9-cu sinif tarix dərsliyindən Xudu Məmmədovun və Oqtay Rəfilinin adları niyə çıxarıldı?
Faktor.az bildirir ki, dərsliyin səh. 146 .”Milli oyanış” mövzusunda iki məşhur dövlət xadimimizin adı çıxarılıb.
1962 – ci ildə idarəetmədə milli kadrları hazırlamaq məqsədilə yaradılmış Milli AZƏRBAYCAN QƏRƏRGAHI-nın (MAQ) yaradıcıları Xudu Məmmədovun və Oqtay Rəfilinin adı kitablardan çıxarılıb.

Məslə ilə bağlı tarixçi Kamran Əsədov Faktor.az-a bildirib ki, IX sinif Azərbaycan Tarixi dərsliyi 2016-cı ildə yeni təlim standartları ilə, yəni kurikulum əsasında yazılıb. “İlk dərslik olduğuna görə müəlliflər tərəfindən müəyyən informasiyaların verilməsində diqqətdən kənarda qalanlar var. Çünki əvvəlki ənənəvi dərslikdən fərqli olaraq, indi IX sinif Azərbaycan Tarixi dərsliyi XVIII-XIX əsrləri yox, daha geniş informasiya ilə yüklənmiş XIX-XX və XXI əsri əhatə edir.
Bu əsrlər Azərbaycanın tarixində, mədəniyyətində, iqtisadi və siyasi həyatında mühüm əhəmiyyət kəsb edən məsələlərə doludur. Kitabın həcmi isə bu əsrlərdə baş verən hadisələri tamamilə yazmağa imkan vermir. Ona görə də, bəzi müəlliflər ixtisar edəndə dövlətçilik tarixinin ən şərəfli hadisələrini bəzən ya unudurlar, yada yazanda yanlışlığa yol verirlər. Hesab edirəm ki, bu kimi hadisələr mütləq şəkildə dərsliklərdə öz əksini tapmalıdır. Çünki o şəxslər bütün xalq tərəfindən qəbul edilmiş müsbət qəhrəmanlardır. Hətta Heydər Əliyevdə onların fəaliyyətinə müsbət fikir bildirib. Sovetlərin ən yüksək illərində Azərbaycanda müstəsna xidmətləri olan şəxsləri tarix səhnəsindən silmək olmaz. Düşünürəm ki, ilk dərslik olduğu üçün təəsüflər olsun ki, diqqətdən kənarda qalıb. Bu il təkrar çapda bu aradan qaldırılacaq və tarixi şəxsiyyətlər tarix kitablarına qayıdacaqlar. Onların adlarının dərslikdə verilməməsi ayıbdır, qüsurdur”.


