Dərc olunub: 31.10.2018

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Kosta-Rika Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Jairo Lopez Bolanosla görüşüb.

Qonağı salamlayan akademik Kamal Abdulla ADU-da ispan dili və mədəniyyətinin geniş təbliğ edildiyini bildirib.

Kamal Abdulla deyib ki, Kosta-Rikanın ziyalıları, universitetləri ilə geniş əlaqələrin qurulması istiqamətində diplomatın dəstəyinə ehtiyac var.

Universitetden Mektebgushesi.az-a bildirilib ki, Rektor Jairo Lopez Bolanosa ADU-da həyata keçirilən “Səfir saatı” layihəsi haqqında məlumat verib və onu layihə çərçivəsində tələbələrə mühazirə oxumağa dəvət edib. K. Abdulla eyni zamanda Azərbaycan Dillər Universitetində Latın Amerikası ölkələri səfirlərinin nümayəndəliyini yaratmağı təklif edib. Qeyd olunub ki, bu nümayəndəlik ölkələrin ali təhsil ocaqları arasında əməkdaşlığın yaranmasına və inkişafına böyük töhfə ola bilər.

Rektor görüşdə Azərbaycan multikulturalizmi haqqında danışaraq qeyd edib ki, hər iki ölkənin multikultural durumunun öyrənilməsi tərcübələrin bölüşməsi, təcrübələrdən faydalanmaq baxımından əhəmiyyətlidir.

Müvəqqəti işlər vəkili Jairo Lopez Bolanos yüksək qonaqpərvərliyə görə universitet

rəhbərliyinə öz təşəkkürünü bildirib, ADU haqqında həmişə xoş sözlər eşitdiyini deyib, səslənən təklifləri müsbət qarşıladığını vurğulayıb.

Səfir qarışılıqlı faydalı layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edərək, bu istiqamətdə lazım olan addımları atmağa hazır olduğunu vurğulayıb.

Bənzər yazılar