Bu gün Bakı Slavyan Universitetində (BSU) Novruz bayramına həsr olunmuş bayram tədbiri keçirilib. Yazın gəlişini xüsusi qarşılayan universitet kollektivi torpaq – ilaxır çərşənbəsini də yüksək ab-hava ilə qeyd edib.
Belə ki, bayramla əlaqədar BSU-nun foyesində fakültələr arasında “Xonça” müsabiqəsi keçirilib. Universitetin rektoru, professor Nurlana Əliyeva və prorektorlar tələbələr və magistrantlar tərəfindən hazırlanmış xonçalara qiymət verib, hazırladıqları təamlardan dadıb, onlarla yumurta döyüşdürüblər.

Bayram tədbirini giriş sözü ilə açan rektor, professor Nurlana Əliyeva Novruzun ölkəmiz və xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd etmiş, milli adət-ənənələri öz qəlbində yaşatmışdır. Rektor dünyada sülh və birgə yaşayışın təmin edilməsi məqsədilə hər kəsi Novruzun aşıladığı milli dəyərləri qorumağa və onları gələcək nəsillərə ötürməyə çağırıb.

Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, sağlam can, bol ruzi, firəvanlıq arzulayıb.
Tədbir konsert proqramı ilə davam edib. Bayram tədbirində “Xonça” müsabiqəsinin qalibləri professor Nurlana Əliyeva tərəfindən mükafatlandırılıb. “Süfrə” nominasiyası üzrə beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi, “Səməni” nominasiyası üzrə pedaqoji fakültə, “Novruz xonçası” nominasiyası üzrə əcnəbi tələbələrlə iş üzrə dekanlıq, “Novruz xalçası” nominasiyası üzrə Azərbaycan filologiyası və jurnalistika fakültəsi, “Bahar təravəti” nominasiyası üzrə tərcümə fakültəsi, “Novruz şamı” nominasiyası üzrə filologiya və xarici dil müəllimliyi fakültəsi, “Novruz dizaynı” nominasiyası üzrə magistratura şöbəsi qalib gələrək diplomla mükafatlandırılıblar.
https://mektebgushesi.az

Bənzər yazılar