Mektebgushesi

Şəki-Zaqatala regionunda 11 məktəb direktoru cəzalandırıldı – FOTO

Mart ayı ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən 34-də monitorinqlər keçirilib. İdarədən Mektebgushesi.az-a verilən xəbərə görə, monitorinqlər əsasən təhsil müəssisələrində məktəb sənədləşməsi, infrastruktur və maddi-texniki təminat, dərs prosesinin düzgün qurulması məsələləri ilə bağlı aparılıb. Təhsil müəssisələrində aparılmış monitorinqlər zamanı aşkar edilmiş ciddi pozuntu və nöqsanlara əsasən, qanunvericiliklə müəyyən olunmuş əmək funksiyası və vəzifəsini […]

ADPU-nun Şəki filialında Aprel döyüşlərinə həsr olunmuş elmi seminar keçirilib

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Humanitar fənlər kafedrası və Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “4 günlük müharibə – Aprel döyüşləri Vətən müharibəsindəki zəfərimizin başlanğıcı kimi” mövzusunda elmi seminar keçirilib. Əvvəlcə, vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Filialın tədris işləri […]

Elm və Təhsil Naziri olimpiada qalibləri ilə görüşüb

  Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a bildirilib ki, nazir onları qazandıqları uğurlara görə təbrik edərək gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb. Sonra nazir gənclərə öz tövsiyələrini verib, onlarla səmimi söhbət aparıb və suallarını cavablandırıb. Görüşün […]

Naxçıvan MR Təhsil Nazirliyində audit aparılır, nöqsanlar aşkarlanıb

“Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində və Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində audit aparılır”. Mektebgushesi.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. Hesablama Palatasının sədri bildirib ki, Təhsil Nazirliyində aparılmış yoxlamanın nəticəsi vəziyyətin əvvəlki illərdən ciddi fərqlənmədiyini göstərir: “Artıq ştatların, uşaqların sayının şişirdilməsi halları 2023-cü ildə də təkrarlanıb. Naxçıvan MR Kənd Təsərrüfatı […]

ADPU-nun Şəki filalının direktoru sınaq dərsində iştirak edib  

Aprelin 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filalının xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının IV tədris ili  tələbəsi Şəlalə Allahverdiyeva pedaqoji internatura keçdiyi Şəki şəhər Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin VIIb sinfində “Dostluq haqqında mahnı” mövzusunda sınaq dərsi keçib. Sınaq dərsində ADPU-nun Şəki filialının direktoru, dosent Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini […]

Elşən Qafarov – Sizin Azərbaycan xalqı ilə, təhsilimizlə nə ədavətiniz var?

Sizin Azərbaycan xalqı ilə, təhsilimizlə nə ədavətiniz var? Mektebgushesi.az xəbər verir ki, bu fikri Təhsil eksperti Elşən Qafarov sosial şəbəkədəki hesabında paylaşıb: Artıq 2022-ci ildən Dövlət ümumitəhsil məktəblərində çalışan müəllimlərin ( “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin […]

Təhsil haqqında qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

Aprelin 8-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən  bildirilib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev gündəliyə ikinci oxunuşda olan iki qanun layihəsinin – “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak […]

Ümumi təhsil müəssisələrinin monitorinqlərinin təşkili ilə bağlı təlim keçirilib

  Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə nazirlik, agentlik və Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışan bir qrup əməkdaş üçün təlim keçirilib. Nazirlikdən bildirilib ki, təlimdə ümumi təhsil müəssisələrində təhsilin dövlət standartlarına uyğun təşkilinə nəzarətin həyata keçirilməsi, hüquqpozmalar, hüquqpozmaya şərait yaradan halların müəyyənləşdirilməsi, təlim-tərbiyə prosesində şəffaflığın təmin olunması, […]

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

  Elm və təhsil naziri Emin Əmrullayev 19 aprel tarixində Samux rayonunda vətəndaşları qəbul edəcək. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak edə bilərlər. Adları çəkilən şəhər və rayonların sakinləri 15 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı […]

AzTU-nun İnnovativ Texnologiyalar Mərkəzi silsilə təlimlərə başlayıb

  Azərbaycan Texniki Universitetinin (AzTU) İnnovativ Texnologiyalar Mərkəzi akademik heyət üçün “Layihələrin idarə olunması” mövzusunda silsilə təlimlərə başlayıb. Təlimlərin üç ay davam etməsi nəzərdə tutulur. Mektebgushesi.az xəbər verir ki, İnnovativ Texnologiyalar Mərkəzinin fəaliyyət planına uyğun olaraq digər istiqamətlərdə də təlimlərin və seminarların keçirilməsi planlaşdırılır. Qeyd edək ki, mərkəz “Erasmus+KA2” proqramı çərçivəsində AzTU-da icra edilən “İnnovasiya və […]

Dövlət qulluğu üzrə test imtahanı keçiriləcək

  Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il aprelin 14-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək. Mektebgushesi.az xəbər verir ki, imtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. İmtahan binasına buraxılış vərəqəsində […]

Gəncə şəhərində “Yaşıl dünya naminən həmrəylik ili” çərçivəsində konfrans keçirilib

7 aprel 2024-cü il tarixində Gəncə şəhər 29 nömrəli tam orta məktəbdə “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində” Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı ilə “Gənc müəllimlərin yaşıl dünya konfransı: ətraf mühit naminə dayanıqlı inkişaf” adlı tədbir keçirilib. 350 müəllimin iştirakı ilə keçirilən konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir […]

ADA Universiteti ilə İtaliyanın Bolonya Universiteti arasında əməkdaşlıq genişlənir

  İtaliyanın Alma Mater Bolonya Universitetinin rektoru Ciovanni Molari və nümayəndə heyəti İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA Universitetində olub. Bu barədə ADA Universitetindən məlumat verilib. Rektor Molarinin sayca ikinci olan bu səfəri zamanı əsas müzakirə mövzuları sırasında humanitar elmlər sahəsində əməkdaşlıq, ADA Universitetində “İtalyanşünaslıq” proqramının tədrisi, Azərbaycanın mədəni irsi, dili, tarixi, ədəbiyyatı, musiqisi, memarlığı, teatr […]

Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün metodik vəsait dərc edilib

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Azərbaycan dili üzrə sertifikasiya imtahanı üçün metodik vəsait dərc edilib. DİM-dən  bildirilib ki, metodik vəsait səviyyələr üzrə Azərbaycan dili imtahanına hazırlaşan və bu imtahanla maraqlanan şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanla əlaqədar tərtib olunmuş “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı proqram, yeni imtahan modelinin tapşırıq nümunələri və […]

Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşüb

Aprelin 8-də elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştelmayster ilə görüşüb. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, görüş zamanı Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əlaqələrin cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə olunub.