Mektebgushesi

Ədliyyə Nazirliyi bakalavr və magistrləri işə dəvət edir

Dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında da gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, mütəmadi görüşlər keçirilir. Mektebgushesi.az -ın Ədliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, gənclərin işlə təminatı diqqətdə saxlanılaraq son 5 ildə şəffaf seçimlər əsasında 2000-dən çox gənc hüquqşünas qulluğa qəbul olunub, onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərir və bir çoxu […]

Böyükağa Mikayıllı: Beynəlxalq indekslərə necə üzv olmalı?

Jurnala necə ad seçməli? Diqqət yetirilməli olan məsələlərdən biri də jurnalın ad seçimidir. Əgər siz yeni jurnal təsis etmək barədə düşünürsünüzsə, bu zaman nəzərdə saxlamalı olduğunuz bir çox məsələlər var. Ümumiyyətlə, jurnalın adı potensial müəlliflər, eləcə də Scopus və ya oxşar məlumat bazalarını istifadə edən tədqiqatçılar üçün çox vacib rol oynayır. Ad jurnalın məqsəd və […]

Təhsil naziri Neftçalada sakinləri qəbul edib

Fevralın 8-də təhsil naziri Ceyhun Bayramov Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayon və Şirvan şəhər sakinlərini qəbul edib. Nazirlikdən mektebgushesi.az -a verilən məlumata görə mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun keçirilən qəbulda Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl rayonu və Şirvan şəhərində müvəqqəti […]

“Facebook”da hamı bu məktəbdən danışır…

Lənkəran rayonunun Veravul kəndində yerləşən 2 saylı orta məktəbin tədris binası acınacaqlı vəziyyətdədir. Mektebgushesi.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Bildirilib ki, məktəb vaxtilə ferma üçün tikilib və hazırda tam yararsız haldadır.  Belə ki, döşəmə çürüyüb, divarlar çatlayıb, tavan çökür. 55 ildir ki, bu vəziyyətdə tədris üçün istifadə olunan binanın sonuncu dəfə […]

“SABAH III” Karyera Qış Məktəbi başlayır

Fevralın 12-də Qubada “SABAH III” Karyera Qış Məktəbi öz işinə başlayacaq. Təhsil Nazirliyindən mektebgushesi.az –a bildiriblər ki, “SABAH III” Karyera Qış Məktəbində 100-ə yaxın tələbə iştirak edəcək. Fevralın 14-dək davam edəcək tədbir çərçivəsində karyera quruculuğunun nəzəri, praktiki və aktual mövzuları üzrə təlimlər keçiriləcək. Təlimlər Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində təşkil olunacaq. […]

Azərbaycan Dövlət Pedaqoji Universitetinində yeni təyinatlar olub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin Elmi Şurasının iclası keçirilib. Mektebgushesi.az xəbər verir ki, iclasda İnsan resursları şöbəsinin müdiri Qumral Qədimova, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, baş hüquqşünas Zakir Nağıyev iştirak ediblər.  İclasın sədri, fakültənin dekanı, professor Mahirə Hüseynova Elmi Şura üzvlərini gündəlikdə duran “Müasir Azərbaycan dili, Azərbaycan dilçiliyi, Azərbaycan dili […]

Səhiyyə Nazirliyindən Bakıda virusdan ölən tələbə qızla bağlı açıqlama

“Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan laborator müayinələrin nəticəsində öz təstiqini tapmayıb”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən Modern.az-a məlumat verilib.  Qeyd olunub ki, bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb. “Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr […]

DİM qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçirəcək

Onlayn sınaq imtahanlarında yeni test tapşırıqlarından istifadə olunacaq Mektebgushesi.az xəbər verir ki, , bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün kağız daşıyıcılar vasitəsilə sınaq imtahanının yalnız bir dəfə keçirilməsi nəzərdə tutulur. Lakin Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə mütamadi […]

Paytaxtda üç rayon üzrə qəbul keçirilib

Fevralın 8-də paytaxtda müəllim və valideynlərin səyyar qəbulu keçirilib. Mektebgushesi.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət […]

