaxtı dəyişdirilib. Nazirlikdən mektebgushesi.az -a bildiriblər ki, qeydiyyatdan keçmiş vətəndaşlara qəbul vaxtı barədə əlavə məlumat veriləcək.

Günəş fəallığı çox aşağı səviyyədə qalacaq

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası fevralın 14-nə olan kosmik hava durumunu açıqlayıb. Rəsədxanadan  mektebgushesi.az-a bildiriblər ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə olunmayıb. 2 MeV-dən çox enerjili elektron seli […]

Gənc prorektor Ülkər Səttarova: “Cavan nəslin nümayəndəsi olduğumuz üçün tələbələrin problemlərini daha yaxşı başa düşürük”

İşi təhvil vermək üçün son tarix məsələsinə yanaşması fərqlidir. Deyir ki, adətən, işi təhvil vermək üçün qoyulan son tarixdən 3 gün öncə hazır edəcək. Bu işdə onun köməyinə gələn daha bir faktor isə riyaziyyatçı olmağıdır. Yəni zamandan səmərəli yararlana bilib. İşə bu cür yanaşması sayəsində isə karyerasında irəliləmələr sürətli gedib. Müsahibimiz gənc yaşda Memarlıq və İnşaat […]

İxtisas qruplarından çıxarılan, başqaları ilə birləşdirilən ixtisaslar- Tam siyahı

Təhsil Nazirliyin şöbə müdiri Yaqub Piriyev Təhsil Tv-də yayımlanan “Həftənin sualı”nda qonaq olub. O, ixtisasların təsnifatında edilən dəyişiklər barədə ətraflı məlumat verib. Mektebgushesi.az Yaqub Piriyevin ixtisas qrupları və ixtisaslara edilən dəyişiklər haqqında verdiyi məlumatları təqdim edir: “Təhsil ixtisasları qrupunda hazırda 21 ixtisas var. Rəqs müəllimliyi təsnifatdan çıxarılıb. Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri çıxarılıb. Çıxarılan […]

Yerevanda Universitet tələbələri rektorun istefasını tələb edirlər

Yerevanda Dövlət Universitetinin (YDU) tələbələri rektor Aram Simonyanın istefasını tələb edirlər. Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir. Tələbələr hesab edirlər ki, rektorun rəhbərlik etdiyi YDU-nun Himayəçilik Şurası onların tələblərini nəzərə almır və universitetin inzibati idarəetməsi ilə bağlı vəziyyəti düzəltmir.  Onların sözlərinə görə, şura bir sıra mövcud problemləri həll etmir. Bu baxımdan, onlar şura rəhbəri […]

Yaqub Piriyev: Yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq

“Nazirlər Kabinetinin təsdiqlədiyi “Ali təhsilin bakalavriat (ali baza tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni yaradılan və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq”.  Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib.  Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulur: “Bu təsnifatlar 3 il ərzində aparılan […]

Ekspert: “4-cü qrupda 600-dən yüksək bal toplayanlar çaş-baş qalıb”

Mövcud 175 ixtisasın sayı 148-ə qədər azaldılıb, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.  “Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev müsahibəsində verib. O bildirib ki, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb və əmək bazarının tələbatına uyğun bir sıra […]