Mektebgushesi

Əhməd Qəşəmoğlu: “Sosial Tədqiqat Mərkəzlərin yaradılmasına hava və su kimi ehtiyac var idi”

Mektebgushesi.az xəbər verir ki bu sözləri AzEdu.az-a açıqlamasında sosioloq Əhməd QəşəmoğluPrezident İlham Əliyevin Sosial Tədqiqat Mərkəzlərin yaradılması haqqında fərmanı barədə danışarkən  deyib. O bildirib ki, ölkəmizdə belə bir qurum əvvəl də olub: “1992-ci il  yanvarın 13-də Ali Sovetin qərarı ilə yardılıb. 1992-ci ildən 1997-ci ilə qədər o mərkəzin rəhbəri olmuşam. 1997-ci ildə anlaşılmazlıq nəticəsində həmin mərkəz ləğv […]

1504 tələbə başqa ali məktəbə köçürülmək üçün müraciət edib

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələrində, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən Mektebgushesi.az –a verilən məlumata görə, fevralın 1-dən 7-dək transfer.edu.az portalı vasitəsi ilə həyata keçirilən elektron sənəd qəbulu zamanı ali təhsil […]

Azərbaycanlılar və ermənilərin birgə yaşadığı kənddə yeni məktəb inşa olunacaq

Gürcüstanda azərbaycanlılar və ermənilərin birgə yaşadığı Tsopi kəndində yeni məktəb inşa olunacaq. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Bələdiyyə İnkişaf Fondu tender elan edib. Yeni məktəb binasının tikintisinə 2,7 mln. lari (1 mln. dollardan çox) məbləğində vəsaitin ayrılması nəzərdə tutulub. Tsopi kənd məktəbi illərdir qəzalı vəziyyətdə olan binada fəaliyyət göstərir. Təhsil […]

Emin Piri: Üç ildir müəllimliklə məşğulam. Əvvəllər saytlar, qəzetlərlə əməkdaşlıq edirdim.

Qısa tanışlıqEmin Sabir oğlu Piriyev. 1986-cı ildə Cəlilabad rayonunun Adnalı kəndində anadan olmuşam. Sumqayıt şəhərində “Şərq” liseyində oxumuşam. (indiki 35saylı məktəb) Ağdamda tağım komandiri olmuşam ( leytenant). Xızı rayonu, Türkoba kənd Ümumi məktəbinin müəllimiyəm. Üç ildir, müəllimliklə məşğulam. Əvvəllər saytlar, qəzetlərlə əməkdaşlıq edirdim. Doğrusu, yoruldummu deyim, yoxsa başqa maraq sahələri axtardımmı deyim, bilmirəm. Onda gördüm […]

Bakteriyaları təmizləyən robot yaradıldı

Mikrobların məhv edilməsi üçün cib robotu “CleanseBot”un yaradılmasına 1,2 milyon dollar vəsait ayrılıb. “Start up” iştirakçıları Hyuston Universitetində aparılmış tədqiqatdan ilham alıblar. Tədqiqat zamanı alimlər mehmanxana otaqlarında 19 səth üzərində bakteriyaların mövcud olub-olmadığını yoxlayıblar və təkcə işığı yandırıb-söndürmə düymələrinin hər kub santimetrində orta hesabla 112,7 bakteriyanın olduğunu aşkar ediblər. www.robo-hunter.com saytının məlumatına görə, “CleanseBot” komandası […]

Etibar Əliyev: “Bəzi özündənrazı, tamahkar, yekəxana rektorlar bu xanım nazirin adı gələndə özlərini yığışdırırdılar”

2012-ci ilin fevral ayının 5-i keçmiş Təhsil naziri Lidiya Rəsulovanın dünyasını dəyşdiyi gündür. Lidiya Rəsulova 1993-cü ildən, 1997-ci ilə qədər Təhsil naziri vəzifəsində işləyib. “Bəzi özündənrazı, tamahkar, yekəxana rektorlar bu xanım nazirin adı gələndə özlərini yığışdırırdılar” Bu sözləri də təhsil eksperti Etibar Əliyev sabiq təhsil naziri barədə yazdığı feysbuk statusunda deyib. Ekspert qeyd edib ki, […]

Riyaziyyat və Mexanika İnstitutunda rusiyalı alimin məruzəsi dinlənilib

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Harmonik analizin müasir problemləri və tətbiqləri” mövzusunda elmi seminar keçirilib. İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda Rusiya Xalqlar Dostluğu Universiteti və V.A.Steklov adına Riyaziyyat İnstitutunun alimi, professor Viktor Burenkovun “Morri tipli fəzalarda Marsinkeviç tipli interpolyasiya teoremi” mövzusunda məruzəsi dinlənilib. Teoremin tətbiqi məsələləri müzakirə edilib.

