Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə XII Azərbaycan beynəlxalq təhsil sərgisinin (“Education 2018”) açılışı olub. Tədbiri təhsil naziri Ceyhun Bayramov açaraq, sərginin “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edildiyini bildirib. O, qeyd edib ki, sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib.

Bakı Slavyan Universiteti də sərgidə təhsil sahəsində həyata keçirilən islahatları əks etdirən xüsusi pavilyonla çıxış edib. Sərgi üçün ayrılmış xüsusi sahədə universitetin tarixi, professor-müəllim heyətinin fəaliyyəti, fakültələr və ixtisaslar barədə məlumat lövhələri yerləşdirilib. Xüsusi guşədə universitetin nəşr etdiyi kitablar, jurnallar, dərslik və dərs vəsaitləri? O cümlədən universitetdə çalışan alimlərin xarici dərgilərdəki məqalələri nümayiş olunub. Bundan əlavə, BSU-da tədris edilən ixtisaslara uyğun olaraq tələbələr ayrı-ayrı ölkələrin milli-etnoqrafik geyimlərini sərgiləyiblər.

Təhsil naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva sərgidə olarkən BSU-nun paviliyonunda nümayiş olunan eksponatlarla da tanış olmuş və universitetin son illərdəki uğurlarını yüksək qiymətləndiriblər.

Sərgi oktyabrın 13-dək davam edəcək.

Bənzər yazılar