Dərc olunub: 27.04.2017

LDU-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “İslam həmrəyliyi ili”nə həsr olunmuş “Mədəniyyət naminə elm “ silsiləsindən “Mədəniyyət –davamlı inkişafın amili kimi” mövzusunda seminar keçirilib.
Respublikanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də qatıldığı elmi seminarı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açaraq iştirakçıları salamlayıb, tədbirin məqsəd və məramlarını açıqlayıb,LDU-da bu istiqamətdə görülən işlərdən,yaxın vaxtlarda bu elm ocağında reallaşacaq layihələrdən söz açıb.Natiq İbrahimov belə mötəbər tədbirin məhz LDU-da keçirilməsinə görə iştirakçılar adından nazir Ə.Qarayevə minnətdarlıq bildirib.
Seminarda çıxış edən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev tədbirin mövzusunun təsadüfi seçilmədiyini ,mədəniyyətlə elmin ayrılmaz olduğunu və bütün ölkələrdə inkişafın bu iki amilə bağlılığını xüsusi vurğulayıb.Ə.Qarayev ölkə başçısı cənab İlham Əliyevin 2017-ci ili İslam həmrəyliyi ili elan etməsini də Azərbaycanda dini-islami dəyərlərə böyük önəm verilməsinin bariz nümunəsi kimi səciyyələndirib.
Elmi seminarda mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzin direktoru Asif Usubəliyev,Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkil(ombudsman )aparatının Cəlilabad regional mərkəzinin rəhbəri Ziya İsmayılov,Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbə müdiri Qağayı Məmmədov,BDU-nun kafedra müdiri Nadir İsmayılov,AMEA-nın Fəlsəfə İnstitunun aparıcı elmi işçisi Aydın Əlizadə ,Azərbaycan İqtisad Universitetinin dosenti Anar Vəliyev,LDU-nun dosenti Kamal Mahmudov,AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov və başqalarının məruzələri dinlənilib.Məruzələr ətrafında keçirilən açıq diskussiyada LDU-nun müəllimləri- professor Yədullla Ağazadə,dosent Kamran Kazımov,doktorant Nurlana İsmayılzadə çıxış ediblər.
Seminarda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə AMEA-nın Gənc Alim və MÜtəxəssislər Şurası arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimi keçirilib.Eyni zamanda LDU-ya müxtəlif adda elmi –metodiki ədəbiyyat hədiyyə edilib.
 
https://mektebgushesi.az/

Bənzər yazılar