Mektebgushesi

Təhsil Tələbə Krediti ilə bağlı müraciət edənlərdən 168-nə imtina verilib

2023-2024 tədris ilinin payız semestrində Təhsil Tələbə Krediti almaq üçün bu günə qədər 3 342 tələbə müraciət edib. Bu barədə Mektebgushesi.az-a Təhsil Tələbə Kredit Fondundan məlumat verilib. Bildirilib ki, müraciət edənlərdən 1 712 nəfərə kredit verilib. Onlardan 523-ü sosial, 1 189-u isə standart təhsil kreditidir. Qeyd edək ki, müraciət edənlərdən 168-nə imtina verilib.

ATMU-nun nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində İsveçdə təlimlərdə iştirak ediblər

  Mingəçevir Dövlət Universitetinin (MDU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində layihə konsorisumunun üzvü olan Azərbaycan ali təhsil müəssisələrinin nümayəndə heyəti İsveç Krallığının Stokholm şəhərində səfərdə olublar. Səfərin məqsədi universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq fəaliyyətlərinin səmərəli […]

AzTU və MAA nümayəndə heyətləri Türkiyədə səfərdə olub

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin və Milli Aviasiya Akademiyasının (MAA) birinci prorektoru Ədalət Səmədovun rəhbərlik etdiyi nümayəndə heyətlərinin Türkiyənin müdafiə sənayesi müəssisələrinə və bir sıra universitetlərinə səfəri başa çatıb. Səfər çərçivəsində Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ), TEİ – TUSAŞ Motor Sanayii A.Ş, Eklemeli İmalat Teknoloji Merkezi (EKTAM), Türk Hava Kurumu Universiteti, […]

Peşə təhsili müəssisələrinə sənəd qəbulu bu gün başa çatır

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər üçün sənəd qəbulu bu gün saat 17:00-da başa çatacaq. Bu barədə Mektebgushesi.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, qəbulun birinci mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində bu gün saat 17:00-dək qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi […]

Buraxılış imtahanlarında iştirak etməyənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirəcə

Dövlət İmtahan Mərkəzi bu keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Mektebgushesi.az xəbər verir ki, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar Bakı, Naxçıvan, […]

Sertifikatlaşdırılma imtahanının nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub. Təhsil İnstitutundan  bildirilib ki, test imtahanı ölkə üzrə 4 şəhər olmaqla 13 imtahan mərkəzini əhatə edib. Test imtahanında 1 939 müəllim iştirak edib. İmtahanda 93 faiz davamiyyət qeydə alınıb. Sertifikatlaşdırılma qaydalarına edilmiş dəyişikliyə əsasən, 60 və daha yuxarı yaşda olan müəllimlərin prosesdə iştirakı könüllü olub. Sertifikatlaşdırılma […]

BDU-nun Astrofizika kafedrası: Bu gün ilin ən böyük Super Ay hadisəsi müşahidə olunacaq

Avqustun 30-dan 31-nə keçən gecə 2023-cü ilin ikinci Super Ay hadisəsi müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Ay Yerə ən yaxın məsafədə – orbitinin perigeyində avqustun 30-da Bakı vaxtı ilə saat 19:52-də olacaq və avqustun 31-də  saat 05:37-də Dolu (Tam) Ay fazasına keçəcək. Bu hadisələr arasındakı fərq 9 […]

BANM-də alman mühəndisləri üçün yay məktəbi başlandı

  SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) “Neft hasil edən ölkələrdə enerji keçidi”  mövzusunda Alman Akademik Mübadilə Xidmətinin (DAAD) maliyyəsi ilə həyata keçirilən beynəlxalq yay məktəbi başlayıb. Yay məktəbində Almaniyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alan 16 tələbə iştirak edir. 2 həftə davam edəcək yay məktəbinin açılış mərasimində BANM-in Erasmus+ Beynəlxalq Proqramlar Ofisinin rəhbəri Humay Azayeva bu […]

Nurlan İsmayılbəyli: “Sertifikatlaşdırmadan kəsilənlər yenidən müəllimlərin işə qəbulu imtahanlarında iştirak edə bilər”

Məlum olduğu kimi, sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq […]

Növbəti həftələrdə Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri müsahibəyə çağırılacaq – RƏSMİ

“Növbəti həftələrdə birinci mərhələdən keçən Azərbaycan dili, ədəbiyyat və ibtidai sinif müəllimləri müsahibəyə çağırılacaq”. Mektebgushesi.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib. “Müsahibələr müəyyən müddət ərzində davam edəcək. Nəzərə alsaq ki, 15 sentyabr yeni tədris ili başlayır, həmin tarixdə müəllimlərin öz məktəblərində fəaliyyətlərinə rahat şəkildə davam etməsi daha məqsədəuyğundur. Buna görə də […]

BDU-nun əməkdaşlarını bıçaqlayan şəxslə bağlı QƏRAR

Ali Məhkəmədə Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İsmixan Mirzəyev yeddi il azadlıqdan […]

ADNSU: Bərpa olunan enerji mənbələri üzrə ikili diplom proqramına qəbulun vaxtı uzadılıb

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Vorvik Universitetinin “Warwick Manufacturing Group” (WMG) bərpa olunan enerji mənbələri sahəsində magistratura pilləsində ikili diplom proqramı üçün 2023-2024-cü tədris ili üçün boş yerlərə qəbul sentyabrın 10-dək uzadılıb. Bu barədə ADNSU-dan məlumat verilib. Bildirilib ki, bu proqram WMG tərəfindən həyata keçirilən 8 modul və layihə nəticəsində Vorvik […]

Slovakiya universitetinin nümayəndəsi AzTU-da olub

  Slovakiya Respublikasının Jilina Universitetinin Mexanika mühəndisliyi fakültəsinin beynəlxalq əlaqələr üzrə dekan müavini professor İvan Kuliç ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub. AzTU-dan  bildirilib ki, qonaq Texniki Universitetin rektoru Vilayət Vəliyev və digər nümayəndələr ilə görüşüb. İvan Kuliç əvvəlcə təmsil etdiyi universitet haqqında geniş təqdimatla çıxış edib, AzTU ilə enerji, nəqliyyat və logistika, […]

Nurlan İsmayılbəyli: Bugünkü imtahanlarda 1939 ibtidai sinif müəllimi iştirak edib

  Avqustun 29-da ötənilki sertifikatlaşdırma prosesində uğur qazanmayan ibtidai sinif üzrə təhsilverənlərin imtahanı keçirilib. İmtahanlarda 1939 müəllim iştirak edib. Mektebgushesi.az  xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli müəllimlərin sertifikatlaşdırılması ilə bağlı canlı yayımda söyləyib.

Bu gün təkrar sertifikasiya imtahanı keçirilib

Bu gün uğursuz nəticə göstərmiş müəllimlər üçün təkrar sertifikasiya imtahanı keçirilmişdir.   Mektebgushesi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli danışıb. “İmtahanda 1 939 müəllim iştirak etmişdi. Yaşı 60-dan aşağı müəllimlərin bu gün keçirilən imtahanda davamiyyəti 93 % təşkil edib. Ölkə ərazisində 4 şəhərdə həyata keçirilmişdir”. N.İsmayılbəyli əlavə olaraq […]