Mektebgushesi

Kuba səmasında meteorit partladı

Kubanın Pinar-del-Rio əyalətində güclü partlayış baş verib. Şahidlərin dediyinə əsasən,  buna səbəb Yerə düşən meteorit olub. Mektebgushesi.az -ın məlumatına görə, bu haqda Granma xəbər saytı məlumat yayıb. Hadisə yerindən çəkilmiş görüntülər sosial şəbəkənin Kuba seqmentində paylaşılıb. Şahidlər  səmada sütun şəklində tüstü gördüklərini bildirirlər. Partlayış səsindən sonra yaranan titrəyiş yaxın çevrədə olan evləri güclü silkələyib.Hadisə yerində Yer mənşəli olmayan daş […]

“İKT əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastrukturun yaradılması əsas hədəfimizdir”

Artıq, xəbər verildiyi kimi Dünya Təhsil Forumu çərçivəsində keçirilən “Bett Show” dünyada təhsil texnologiyaları sahəsində ən böyük hadisə hesab olunur. “Bett Show” sərgisi iştirakçıları təhsilin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək son texnologiya və innovativ təhsil həlləri ilə tanış edən platformadır. Yanvarın 26-dək davam edən sərgidə 131 ölkədən 3 min 500-dən çox müəllim və mütəxəssis, 850 aparıcı […]

Əlyazmalar İnstitutunda Gənclər günü qeyd olunub

AMEA Məhəmmıd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan gəncləri gününə həsr edilmiş tədbir keçirilib. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə baş tutan tədbirdə elmi işlər üzrə direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov və elmi katib fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak ediblər. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini […]

BDU-ya Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradıldı

Ümid Partiyasının sədri İqbal Ağazadənin təşəbbüsü ilə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının verilməsilə bağlı petisiya yaradılıb.  Petisiyada deyilir:“Bu il – 2019-cu ildə Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyi qeyd olunacaq. Azərbaycan Xalq Cumhuriyyətinin və şəxsən Məhəmməd Əmin Rəsulzadənin misilsiz xidmətlərindən biri də bu təhsil ocağını yaratmasıdır. Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135 illiyi, […]

ADAU-da Prezident İlham Əliyevin sərəncamı ilə bağlı toplantı keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 01 fevral 2019-cu il tarixli Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təhsil müəssisəsində böyük ruh yüksəkliyi yaradıb. Sərəncamla əlaqədar keçirilən toplantıda ADAU rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev […]

Pediatr Vaqif Qarayev: Şagirdlərə məktəb bufetindən heç bir şey almamağı tövsiyə edirəm

Şagirdlərin orta təhsil müəssisəsində qidalanması son zamanların müzakirə mövzusudur. Müxtəlif qida məhsullarının satışının orta məktəblərdə qadağan olunması ilə bağlı iddialar tez-tez səslənir.Bəs qanunvericilik, hansı qida məhsullarının məktəb bufet və yeməkxanalarında satışını qadağan edir? Mektebgushesi.az xəbər verir ki, bu barədə rəsmi məlumatlar Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli qərarında əks olunub. Qərarda bildirilir ki, ümumi […]

İqtisadiyyat İnstitutunun gənc tədqiqatçısı fərdi təqaüd alacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA İqtisadiyyat İnstitutunun daha bir elmi işçisi – İsgəndər Babazadə institutun “Gənc tədqiqatçılar üçün adsız fərdi təqaüd”çüsü oldu. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, fevralın 1-də AMEA İqtisadiyyat İnstitutunun elmi şurasının iclasında direktor, professor Nazim Müzəffərlinin təqdimatı əsasında bununla bağlı müvafiq qərar qəbul olunub. AMEA-nın müxbir üzvü Akif Musayev öz maaşından 1 il […]

BDU-nun nəzdindəki Konfutsi İnstitutunun 150 tələbəsi təhsilini Çində davam etdirəcək

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun 150 tələbəsi qrant hesabına təhsilini Çində davam etdirəcək. Mektebgushesi.az xəbər verir ki, bu barədə BDU-nun nəzdindəki Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Oqtay Cəlilbəyli “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ilə Konfutsi İnstitutunun birgə təşkil etdiyi Çinin Bahar Şənliyi Festivalında deyib. Onun sözlərinə görə, Konfutsi İnstitutunun […]

Moskva Dövlət Universitetinin Bakı filialında bazar günü məktəblərinin vaxtı açıqlanıb

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında riyaziyyat, kimya və fizika fənləri üzrə bazar günü məktəblərinin vaxtı açıqlanıb. Mektebgushesi.az Azertac -a istinadən xəbər verir ki, bazar günü məktəblərində məşğələlər fevralın 10-da kimya üzrə saat 9:30, riyaziyyat üzrə 11:30, fizika üzrə 14:00-da başlanacaq. Məşğələlər Hüseyn Cavid prospekti, 133 ünvanında keçiriləcək. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə […]

“Magistr” jurnalının 2-ci nömrəsi nəşr olundu

Dövlət İmtahan Mərkəzi 2019/2020-ci tədris ili üçün magistraturaya qəbul elan edib. Mektebgushesi.az  xəbər verir ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılması və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellektin […]

Magistraturaya sınaq imtahanı keçiriləcək

Sabah magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki,imtahan binasına buraxılış saat 10:45-də başa çatacaq. İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 5 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 1604 nəfər qeydiyyatdan keçib. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq.  Bildiyiniz kimi, bu ildən […]

Gənc təhsil işçiləri mükafatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) 2 Fevral-Gənclər Günü qeyd olunub.  Mektebgushesi.az xəbər verir ki, tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin struktur bölmə rəhbərləri və BŞTİ-nin gənc əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev kollektivin gənc üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. R.Tağıyev BŞTİ-də kifayət qədər gənc […]

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün Azərbaycanda Gənclər Günü qeyd olunur.  Mektebgushesi.az xəbər verir ki, Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. 1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması  isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər […]

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması çap olunub

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması nəfis şəkildə çapdan çıxıb “Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib. Qeyd edək ki, kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb. Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa […]