Mektebgushesi

ADA Universitetində Lütfi Zadə adına təqaüd təsis edildi

ADA Universitetində keçirilən “Akademik Mükəmməllik Günü”ndə yeni təqaüd təsis edildi. Universitetin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutundakı ixtisaslar üzrə təhsil alan əlaçı tələbələr bundan sonra Lütfi Zadə adına təqaüd qazana biləcəklər. Bu təqaüd ADA Universitetinin rektoru, səfir Hafiz Paşayevin təşəbbüsü ilə təsis olunub. Mektebgushesi.az xəbər verir ki, təqaüd fevralın 4-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq […]

Vakant direktor vəzifələrinin tutulması üçün 228 namizəd təsdiq olunub

Dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələri açıqlanıb. Mektebgushesi.az xəbər verir ki, Təhsil Nazirliyindən bildiriblər ki, müsahibənin nəticələrinə görə, 228 namizəd ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunmaq hüququ qazanıb. Müsahibənin nəticələri barədə namizədlərin şəxsi səhifələrinə məlumat göndəriləcək. Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün […]

Şərqin və Mərkəzi Avropanın ilk qadın təyyarəçisi – Leyla Məmmədbəyova

Azərbaycanın dünya tarixindəki ilklərini bilirsizmi? Azərbaycan həm yaxın, həm də uzaq keçmişdə müxtəlif sahələrdə əldə edilən uğurlarla, kəşflər öz adını dünya tarixinə yazdırıb. Bu ilklərin bəzilərini əksər insanlar bilsə də, bəzilərindən isə çoxlarının məlumatı yoxdur.  Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Azərbaycan Demokratik Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, […]

Hoteldə 14 yaşlı məktəbli qıza təcavüz edən şəxslə bağlı məhkəmə baş tutmadı

Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində çıxarılan məhkəmə qərarından verilən şikayət üzrə iclas təxirə salınıb.  Mektebgushesi.az –ın Oxu.Az-a istinadən xəbərinə görə, məhkəmə kollegiyası cinayət işi materialları ilə tanış olmaq üçün prosesi fevralın 5-dək təxirə salıb.  Qeyd edək ki, […]

Aynur Veysəlova: “Bəzi valideynlər azyaşlı qızını öz yaşında olan kişiyə ərə verir”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova erkən nikahlarla bağlı Modern.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik: – Aynur xanım bu gün Azərbaycanda erkən nikahlar ailə institutunda əsas və narahatlıq doğuran problemlərdəndir. Statistika nə deyir, ölkəmizdə ən çox erkən nikahın qeydə alındığı illər hansılardır? – İlkin olaraq onu deyim ki, bu gün Azərbaycanda […]

Novosibirsk Dövlət Universitetinin professoru Gəncə Dövlət Universitetinin qonağı olub

Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin S. L. Sobolyov adına Riyaziyyat İnstitutunun və Novosibirsk Dövlət Universitetinin professoru İvan Anatolyeviç Maltsev Gəncə Dövlət Universitetinin qonağı olub. Mrektebgushesi.az xəbər verir ki, alimlə görüşən universitetin rektoru, professor Yusif Yusibov qonağı salamlayıb, ötən il 80 illik yubileyini təntənə ilə qeyd edən, respublikamızın Qərb bölgəsində yüksək ixtisasli pedaqaji kadrlar hazırlanmasında zəngin […]

Ötən ay Təhsil Nazirliyinə 13 min 815 müraciət daxil olub

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon:146) yanvar ayında daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Nazirlikdən  Mektebgushesi.az –a bildiriblər ki, ötən ay həmin mərkəzlərə ümumilikdə 13 min 815 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 min 543 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə […]

Təhsil Nazirliyi “Nəsimi ili” ilə əlaqədar tədbirlər planını müəyyənləşdirib

Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır. Təhsil Nazirliyi də bu əlamətdar hadisə ilə bağlı üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər təşkil etməyi planlaşdırır. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə ümumi, peşə, orta-ixtisas […]

Azərbaycan Universitetinin tələbələri Almaniya, İtaliya və Xorvatiyada təhsil alacaqlar

