“Mavi balina” adlı kompüter oyunu son 6 ay ərzində 130 gəncin intiharına səbəb olub.
Moderator.az xəbər verir ki, internet vasitəsilə oynanılan oyun Rusiyada bir çox gənclərdə ciddi depressiyaya səbəb olub. Oyun 50 mərhələdən ibarətdir, aparılan tədqiqatlara əsasən, gənclərin çoxu oyunun sonuncu mərhələsində yəni 50-ci günündə intihar edirlər. Veronika Volkova və Yuliya Konstantinova adlı iki yeniyetmə qızın intiharından sonra son 6 ayda baş verən analoji hadisələrin əsas səbəbi kimi həmin kompüter oyunu göstərilir. Rus hüquq orqanları artıq bu istiqamətdə tədqiqata başlayıb.
Qeyd olunur ki, son günlərdə intihar edən gənclərin demək olar, hamısı maddi baxımdan yüksək imtiyazlı ailələrin övladıdır. Əsasən, Sibir vilayətində bu səbəbdən olan intiharların sayı artıb.
Mütəxəssislərin sözlərinə görə, “Mavi balina” oyunu oyunçularda intiharın toxumlarını əkir. Demək, oyun başlayan zaman ekrana əvvəlcə bir qatar gəlir və “ bu dünya bizlik deyil” sözləri ilə ekrandan silinir. Həmçinin, balinanın üzərinə çıxandan sonra “biz ölü nəslin uşaqlarıyıq” sözləri yazılır. Beləcə, oyunun bütün təlimatlarını həyata keçirən gənc iştirakçılar sonda intihara meyl edir.