Peşə təhsili müəssisəsində inklüziv təhsil uğurla tətbiq olunur

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində iki ildir inklüziv təhsil həyata keçirilir.  Mektebgushesi.az xəbər verir ki, 2018-2019-cu tədris ilində inklüziv tədris modeli əsasında burada “Tikiş ustası, tikişçi” qrupu açılıb. Qrupda 5 nəfər sağlamlıq imkanı məhdud tələbə təhsil alır. İnklüziv təhsilin sağlamlıq imkanları məhdud uşaqlar üçün faydaları çoxdur. Onlar kollektivə uyğunlaşır, cəmiyyətə inteqrasiya […]

Neftçala şəhərində ümumtəhsil məktəblərinin direktorları ilə görüş baş tutub

Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhəri M.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyanın binasında rayonun ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə son illər təhsil sahəsində aparılan islahatlardan danışılıb, ümumi təhsil müəssisələrinin qarşısında duran həlli vacib məsələlər və nəzərdə tutulan hədəflərə çatmaq üçün məktəb rəhbərlərinin vəzifələri vurğulanıb. Mektebgushesi.az – a nazirlikdən verilən məlumata görə […]

Biləsuvarda avtomobil 8 yaşlı məktəblini vurub

Biləsuvar rayonunda avtomobil 8 yaşlı məktəblini vurub.  Mektebgushesi.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, 2011-ci il təvəllüdlü Allahyarlı Nihad Zahir oğlu “VAZ 2106” markalı minik avtomobili tərəfindən vurulub. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra, müalicəsini davam etdirmək üçün Bakıda yerləşən xəstəxanalardan birinə köçürülüb. Faktla bağlı araşdırma aparılır.

Sumqayıtda məktəbdə yanğın olub

Sumqayıtda məktəbdə yanğın olub. Bu barədə Trend FHN-ə istinadən məlumat yayıb. Məlumata görə, şəhərdə orta məktəbin yerləşdiyi dördmərtəbəli binanın 3-cü mərtəbəsində 1 otağın giriş qapısı qismən, sahəsi 30 m² olan sinif otağında kitab şkafı və içərisinə yığılmış əşyalar 5 m² sahədə, dəhlizdə 2 ədəd stul və 1-ci mərtəbəsinin dəhlizində masanın üzərində parça örtük yanıb. Binanın […]

Dövlət orqanlarında vakant vəzifələri tutmaq üçün 11 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi tərəfindən 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə fevralın 5-də elan olunmuş ümumi müsahibəyə sənəd qəbulu davam edir. DİM-dən AZƏRTAC-a bildirilib ki, fevralın 9-na olan məlumata görə, ümumi müsahibəyə çıxarılan vəzifələri tutmaq üçün 11 nəfər ərizə verib. Xatırladaq ki, ümumilikdə Hesablama Palatasında 6, Qida Təhlükəsizliyi Agentliyində […]

İnformasiya Texnologiyaları İnstitutu beynəlxalq konfransın elmi komitəsində təmsil olunur

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda avqustun 26-dan 30-dək “Qabaqcıl texnologiyalar üzrə 8-ci beynəlxalq konfrans” (International Conference of Advances Technology – ICAT 2019) keçiriləcək. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılova ölkəmizi bu konfransın elmi komitəsində təmsil edir. İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransın əsas məqsədi biotibbi mühəndislik, kompüter, elektronika, mexanika, […]

Sabah bakalavr səviyyəsinə qəbul üçün sınaq imtahanı keçiriləcək

Fevralın 10-da Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ildə ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun sınaq imtahanı keçirəcək. DİM-dən mektebgushesi.az – a verilən məlumata görə imtahanda iştirak etmək üçün internet vasitəsilə 28337 abituriyent qeydiyyatdan keçib. İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, […]

Üç rayon üzrə müəllim və valideynlərin müraciətləri dinlənilib

Paytaxtdakı 163 nömrəli tam orta məktəbdə Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  verilən məlumata görə, qəbula gələn vətəndaşlar məktəblərin maddi-texniki təminatı, məktəblərin qarşısında piyada zolağının çəkilməsi, şagirdlərin dərs yükü və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. […]