BSU-da “Beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərin aktoru kimi” mövzusunda elmi seminar keçirilib

Bakı Slavyan Universitetində Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin və Beynəlxalq münasibətlər kafedrasının birgə təşkilatçılığı ilə “Beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərin aktoru kimi” mövzusunda elmi seminar keçirilib. Tədbiri BSU-nun elmi işlər üzrə prorektoru, professor Rafiq Novruzov açaraq müasir dünyada beynəlxalq təşkilatların rolundan danışıb. Sonra R.Novruzov sözü adıçəkilən kafedranın müəllimi, dosent Ləman Qarayevaya verib. L.Qarayeva beynəlxalq təşkilatların ölkələrarası münasibətlərdə yeri, onların keçdiyi tarixi inkişaf prosesi, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri barədə geniş məruzə ilə çıxış edib.

Ləman Qarayeva həmçinin Azərbaycanın 1992-ci ilin 2 mart tarixində BMT-nin üzvlüyünə qəbul edilməsini və 1992-ci il mayın 6-da Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyinin açılmasını xatırladaraq qısa zaman ərzində ölkəmizin beynəlxalq münaüsibətlərdə qazandığı uğurlar üzərində xüsusi dayanıb. O, əlavə edib ki, BMT ilə əməkdaşlığın birinci günündən başlayaraq Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin diqqətini BMT platformasından Ermənistan-Azərbaycan münaqişəsinə cəlb edib.

Sonra məruzə ətrafında Beynəlxalq münasibətlər kafedrasının müdiri professor Habil Məmmədov, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Dilarə Əliyeva və digərləri çıxış edib.

Seminarda iştirak edən tələbələrlə müəllimlər arasında mövzu ilə bağlı diskussiyalar olub.

Bənzər yazılar