Dərc olunub: 28.11.2018

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncə şəhərində vətəndaşları qəbul edəcək

DİM -dən Mektebgushesi.az -a verilən məlumata görə, Gəncə şəhərində keçiriləcək qəbulda Gəncə şəhər, Göygöl, Samux, Daşkəsən, Gədəbəy rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbul 6 dekabr, saat 10:00-da Gəncə şəhər H.Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti, 535) keçiriləcəkdir.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə müraciət etmələri xahiş olunur.

Bundan əlavə, Göygöl, Samux, Daşkəsən və Gədəbəy rayon Təhsil Şöbələrində 29 noyabr – 5 dekabr 2018-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qeyd: Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.