Dərc olunub: 25.09.2017
 
Tarixə öz damğasını vurmuş və ən güclü komandan olaraq bilinən əfsanə Monqol hökmdarı-Çingiz Xan haqqında 10 maraqlı məlumat sizlərlə…
1. Əsl adı Çingiz olmamışdır.
Monqol hökmdarı Çingiz Xanın əsl adı Temuçin olmuşdur.

2. Tarixin ən güclü komandanı olmuşdur.
Ləyaqətli və olduqca güclü bir orduya sahib olduğu üçün tarixdəki ən güclü komandan olaraq bilinir.

3. Dünya əhalisinin 10 faizinin ölümünə səbəb olmuşdur.
Bu mövzu tarixçilər arasında mübahisəli olsa da,deyilənə görə,Monqolların yol açdığı müharibələr dünya əhalisinin 10 faizin ölümünə səbəb olmuşdur.Günümüzdə bu faizi almaq üçün 750milyon adam öldürmək lazımdır.

4. Çingiz Xan qanunları…
Bildiyimiz kimi,Çingiz Xanın qanunları var idi.İmperiyada bu qanunlara tabe olmaq məcburi idi.Qanunlara görə,zina edənlər,yalan danışanlar,suyu kirlədənlər,casuslar edam edilirdi.

5. Ova görə qardaşını öldürmüşdür.
Çətin uşaqlıq dövrü keçirən Temuçin 10 yaşında olarkən ögey qardaşı-Behderi ovladıqları heyvanı bölməkdə problem yarandığı üçün öldürmüşdür.

6. Cucini öz övladlarından ayırmamışdır.
Çingiz Xan 16 yaşında ikən Börte adlı bir qadınla evlənmişdi.Börte Merkitlər tərəfindən qaçırılmış və bir nəfərlə evləndirilmişdi.Sonradan Monqollar tərəfindən qurtarılmış,qurtarıldıqdan 9 ay sonra bir övladı olmuşdur.Çingiz Xan ona monqolca “Qonaq” anlamına gələn Cuci adını vermişdir. Cucini də çox sevmiş və digər övladlarından heç zaman fərqləndirməmişdir.

7. Fiziki görünüşü haqqında tam dəqiq məlumat yoxdur.
Tarixə damğa vurmuş biri olmasına baxmayaraq fiziki görünüşü haqqında çoxda məlumat yoxdur.Çox qaynaqlara görə uzun,güclü,gur saqqalı,uzun saçlı biridir.Lakin bəzi mənbələrə görə qızılı saçlı,yaşıl gözlü bir adamdır.

8. Xəyanəti heç kimə bağışlamazdı: Öz xeyrinə olanı belə…
Heç zaman xəyanəti bağışlamazdı. Düşməninə daxil xəyanəti bağışlamazdı.Qardaşı Camuka ilə liderlik uğrunda aralarında mübarizə başlamışdır.Qaçaq həyatı sürən Camukanı öz adamları aldadaraq imperatorun yanına gətirmişlər,Çingiz Xan isə həmin adamları öldürtmüşdür.

9. Hər 200 nəfərdən biri Çingiz Xanın soyundandır.
Deyilənə görə,işğal etdiyi torpaqlarda qadınlardan uşaq sahibi olarmış,bu fikrə görə deyilir ki,hər 200 nəfərdən biri Çingiz Xanın soyundandır.

10. Məzarının yeri bilinmir və tapılarsa lənət gətirəcəyinə inanılır.
18 avqust 1227-ci ildə vəfat etmişdir və məzarının yeri bilinmir. Basdırıldıqran sonra bir xeyli atı məzarının üstündə gəzdirmişlər ki,məzarın yeri itsin və dəfnə qatılan hər kəsin məzarın yeri bilinməsin deyə öldürüldüyü söylənilir. Günümüzdə isə lənət gətirəcək qorxusu ilə məzarı axtarılmamaqdadır.