Dərc olunub: 01.02.2019

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) respublikanın aparıcı şirkətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi yolu ilə  rəqabətədavamlı mütəxəssis hazırlığı mühüm istiqamətlərindən biridir. Son illərdə universitetin aparıcı şirkətlərlə əlaqələrinin sürətlə inkişafı dövlət-özəl sektor əməkdaşlığının formalarından biri kimi mütəxəssis hazırlığına öz töhfələrini verməkdədir.

 Universitetdən mektebgushesi.az– a verilən məlumata görə, 01 fevral 2019-cu il tarixində Universitetin Aqrobiznes və idarəetmə fakültəsinin akt zalında ASC “Standard İnsurance” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqaviləni ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və ASC “Standard İnsurance” sığorta şirkətinin idarə heyətinin sədri Anar Sadıxov imzalayıblar. Müqavilə sığorta şirkətinin bazasında elmi-tədqiqat işlərinin aparılması, şirkətin mütəxəssislərinin “qonaq-mühazirəçi” qismində tədris prosesinə cəlb edilməsi, birgə konfrans, seminar və strartap layihələrinin həyata keçirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində büdcədənkənar gəlirlərin stimullaşdırılması və təhsil alanlarda sahibkarlıq bacarıqlarının aşılanmasının təşviqi, ASC “Standard İnsurance” şirkətinin yaratdığı Sığorta Agentliyi MMC ilə birgə fəaliyyətin təşkili yolu ilə tələbələrin şirkətin fəaliyyətinə cəlb edilməsi məsələlərini əhatə edir.

Tədbirdə universitetin professor-müəllim heyəti ilə yanaşı ASC “Standard İnsurance” sığorta şirkətinin nümayəndələri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin    əməkdaşı Ayxan Qədəşov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının Gəncə nümayəndəliyi         nin rəhbəri Afina Babayeva, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin  mütəxəssisi Eldar Quliyev, Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamentinin  baş direktorunun müavini, vergi xidməti müşaviri Nazim Piriyev, Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Departamenti Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin direktoru, baş vergi xidməti müşaviri Rauf Mirzəyev iştirak ediblər.

Bənzər yazılar