Mektebgushesi

Mart ayı ərzində BŞTİ -yə 7022 müraciət daxil olub  

Mart ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 7 022 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 4 142 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 358 müraciət daxil olub. BŞTİ-yə 1 132 sənəd (vətəndaşlar tərəfindən 212 ərizə, Elm və Təhsil Nazirliyindən […]

“Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə icra olunan “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib. Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib ki, bu proqram tələbə və məzunlara təhsil sahəsi üzrə təcrübi bilik və bacarıqlar qazandırmaqla yanaşı, nazirliyin müxtəlif strukturları üçün kadr ehtiyatı bazasının formalaşdırılması […]

Elm və Təhsil Nazirliyinə vətəndaş müraciətlərinin statistikası – FOTO

Martın 16-dan 31-dək Elm və Təhsil Nazirliyi və qurumlarına 11 829 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 7 639-u çağrı mərkəzləri, 347-si sosial media, 1 418-i “WhatsApp” vasitəsilə, 661-i elektron, 372-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 1 392 müraciət qeydə alınıb. Müraciətlər birinci sinfə qəbul, texniki işçi heyətin işlə təmin olunması, müəllimlərin yerdəyişməsi, məktəbəqədər […]

BDU-nun professoru Qüdrət İsmayılzadə vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məsləhətçi professoru, tarix elmləri doktoru Qüdrət İsmayılzadə vəfat edib. Qüdrət İsmayılzadə 1934-cü il oktyabrın 24-də Bakıda anadan olub. 1952-ci ildə 208 saylı orta məktəbi bitirib. 1952-1957-ci illərdə BDU-nun Tarix fakültəsində təhsil alıb. 1960-1963-cü illərdə AMEA-nın aspirantı olub. “Qərbi Azərbaycanın qədim mədəniyyəti tarixinə dair” adlı namizədlik dissertasiyası müdafiə edib. O, […]

ADU ilə ortaq layihələrdə iştirak etmək istəyən universitetlərin sayı artmaqdadır – Anar Rəhimov

Azərbaycan Dillər Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Anar Rəhimovla müsahibəni təqdim edirik.  – Anar müəllim, bilirik ki, 13-17 mart tarixlərində Serbiyanın Belqrad şəhərindəki eyniadlı universitetdə ezamiyyədə olmusunuz. Səfərin məqsədi ilə bağlı oxucularımıza məlumat verməyinizi xahiş edirik. – Sualınıza cavab verməzdən öncə universitetimizin xarici əlaqələri haqqında qısa məlumat vermək istərdim. Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqəri günü-gündən […]

Naxçıvanda təhsil müəssisələrində vakant olan təşkilatçı vəzifələr üzrə müsabiqənin nəticələri AÇIQLANDI

Naxçıvanda direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün keçirilən müsabiqənin nəticələri açıqlanıb. Nazirlikdən verilən məlumata görə, muxtar respublikada ilk dəfə olaraq yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə müsabiqə keçirilib. Müsabiqədə iştirak edən 97 […]

İt dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan Məktəblı evə buraxıldı

Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb. Bu barədə Oxu.Az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Məlumatda qeyd olunub ki, bədənində çoxsaylı yara ilə xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in […]

Ümumi təhsildə qiymətləndirilmənin  mahiyyəti və məzmunu

  Fərdlər haqqında qərar qəbul etmək üçün istifadə  qiymətləndirmə  şagirdin müəyyən bir təhsil mərhələsini, istər sinif bölməsi, istərsə də 11 illik məktəbi başa vurduqdan sonra müəyyən bir səriştə səviyyəsinə çatdığını müəyyən etməyə kömək etmək üçün aparılan qiymətləndirmədir. Bu istiqamətdə deyə bilərik ki, qiymətləndirmənin əsasını üç əsas element təşkil edir: bu sahədə şagird idrak və öyrənmə […]

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında birgə fəaliyyət planı imzalanıb

2024-cü ilin aprelin 1-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda Mingəçevir Dövlət Universitetinin (MDU) nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə hər iki qurumun rəhbər və müvafiq əməkdaşları iştirak ediblər. İnstitutun baş direktoru professor Misir Mərdanov ötən ilin noyabrında Mingəçevirə səfərini xatırladaraq MDU ilə əməkdaşlığın qurulmasından məmnunluğunu dilə gətirib. Rəhbərlik etdiyi İnstitutun […]

Sumqayıtda 13 yaşlı məktəbli narkotikdən ÖLMƏYİB? – TƏFƏRRÜAT

Ötən gün Sumqayıtda 13 yaşlı yeniyetmənin narkotikdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd olunub ki, 2011-ci il təvəllüdlü Əli Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb. İddialara görə, yeniyetmə yüksək dozada narkotik qəbul etməsi səbəbindən ölüb. Bizim.media-nın əldə etdiyi məlumata görə, yeniyetmənin atası dünyasını dəyişib, anasının psixi problemləri var. Ailəyə isə adının bilinməsini istəməyən qonşu […]

Məktəblilər beynəlxalq olimpiadada uğur qazanıblar

  Azərbaycan məktəbliləri Şərqin böyük mütəfəkkiri və şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Türkmənistanın Arxadağ şəhərində keçirilmiş riyaziyyat olimpiadasında uğur qazanıblar. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 5 şagirdi də iştirakçılar sırasında olub. Onlardan 8-ci sinif şagirdi Elvira Quliyeva və 7-ci sinif şagirdi Sübhan Muxtarlı olimpiadada bürünc medal […]

İlahə Ümidli – Həyat dolu Həyat müəllim

İllər öncə bir kitab oxudum… Və bu kitab, düşüncələrimdə zamanın dəyəri ilə bağlı ciddi və xəbərdaredici izlər buraxdı. Öyrəndim ki, həyat gecikənləri bağışlamır, öyrəndim ki, zamana uduzmaq insanları dəyişdirir, öyrəndim ki, zamanı ən çox sevdiklərimizə həsr etməliyik. Bu kitab Sesiliya Ahernin “Hədiyyə” romanı idi. Romanın baş qəhrəmanı Lu Saffernin zamana qalib gəlmək istəyir. Bütün vaxtını […]

ADNSU-da Gənc tədqiqatçıların və doktorantların Böyük elmi seminarı keçirilib

Aprelin 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənc tədqiqatçıların və doktorantların “Elm Günü”nə həsr olunmuş Böyük elmi seminarı keçirilib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun da iştirak etdiyi seminarda öncə universitetin elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova çıxış edərək seminar haqqında məlumat verib. O, gələcəyin alimlərinin elmi potensialının inkişaf etdirməsi üçün universitetdə […]

BDU-nun kafedra müdiri vəfat etdi – FOTO

  Bakı Dövlət Universitetinin müəllimi İmran Abdullayev vəfat edib. Mektebgushesi.az xəbər verir ki, bu barədə Universitetin Coğrafiya fakültəsinin sosial media hesabında məlumat yayılıb. İmran Abdullyev Hidrometeorologiya kafedrasının müdiri vəzifəsində çalışırdı. Dosentin ölüm səbəbi açıqlanmayıb.