Təhsilin qarşısında duran 10 qlobal meqatrend

Rəqəmsallaşma dövründə təhsil sistemləri necə inkişaf edəcək? Üfüqdə bütün dünyada təhsil sistemlərinə təsir edəcək hansı böyük beynəlxalq tendensiyalar görünür? Rəqəmsallaşma dövründə təhsil sistemləri necə inkişaf edəcək? OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) Təhsil və bacarıqlar şöbəsinin direktoru, PISA beynəlxalq qiymətləndirməsi üzrə məsul şəxsi Andreas Şleyxer bütün dünyada məktəblərin cavab axtardıqları bu kimi ən böyük sosial, […]

Natiq İbrahimov: “Keyfiyyətdə əsas nəticəmiz 4 il sonra bilinəcək”

Lənkəran Dövlət Universitetinin fəaliyyəti müstəqillik dövrünü əhatə etsə də, inkişafı son illərdə Azərbaycanda, o cümlədən təhsil sahəsində gedən böyük prosesin nəticəsidir. Universitetdə inkişafa yön verən isə rektor əvəzi, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimovdur. Rektor vəzifəsini icra etməyə başlayandan keçən müddətdə Lənkəran Dövlət Universitetində görülən işləri indi ölkəmizin ən sanballı, nüfuzlu, hətta adı beynəlxalq […]

Bir qrup iş adamı və təhsil eksperti ADAU-da olub

Mektebgushesi.az xəbər verir ki, Monqolustanda yerləşən, Azərbaycan-Monqolustan münasibətlərində koordinator rolunu oynayan  “Vertus” firmasının təsisçisi Faiq Ağayev, AMEA-nın müxbir üzvü, professor, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş Məhkəmə tibbi eksperti  Şakir Musayev, XXI əsr Təhsil Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə elmləri doktoru Etibar Əliyev, Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil üzrə ekspert Kamran Əsədov, iş adamı Vahid […]

Praqa Biznes Məktəbinin və Atılım universitetinin professorları UNEC-in Qış Məktəbində

Əsas məqsədi yüksək ixtisaslı kadrlar hazırlmaq olan UNEC tədrisin keyfiyyətinin daha da yüksəldilməsi, professor-müəllim heyətinin elmi potensialının və pedaqoji bacarıqlarının artırılması, bu sahədə xarici təcrübənin öyrənilməsi məqsədi ilə mütəmadi olaraq tədbirlər həyata keçirir. Universitetdən mektebgushesi.az -a verilən məlumata görə, professor-müəllim heyətinin müasir tədris bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində 89 […]

Azərbaycan İlahiyyat İnstitutunun birillik fəaliyyəti qeyd edilib

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 8 fevral 2019-cu il tarixdə birillik fəaliyyətinə həsr edilmiş tədbir təşkil olunub. Aİİ-nin kollektivi ilk öncə Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə əklil qoyaraq xatirəsini yad ediblər. Mektebgushesi.az xəbər verir ki, İnstitutun birilliyinə həsr olunmuş tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri […]

Dövlət İmtahan Mərkəzinin “vizuallaşdırılmış dərs”lərin yerləşdirilməsi davam edir

Məlum olduğu kimi, 2019-cu ilin əvvəllərindən Dövlət İmtahan Mərkəzi tərəfindən “Vizuallaşdırılmış dərs” sosial layihəsinə start verilib. Gözlənildiyi kimi, layihə maraqla qarşılanıb və istifadəçilər belə videodərslərin hazırlanmasını təqdirəlayiq hal kimi qiymətləndiriblər. Mektebgushesi.az xəbər verir ki, bu layihə çərçivəsində qəbul imtahanı fənləri üzrə V sinifdən başlayaraq dərsliklərdə verilmiş materiallar mövzu-mövzu bir neçə dəqiqəlik “vizuallaşdırılmış dərs” formasında hazırlanır. […]