Mektebgushesi

Biləsuvarda məktəbli oğlan intihar edib

Məktəb direktoru fevralın 9-na keçən gecə Biləsuvar rayonunda məktəbli oğlanın intiharı ilə bağlı danışıb. Mektebgushesi.az-ın məlumatına görə, intihar edən məktəblinin təhsil aldığı Çinarlı kənd orta məktəbinin direktoru Təzəbəy Ağayev publika.az-a bildirib ki, həyatına son qoyan 15 yaşlı Asəf müsbət xarakterli şagirdlərdən olub:“Sonuncu dəfə fevralın 8-də dərslərində iştirak edib, davamiyyəti normal olub. Görünür ailədə nə isə söz-söhbət […]

“Rezidentura” jurnalının 1-ci nömrəsi çap olunub

Jurnal Azərbaycan və rus dillərində çap olunub. Bu nömrədə Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seşimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlaının izahı və tövsiyələr, test tapşırığı nümunələri, elmi-metodik məqalələr və s.  məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub. Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” […]

Böyük Səhrada naməlum sivilizasiyanın izləri aşkarlandı

Arxeoloqlar Qərbi Saharada (Böyük Səhra) naməlum sivilizasiyanın izlərini aşkarlayıblar, Şərqi İngiltərə Universitetinin alimləri peykdən görüntülər və aerofotoşəkilləri nəzərdən keçiriblər. Qazıntılar nəticəsində kadrlarda qədim tikilinin qalıqları tapılıb. Tədqiqatçılar qeyd edirlər ki, daşdan tikililərin müxtəlif ölçüləri və formaları var – dairədən və düzbucaqlıdan tutmuş ayparayadək. Onlardan bəziləri sahəsi 630 metrədək çatan böyük tikili formalaşdırır. (oxu.az)

Bərdədə üç kəndə xidmət edən məktəb baxımsız qalıb

Rayon mərkəzindən 12 km aralı olan bu kəndlərin sakinləri uşaqlarını şəhər məktəblərinə aparmağa məcbur qalıblar  Bərdə rayonunun Qaraqoyunlu kənd məktəbinin binası bərbad haldadır. Mektebgushesi.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə kənd sakinləri məlumat veriblər. Qaraqoyunlu kənd sakini Eldar Əmirov bildirib ki, Qaraqoyunlu, Böyük Ərəb və Bala Ərəb kəndlərinin şagirdlərinin təhsil aldığı məktəb […]

Dünya alimlərinin Rafiq Əliyev haqqında fikirləri

Professor L. Zadə (ABŞ):²Rafiq Əliyev öz sahəsində aparıcı alimlərdən biridir və bununla beynəlxalq nüfuz qazanmışdır. Bizim birgə elmi diskusiyalarımızda və müzakirələrimizdə mən onun elmi nailiyyətlərini, xüsusən də hesablama intellekti və Soft Computing sahəsində dərin biliyini, problemləri duymaq qabiliyyətini daim görürəm, hiss edirəm. Onun hərtərəfliliyi qeyri-adidir.Doktor R.Əliyevin elmi fəaliyyəti onu dünya səviyyəli alimlər ilə bir sıraya […]

Magistraturaya qəbul olmaq üçün 8598 bakalavr ərizəsini təsdiqlədib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən elan edilmiş 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün bakalavrların ərizə qəbulu fevralın 11-də yekunlaşacaq. DİM-dən  mektebgushesi.az-a bildirilib ki, fevralın 9-na olan məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün 8598 (Azərbaycan bölməsi – 7812; rus bölməsi -786) bakalavr ərizəsini təsdiqlədib. […]

Biologiya üzrə bazar günü məktəbinə gedənlərin nəzərinə

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında biologiya fənni üzrə bazar günü məktəbində məşğələlərin vaxtı açıqlanıb. Mektebgushesi.az Azərtac -a istinadən xəbər verir ki, bazar günü məktəbi fevralın 23-də saat 14:00, fevralın 24-də 16:00-da, martın 2-də saat 14:00-da, martın 3-də 16:00-da, martın 9-da 14:00-da və martın 10-da 16:00-da keçiriləcək. Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında […]

2019-cu ildə keçiriləcək ALES imtahanlarının tarixləri açıqlanıb

Mektebgushesi.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2019-cu ildə keçiriləcək ALES imtahanlarının təqvimi qeyd edilən tarixlərdə keçiriləcək Yaz aylarında keçiriləcək ALES imtahanları: Müraciət tarixi: 5-13 mart; İmtahan tarixi:5 may. ALES 2 imtahanları Müraciət tarixi: 9-17 iyul; İmtahan tarixi: 22 sentyabr. Payız aylarında keçiriləcək ALES imtahanları Müraciət tarixi: 17 -25 sentyabr; İmtahan tarixi:17 noyabr.

Əfqanıstanda professor yüzlərlə tələbəni İŞİD-ə cəlb edib

Kabil universitetlərindən birində müəllim kimi fəaliyyət göstərən şəxs tələbələri İŞİD terror qruplaşmasının sıralarına cəlb etməkdə ittiham edilərək yerli kəşfiyyat orqanları tərəfindən saxlanılıb. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Direktoratı (NDS) məlumat yayıb. “Milli Təhlükəsizlik Direktoratının təhlükəsizlik xidmətləri Kabilin 5-ci rayonu ərazisində insanları İŞİD terrorçu qrupuna cəlb etmək üzrə məsul olan şəxsin tutulması üçün […]

Bu gün ali məktəblərə qəbulla bağlı sınaq imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək. DİM-dən verilən məlumata görə, imtahanda iştirak etmək üçün internet vasitəsilə 28 337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, İmişli, […]