Mektebgushesi

ADAU-nun rektoru Aqrar İnkişaf Könüllüləri ilə görüşüb

        Ölkədəaqrar sektorun inkişafına ictimai dəstəyi nümayiş etdirmək, vətəndaşların və ya fermerin aqrar sahədəki problemlərini yerində müəyyən etmək və həlli yollarını axtarmaq, gənc mütəxəssislərin ideyalarını praktiki olaraq reallaşdırmaq və cəmiyyətin diqqətini bu sahəyə yönəltmək məqsədi daşıyan, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə yaradılmış Aqrar İnkişaf Könüllülərinin fəaliyyətinin genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) müvafiq  işlər görülməkdədir. […]

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisinə vəsait ayrılıb

Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında sərəncam imzalayıb. Mektebgushesi.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının […]

UNEC müəllimi Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Universitetdən Mektebgushesi.az– a verilən məlumata görə, tədbirdə Azərbaycan Dövlət İqtisad Universtetinin müəllimi Fəridə Əsgərzadə gənc sahibkarlar adından çıxış etmişdir. Çıxışda ölkədə dövlət başçısı tərəfindən həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində gənclərin […]

İntiqam Babayev: Gənclərin düşüncə tərzi tamam dəyişib

Bu günün gənclərinin düşüncə tərzi müsbət mənada tamam dəyişib. Gənclərin vətənpərvərliyi ilə bağlı səslənən fikirlərə Aprel hadisələri nöqtə qoydu. Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev 2 Fevral – Gənclər Günü ilə bağlı mətbuat nümayəndələri ilə görüşdə deyib.Dövlətin gənclərə yüksək diqqət və qayğı göstərdiyini deyən nazir müavini gənclərlə bağlı mövcud qanunvericiliyə […]

SDU-da gənclər günü münasibətilə bir qrup tələbə mükafatlandırıldı

Fevralın 1-də Sumqayıt Dövlət Universitetində 2 fevral – Gənclər Günü münasibətilə tədbir keçirildi. Əvvəlcə professor-müəllim, tələbə heyəti universitetin foyesində ucaldılmış ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə böyük hörmət və ehtiramlarını bildirdilər.“Gənclər günü”nə həsr olunmuş bayram şənliyi universitetin “Gənclik” kafesində davam etdirildi. Tədbiri universitetin rektoru professor Elxan Hüseynov açaraq […]

Əbülfəs Qarayev: “Hazırda 125 istedadlı gənc Prezident təqaüdünə layiq görülüb”

Fevralın 1-də Beynəlxalq Muğam Mərkəzində Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının açılış mərasimi keçirildi.  Mektebgushesi.az xəbər verir ki, festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşdı. Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində xalq yaradıcılığı ilə məşğul olan gənc […]

Buraxılış imtahanları tam ləğv edilidi – Gürcüstanda

“Gürcüstanda bu il 12-ci sinif şagirdləri üçün buraxılış imtanahları keçirilməyəcək”. Mektebgushesi.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, təhsil sistemində islahatların həyata keçirilməsi hökumətin əsas prioritetlərindən biridir: “Təhsil, Elm, Mədəniyyət və İdman Nazirlyi 2019-cu ildə attestat imtahanlarının yalnız 11-ci sinif şagirdləri üçün ləğv olunması barədə qərar […]

Azərbaycan Dövlət Aqrar Universiteti ilə ASC “Standard İnsurance” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) respublikanın aparıcı şirkətləri ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi yolu ilə  rəqabətədavamlı mütəxəssis hazırlığı mühüm istiqamətlərindən biridir. Son illərdə universitetin aparıcı şirkətlərlə əlaqələrinin sürətlə inkişafı dövlət-özəl sektor əməkdaşlığının formalarından biri kimi mütəxəssis hazırlığına öz töhfələrini verməkdədir.  Universitetdən mektebgushesi.az– a verilən məlumata görə, 01 fevral 2019-cu il tarixində Universitetin Aqrobiznes və […]

