Mektebgushesi

20 saylı məktəb-liseydə müəmmalı “Whatsapp” sorğusu

Bakı şəhəri, Yasamal rayonu 20 saylı məktəb-liseylə bağlı şikayətlər var. Mektebgushesi.az xəbər verir ki, məktəb şagirdlərinin valideynləri tərəfindən Modern.az-a daxil olan şikayət hər ay ailələrə məxsus məlumatların toplanması ilə bağlıdır.Adının çəkilməsini istəməyən valideynlər bildirir: “Hər ay sinifin “Whatsapp” qrupuna eyni məzmunlu mesajlar yazılır. Valideynlərin, evdə yaşayan digər şəxslərin şəxsiyyət vəsiqələrinin surəti, poçt indeksi, uşaqların məktəbə hansı nömrəli […]

Elmi Şurada Paşa Kərimovun 60 illik yubileyi qeyd olunub

11 fevral 2019-cu ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda Elmi Şuranın növbəti iclası keçirilib. İclası instuitun direktoru, akademik Teymur Kərimli açaraq, elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovu 60 illik yubileyi münasibətilə təbrik edib, ona elmi, ədəbi-bədii yaradıcılığında uğurlar arzu edib. O, Paşa Kərimovun yaradıcılıq diapozunun geniş olduğunu, orada elm, […]

Kurikulum üzrə imtahana hazırlaşanlar üçün “Azərbaycan dili” vəsaiti nəşr olunub

Yeni təhsil proqramı (kurikulum) üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün “Azərbaycan dili” vəsaiti nəşr olunub DİM-dən  Mektebgushesi.az -a verilən məlumata görə, vəsait “Azərbaycan dili” fənninin dörd məzmun xəttini: Dinləyib-anlama və danışma, Oxu, Yazı, Dil qaydalarını V-XI siniflər üzrə tam əhatə edir. Ardıcıl şəkildə, hər bir məzmun xətti, bütovlükdə fənnin məzmunu anlaşıqlı, aydın […]

Sinif rəhbərləri üçün dövri qrafiklərin hazırlanma qaydası

Ümumi təhsil məktəblərində bütün siniflər üzrə (I-XI) sinif rəhbəri təyin edilir. Sinif rəhbərinin əsas işi şagirdləri şəxsiyyət kimi formalaşdırmaq, onlarda vətəndaşlığı tərbiyə etmək, insanın hüquq və azadlıqlarına hörmət, ətraf mühitə sevgi, vətənə, ailəyə məhəbbət hissləri aşılamaq və s. ibarətdir. Sinif rəhbəri məktəb direktoru tərəfindən təyin edilə və vəzifədən uzaqlaşdırıla bilər. Onların fəaliyyətinə isə tərbiyə işləri […]

“Sabahın alimləri” səkkizinci respublika müsabiqəsinin açılışı olub

Fevralın 12-də “Sabahın alimləri” səkkizinci respublika müsabiqəsinin açılış mərasimi olub. Mektebgushesi.az xəbər verir ki, müsabiqənin keçirilməsinin məqsədi ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin elmi axtarışlara cəlb edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi-tədqiqat işinə meyili olan istedadlı şagirdlərin aşkarlanması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən İntel İSEF–Beynəlxalq Elm və Mühəndislik […]

UNEC dünya alimlərini bir araya gətirir

14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development – ESD) təşkilatı ilə birgə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.  Bakının Park Inn otelində 14 fevral tarixində saat 9:00-da start götürəcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və […]

Azərbaycan alimləri yeni velosiped ixtira ediblər

Azərbaycan alimləri tam ötürməli yeni velosiped ixtira ediblər. Mektebgushesi.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Yeni velosipedin müəllifləri isə akademiyanın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Oktay Salamov və “Azalternativenerji” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş mexaniki, texnika üzrə fəlsəfə doktoru Əlisgəndər Salamovdur.   Avrasiya Patent Təşkilatı yeni ixtiranı tanıyıb […]

Təhsil Nazirliyi vəzifələrin tutulması üçün müsahibə elan edir

Azərbaycan Respublikasının Təhsil Nazirliyi aşağıdakı vəzifənin tutulması üçün daxili müsahibə elan edi.  – İnsan resursları,Təhsil müəssisələri ilə iş sektoru, aparıcı məsləhətçi – Sumqayıt Şəhər Təhsil Şöbəsi, müdir müavini – Ağsu Rayon Təhsil Şöbəsi, müdir müavini – Tovuz Rayon Təhsil Şöbəsi, müdir müavini – Zərdab Rayon Təhsil Şöbəsi, müdir müavini Müsahibədə inzibati vəzifədə Azərbaycan Respublikasının Təhsil Nazirliyində qulluq […]

