Mektebgushesi

Müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək

Fevralın 8-də paytaxtın Səbail, Yasamal və Qaradağ rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 163 nömrəli tam orta məktəbdə (Ünvan: Səbail rayonu, […]

Aİİ-də yanvar ayının yekunları ilə bağlı iclas keçirilib

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) cari tədris ilində yanvar ayının nəticələrinə həsr olunmuş növbəti iclasını keçirib. İnstitut rəhbərliyi və əməkdaşlarının iştirak etdiyi tədbirdə ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və gələcək perspektivləri müzakirə olunub. Aİİ rektoru Ceyhun Məmmədov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına də xüsusi diqqət ayrılır. Rektor vurğulayıb ki, […]

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda magistrantların attestasiyası aparılıb

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda qış imtahan sessiyasını uğurla başa vurmuş magistrantların attestasiyası keçirilib. İnstitutdan mektebgushesi.az -a bildirilib ki, magistrantların attestasiyası elmi müəssisənin direktoru, akademik İradə Hüseynovanın əmri ilə yaradılmış Attestasiya Komissiyası tərəfindən aparılıb. Hər bir magistrantın imtahan nəticələrindən əlavə, fərdi iş planında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, konfranslarda iştirak və çap işləri […]

NASA Yer kürəsinə təhlükə yaradan asteroidin fotoşəklini yayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) spektral interpretasiya üzrə kosmik zondu “OSIRIS-Rex” son aylar mətbuatda qiyamətin əlaməti kimi qələmə verilən və Yer kürəsindən 110 milyon kilometr aralıda yerləşən “Bennu” asteroidinin fotoşəklini çəkib. NASA-nın yaydığı məlumatda deyilir ki, “OSIRIS-Rex” kosmik zondu yüksək texnologiyadan istifadə edərək 500 metr eni olan bu göy cisminin fotoşəklini çəkə […]

SDU-da Vergilər Nazirliyi Tədris Mərkəzi arasında fikir mübadiləsi aparılıb

Fevralın 5-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Respublikası Vergilər Nazirliyi Tədris Mərkəzi arasında imzalanacaq əməkdaşlıq müqaviləsinə dair fikir mübadiləsi aparıldı. Universitetin rektoru professor Elxan Hüseynov qonaqları salamlayaraq universitetdə görməkdən mənnunluğunu bildirdi, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə məlumat verdi. Bildirdi ki, son üç il ərzində SDU-nun tarixində […]

Vakant direktor vəzifələrinə yerləşdirmə başlanır

Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün müsabiqə keçirilib, onun test mərhələsində 1500-dək namizəd iştirak edib. Müsabiqə mərhələsini uğurla başa vurmuş 730 namizədlə müsahibələr 2018-ci il dekabrın 5-dən 2019-cu il yanvarın 26-dək keçirilib. Müsahibənin nəticələrinə əsasən, 228 nəfər namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə […]

Dövlət İmtahan Mərkəzi Lənkəranda seminarlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 9-da saat 11:00-da Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə (Şirəli Axundov küçəsi, 7) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə elmi‑metodik seminarlar keçiriləcək. DİM-dən  […]

Səlahət Mahmudova: “Azİİ Elektron Kitab Evi” fəaliyyətini genişləndirir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Azİİ Elektron Kitab Evi” fəaliyyətini genişləndirir. Kitabxananın iş prinsipi, maddi-texniki bazası, eləcə də kitabların xüsusi qorunma rejimi haqqında Kitab Evinin direktoru Səlahət Mahmudova AZƏRTAC-a müsahibəsində ətraflı məlumat verib. Bildirib ki, “Azİİ Elektron Kitab Evi” müasir texniki avadanlıq, yeni proqram təminatı, yeni havalandırma və qorunma rejiminə malik mobil rəflərlə təchiz […]

Dəyirmi masa fiziki imkanları məhdud şəxslərin məşğulluq problemlərinə həsr ediləcək

Fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası və onların sosial-məişət problemlərinin həlli, həmçinin inklüziv təhsillərinin inkişaf etdirilməsi, peşə hazırlığı, iş yerləri ilə təmin olunması ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutu fiziki imkanları məhdud şəxslərin hüquqlarının qorunması ilə bağlı məsələləri gündəmdə saxlayır, müvafiq elmi-tədqiqat işləri və qanunların ekspertizasını […]

Fazil Mustafa – “İmtahanlarda tələbəni sıradan çıxarmağa çox meyl edirlər”

“Belə düşünürəm ki universitetlərdən də çox, təhsil fəlsəfəsinin dəyişməsinə ehtiyac var. Özlərini idarə etmək üçün onlara muxtariyyət verilməlidir”. Mektebgushesi.az xəbər verir ki , bunu AzEdu.az-a açıqlamasında  Millət vəkili  Fazil Mustafa deyib. O,  universitetlərdə təhsilin yüksəldilməsi üçün onlara muxtariyyət verilməsinin vacib olduğunu vurğulayır: “Universitetdə demokratizim inkişaf etməlidir. Kiçik addımlarla imici dəyişmək mümkündür. Məsələn  rüşvət yoxdur, tələbənin […]

Qəzaya düşən azərbaycanlı tələbə xəstəxanada öldü

Türkiyənin Biləcik rayonunda yol qəzasında xəsarət alan azərbaycanlı tələbə dünyasını dəyişib. Mektebgushesi.az -ın “Report”a istinadən verdiyi xəbərə görə, Biləcik Dövlət Xəstəxanasına çatdırılan Azərbaycan vətəndaşı, 23 yaşlı Mirsani Seyidovun həyatını xilas etmək mümkün olmayıb. Biləcik Şeyx Ədəbali Universitetinin Maşınqayırma mühəndisliyi fakültəsində təhsil alan M.Seyidov fevralın 14-də məzun olmaq üçün imtahan verəcəkdi. Qeyd edək ki, sərnişin avtobusu ilə minik avtomobilinin […]

Şagird sayı artdıqca, direktora qoyulan tələblər də sərtləşdirilir

“Müsahibə mərhələsi son dərəcə obyektiv aparılıb. Müsahibə komissiyasının üzvləri nazirliyin əmri ilə təsdiq edilən şəxslərdir. Kənardan qiymətləndirmə olmayıb. Nazir müavini, aparat rəhbəri və müvafiq şöbələrin müdirləri iştirak ediblər”.  Mektebgushesi.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov mediaya açıqlamasında bildirib. O qeyd edib ki, hazırda 700-ə yaxın vakant yer var: […]

2019-cu ildə keçiriləcək bir neçə imtahanın dəqiq tarixini elan edib

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini elan edib.  10 fevral – dövlət qulluğu ilə bağlı sınaq imtahanı; 10 fevral – 2019-cu ilin qəbul modelinə uyğun yeni təhsil proqramları üzrə keçiriləcək sınaq imtahanı ; 17 fevral – peşə liseyləri üzrə buraxılış imtahanı; 17 fevral -İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı(B növü). […]

“Axı 14 yaşlı qızın hoteldə nə işi olub?” – Deputat

“Gənc, yeniyetmə, yetkinlik yaşına çatmayan qızların cinsi istismara, təcavüzə məruz qalması ilə bağlı qanunvericiliyimizdə daha sərt maddələr nəzərdə tutulmalıdır”. Bunu açıqlamasında Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib. A.Naxçıvanlı bu məsələlərdə təbliğata, maarifləndirmə işlərinin sürətləndirilməsinə, ailələrlə, valideynlərlə mütəmadi işlərin aparılmasına ciddi ehtiyac duyulduğunu bildirib. O qeyd edib ki, elə […]

Magistraturaya qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 3-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 12:30-dan etibarən elan edib. Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Sınaq imtahanında iştirak etmək […]