Azərbaycan Universitetinin 6 tələbəsi 2018/2019-cu tədris ilinin yaz semestrində təhsillərini Almaniyanın Koblenz, İtaliyanın Sapienza və Xorvatiyanın Dubrovnik universitetlərində davam etdirəcək. Universitetdən  Mektebgushesi.az-a bildirilib ki, tələbələr qeyd olunmuş tərəfdaş ali təhsil müəssisələrində “Erasmus+” mübadilə proqramı çərçivəsində təhsil almaq hüququ əldə ediblər. Tələbələrdən 4-ü magistratura, 2-si isə bakalavriat pilləsində təhsil alır. Mübadilə dövründə tələbələrin müvafiq fənlər üzrə […]

Professor Sevil Mehdiyeva: Nəsimi ilk dəfə Azərbaycan türk dili sözlərinə ədəbi dil səlahiyyəti verdi

Prezident İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsi bütün xalqın, xüsusən klassik ədəbiyyatla məşğul olan hər bir vətəndaşın, hər bir ziyalının ürəyincədir. Nəsimi XIV əsr Azərbaycan ədəbi dilinin və ədəbiyyatının ən nəhəng şairidir. Nəsimi elə bir dövrdə ana dilimizdə yazıb yaratdı ki, o zamanlar ərəb dili elmi dil kimi, fars dili poeziya dili kimi […]

AMEA-nın əməkdaşlarına 63 hektar torpaq sahəsi ayrılıb

AMEA-nın Rəyasət Heyəti aparatının işlər idarəsi və Azad Həmkarlar İttifaqının birgə iclası keçirilib. AMEA-dan  Mektebgushesi.az-a bildirilib ki, iclasda işlər idarəsinin müdir müavini Sərdar Əliyev çıxış edərək Rəyasət Heyətinin iclasında təsdiqlənmiş “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədin icrası barədə məlumat verib. O, sənədin akademiya əməkdaşlarının […]

Magistraturaya sınaq imtahanın nəticələri 2 gün ərzində açıqlanacaq

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə sınaq imtahanının cavablarının elan olunacağı tarix bəlli olub. Bu barədə Dövlət İmtahan Mərkəzindən  bildiriblər. Məlumatda qeyd olunur ki, sınaq imtahanının nəticələri 2 gün ərzində açıqlanacaq. Qeyd edək ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edib. Sınaq imtahanının məqsədi qapalı və açıq […]

Tələbə köçürülmələrinin bitməsinə 3 gün qalıb

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkədə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbulunun bitməsinə 3 gün qalıb. Mektebgushesi.az xəbər verir ki, Transfer.edu.az portalı vasitəsi ilə həyata keçiriləcək sənəd qəbulu fevralın 7-dək davam edəcək. Portala müraciət edən şəxslər köçürülmək […]

“Apofis”-ın Yer kürəsi ilə toqquşacağı halda çoxmilyonlu şəhər tamamilə məhv ola bilər

Apofis asteroid Yer kürəsi ilə toqquşacağı halda çoxmilyonlu şəhər tamamilə məhv ola bilər. Mektebgushesi.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geosferlərin Dinamikası İnstitutunun mütəxəssisi, fizika-riyaziyyat elmləri doktoru Valeri Şuvalov bildirib. “Əgər Apofis (diametri 300 metrdən çoxdur – TASS) Moskvaya düşərsə, şəhərdə hər şey məhv olacaq. Həmçinin ciddi dağıntılar Moskva vilayətinin ərazisində yaranacaq. […]

Yerevan Dövlət Universitetinin 450 əməkdaşı işdən çıxarılıb

 Yerevan Dövlət Universitetinin 450 əməkdaşı işdən azad edilib.Mektebgushesi.az -ın məlumatına görə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ali məktəbin əməkdaşı, elm və təhsil nazirinin keçmiş müavini Vaqram Mkrtçyan bildirib.Onun sözlərinə görə, buna dair bildiriş alıblar.Məlumata görə, işdən çıxarılmalar Ermənistan hökumətinin 2018-ci ilin dekabrın 27-də qəbul etdiyi qərar əsasında həyata keçirilib. Bildirişdə qeyd olunub […]