Məktəbguşəsi.az təhsil portalının keçirdiyi daha bir virtual sorğu başa çatdı.

Bir ay ərzində davam edən sorğunu keçirməkdə məqsəd kolleclərin ətrafında gedən söz – söhbətin cəmiyyət və kolleclər tərəfindən necə qarşılanması idi. Xatırladırıq ki, təhsil eksperti Allahverdi Eminovun “Kolleclər köhnə teknikomlardan heç nə ilə fərqlənmir bağlanmalıdır” fikri mətbuata çıxdıqdan sonra, bir neçə millət vəkilinin də bu fikiri dəstəklədiyi məlum oldu. Hətda belə fikirlər səsləndi ki, universitetlərdə 2 illik  subbokolavr təhsili verməklə orta ixtisaslı kadrlar hazırlamaq olar.

Bütün bunları nəzərə alaraq Məktəbguşəsi.az-ın keçirdiyi, virtual sorğu vasitəsi ilə “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” nominasiyalı sorğu başa çatdı. Nəticələr aşağıdakı kimidir.

 

1.ADPU nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (52%, 4.414 Səs)

2.Masallı Dövlət Regional Kolleci (11%, 915 Səs)

3.Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci (10%, 829 Səs)

4.Lənkəran Dövlət Humanitar Kolleci (5%, 458 Səs)

5.Sabirabad Dövlət Sosial İqtisadi Kolleci (5%, 437 Səs)

6.Tovuz Dövlət Sosial İqtisadi Kolleci (4%, 341 Səs)

7.Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci (2%, 163 Səs)

8.Azərbaycan Texniki Universiteti nəzdində Bakı Texniki Kolleci (1%, 117 Səs)

9.Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci (1%, 113 Səs)

10.Bakı Humanitar Kolleci (1%, 106 Səs)

11.ADİU nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (1%, 93 Səs)

12.SDU nəzdində Sumqayıt Dövlət Texniki Kolleci (1%, 78 Səs)

13.Bakı Qida Sənayesi Kolleci (1%, 59 Səs)

14.Milli Konservatoriya nəzdində Musiqi Kolleci (1%, 58 Səs)

15.Bakı Dövlət Sosial İqtisadi Kolleci (0%, 39 Səs)

16.Az MİU nəzdində İnşaat Kolleci (0%, 33 Səs)

17.Bərdə Dövlət İdarəetmə və Texnologiya (0%, 28 Səs)

18.Ağcabədi Pedaqoji Kolleci (0%, 27 Səs)

19.Gəncə Dövlət Regional Kolleci (0%, 25 Səs)

20.Astara Pedaqoji Kolleci (0%, 22 Səs)

21.Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci (0%, 22 Səs)

22.Gəncə Musiqi Kolleci (0%, 20 Səs)

23.Ağdaş Dövlət Humanitar Kolleci (0%, 20 Səs)

24.Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci (0%, 18 Səs)

25.Quba Dövlət Sosial İqtisadi Kolleci (0%, 16 Səs)

26.Şamaxı Dövlət Regional Kolleci (0%, 11 Səs)

27.Dövlət Rabitə və Nəqliyyat Kolleci (0%, 10 Səs)

28.Şəki Dövlət Regional Kolleci (0%, 10 Səs)

29.Şəki Dövlət Texniki Kolleci (0%, 9 Səs)

30.ADNSU nəzdində Bakı Neft-energetika kolleci (0%, 9 Səs)

31.Şuşa Humanitar Kolleci (0%, 9 Səs)

32.İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci (0%, 8 Səs)

33.Qazax Dövlət Sosial İqtisadi Kolleci (0%, 4 Səs)

34.Ağdam Dövlət Sosial İqtisadi Kolleci (0%, 4 Səs)

35.Ağdam Musiqi Kolleci (0%, 1 Səs)

36.Sumqayıt Musiqi Kolleci (0%, 1 Səs)

 

Ümumi səslər 8.527

P.S Sorğunun nəticələrinin təhlili ilə bağlı geniş analiz dərc ediləcək.

 

Mektebgushesi.az

Bənzər yazılar