DİM tərəfindən “İAEA 2019” konfransı keçiriləcək

Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın idarə heyətinin üzvü Yan Uiqers 22-27 sentyabr tarixlərində DİM tərəfindən Bakıda keçiriləcək “İAEA 2019” konfransının hazırlıq işləri ilə tanış olub DİM-dən Mektebgushesi.az-a verilən məlıumata görə, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) İdarə heyətinin üzvü və qiymətləndirmə üzrə təhsil eksperti Yan Uiqers yanvarın 31-dən fevralın 2-dək Bakıda işgüzar səfərdədir. Səfərin əsas […]

Millət vəkillərinin iştirakı ilə UNEC-də növbəti “Açıq Qapı”: əksər məsələlər yerində həll olundu

Universitetdən Mektebgushesi.az-a verilən məlumata görəBu gün UNEC-də rektor, professor Ədalət Muradovun, millət vəkilləri Qənirə Paşayeva və Hikmət Babaoğlunun, İctimai Nəzarət Şurasının üzvlərinin iştirakı ilə növbəti “Açıq Qapı” günü keçirilib. Tədbirin məqsədi şəffaflığın daha da artırılması, sıravi vətəndaşların, həmçinin, tələbələrin müraciətlərinin dinlənilməsi, araşdırılması və qanunvericiliyin tələbləri çərçivəsində həll edilməsidir. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, şəffaflığın və […]

Gəncə Dövlət Universitetinin tədris binalarina dahi şəxsiyyətlərin adlari veriləcək

Gəncə Dövlət Universitetində Elmi Şuranın və müxtəlif mötəbər tədbirlərin keçirildiyi iclas zalına dahi Azərbaycan şairi, dünya poeziyasının ən görkəmli nümayəndələrindən biri Nizami Gəncəvinin adı verilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Elmi Şuranın bu il üçün keçirilən ilk iclasında rektorun müşaviri, dosent Asif Cavadov cari məsələlərin müzakirəsində təqdimatla çıxış edib. Təqdimat Elmi Şuranın üzvləri tərəfindən müzakirə […]

ADPU-da 2 Fevral-Gənclər Günü münasibətilə görüş keçirilib

Fevralın 1-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov 2 Fevral-Gənclər Günü münasibətilə universitetin bir qrup fəal tələbəsi ilə görüşüb. Görüşdə Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev, Ümumi işlər üzrə prorektor Əbdül Xalıqov, rektor köməkçisi Riyad Rüstəmli, Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Tələbə Gənclər Təşkilatının […]

Sərraf Hüseynov: Gənclər siyasətində ənənə və varislik

Hazırda Azərbaycan dövləti bütün sahələrdə öz inkişafının yeni mərhələsinə daxil olub. İnkişafın bu mərhələsi dünyamızda baş verən elmi, texniki, ictimai, siyasi və mədəni proseslər fonunda özünə yeni yol tutur və davamlı insan resursları inkişafını özünün prioriteti hesab edərək irəliləyir. Ölkəmizin hərtərəfli inkişafı, xüsusən insan kapitalına qoyulan sərmayələr, rəqabətədavamlı insan kapitalı formalaşdırmaq naminə atılan addımlar ilk […]

Ceyhun Bayramov: Ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib

Azərbaycanda ucqar kəndlərdə qeyri-ixtisaslı müəllimlərin fəaliyyəti ilə bağlı problem əsasən həll edilib.A Mektebgushesi.az -ın məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə çıxış edərkən deyib.C.Bayramov əlavə edib ki, son 5 ildə 20 minə yaxın müəllim işə qəbul edilib: “Onların 90 faizi gənc müəllimlərdir.  İşə qəbul olunmuş müəllimlərin 70 faizi ölkənin müxtəlif […]

Azərbaycanda işləyən müəllimlərin sayı açıqlanıb

 “Hazırda ölkə üzrə müəllimlərin sayı 144 414 nəfər təşkil edir. Onların da 39 179 nəfəri, yəni 27 faizi 35 yaşa qədər olan müəllimlərdir. Həmin müəllimlərin 6099 nəfəri Bakı şəhərinin payına düşür”. Mektebgushesi.az xəbər verir ki, bu fikirləri təhsil naziri Ceyhun Bayramov bir qrup gənc müəllimlə görüşündə deyib. Onun sözlərinə görə, son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir: “Ötən il […]