Müəllimlər üçün təşkil olunan yay məktəbi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən reallaşdırılan proqramın əsas məqsədi müəllimlərin peşə səriştəsini qeyri-formal təhsil formasında artırmaqdır.
Yay məktəbində müəllimlər müasir təhsilin fəlsəfəsi, hiperaktiv şagirdlərlə işin təşkili metodikası, didaktik oyunlardan istifadə, qeyri-ənənəvi rəsmçəkmə texnikaları, dərsin planlaşdırılması, sinfin idarəedilməsi və digər mövzularda nəzəri, praktik biliklər qazanırlar.
İyulun 7-də başa çatacaq yay məktəbinin iştirakçılarına sertifikatlar veriləcək.
mektebgushesi.az