ADAU-nun kitabxanasına yeni nərşlər hədiyyə olunub

Zənginliyi ilə diqqəti cəlb edən Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əsaslı kitabxanasına yeni nəşrlərin alınması ilə yanaşı hədiyyə olunması ənənə xarakterini almışdır. Universitetin prorektoru Anar Hətəmovun mektebgushesi.az verdiyi xəbərə görə, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun Xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərova məktub ünvanlayaraq […]

SABAH III Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş keçirilib

Fevralın 11-də Bakı Dövlət Universitetində (BDU) SABAH III Karyera Qış Məktəbi layihəsinin iştirakçıları ilə görüş keçirilib. Tədbirdə BDU-nun rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, SABAH Karyera Akademiyasının rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə SABAH qruplarının İcra Komitəsinin tədris işləri üzrə meneceri Eldar Qocayev bu qrupların fəaliyyəti haqqında […]

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanların vaxtı açıqlanıb

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat V qrup üzrə (bədən tərbiyəsi ixtisası) iyunun 24-dən 28-dək aparılacaq. Dövlət İmtahan Mərkəzindən  mektebgushesi.az-a bildirilib ki, V qrup üzrə bədən tərbiyəsi ixtisası istisna olmaqla qeydiyyat iyunun 24–dən başlanacaq və iyulun 3-dək davam edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları I qrup üzrə iyulun 12-dən 17-dək, […]

Gürcüstanda yaşayan azərbaycanlı şagirdlərlə bağlı araşdırma aparılacaq

“Gürcüstanda milli azlıqların yaşadığı bölgələrin məktəblərində başqa, paralel reallıq mövcuddur”. “Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini İrina Abuladze təhsil üzrə mütəxəssislər və beynəlxalq təşkilatların nümayəndələri ilə imtahanların yeni modeli ilə bağlı keçirdiyi görüşdə bildirib. O deyib ki, əgər buraxılış imtahanlarında müvəffəqiyyətsizlik göstəricisi 20-25 faizdirsə, bunun 20 faizi əsasən milli […]

ADU qalmaqallı dekanla bağlı məlumat yaydı

Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəylinin universitet rəhbərliyinə qarşı irəli sürdüyü əsassız və böhtan xarakterli ittihamlarla bağlı bildirmək istərdik ki, Azərbaycan Dillər Universitetinin filologiya və jurnalistika fakültəsinin dekanlığına 2018-ci ilin sentyabr-dekabr aylarında tələbələrdən daxil olmuş çoxsaylı müraciətlərə baxılmaması ilə əlaqədar filologiya və jurnalistika fakültəsində tədris və təlim-tərbiyə işinin təşkilinin öyrənilməsi ilə bağlı dekabrın 18-də […]

Azərbaycan İlahiyyat İnstitutunun kataloqu çap olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaranma tarixini, missiyasını, məqsədini və digər fəaliyyət sahələrini əks etdirən kataloq çap olunub. Azərbaycan dilində çapdan çıxmış 77 səhifəlik kataloqda İnstitut haqqında ətraflı məlumat və ali təhsil müəssisəsinin həyatını əks etdirən fotolar yer alıb. İnistitutdan mektebgushesi.az -a bildirilib ki, kataloq “Nə üçün Aİİ?”, “Tariximiz”, “Missiyamız”, “Məqsədimiz”, “Əsas dəyərlərimiz”, “Akademik təqvim”, “Akademik […]

Azərkosmos Bakı Ali Neft Məktəbində seminar keçirdi

Bakı Ali Neft Məktəbində (BANM) “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən “Məsafədən müşahidənin əsasları” adlı seminar keçirilib. Seminarda BANM-ın rektoru Elmar Qasımov, Azərkosmosun nümayəndələri, Ali Məktəbin müəllim və tələbələri iştirak ediblər. Ali Məktəbin rektoru bildirib ki, BANM “Azərkosmos” ASC ilə uğurla öz əməkdaşlığını davam etdirir. Rektor bildirib ki, BANM-ın tələbələri “Azərkosmos” və Azərbaycan Respublikası Təhsil […]