Mektebgushesi

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə təsis etdiyi Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası ilə bağlı Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin iştirakı ilə infosessiya keçirilib. Universitetdən bildirilib ki, əvvəlcə prorektor Rəşad Əliyev mərkəzin təlimlərinin yeni dalğası barədə ətraflı məlumat verib. Bildirib ki, təlimlərdən yararlanmaq üçün […]

Uşağın məktəbəhazırlıq mərhələsindən keçməməsi onun I sinfə qəbulundan imtinaya səbəb ola bilməz – EKSPERT

Deputat Siyavuş Novruzov parlamentdə birinci sinifə qəbul qaydalarından narazılığını bildirib. O deyib ki, vətəndaş övladını evinə yaxın məktəbə gətirir, lakin birinci sinifə qəbul olunmaq üçün müsabiqə keçirirlər. Millət vəkilinin fikrincə, məktəblərin bu cür qanunları təhsilə maneə törədir. Məsələyə təhsil eksperti Nadir İsrafilovun yanaşmasını öyrəndik. O, Demokrat.az-a açıqlamasında qeyd edib ki, “Şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu […]

“Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda seminar təşkil olunub

    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Gənclərin zərərli vərdişlərdən qorunması” mövzusunda seminar təşkil olunub. Aİİ rektoru, dosent Aqil Şirinov seminarda zərərli vərdişlərə qarşı ölkəmizdə kəskin mübarizə və geniş maarifləndirmə işlərinin aparıldığını bildirib, dövlət qurumları ilə  yanaşı, ictimaiyyətin də bu sahədə fəal olmasının vacibliyini vurğulayıb. İnstitutda gənclər arasında müxtəlif zərərli vərdişlərin yayılması əleyhinə bir sıra tədbirlərin […]

AzMİU-da İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib

  Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “İnformasiya texnologiyaları və onların tətbiqi” (ITTA 2024) adlı II beynəlxalq konfrans keçirilib. Konfrans Elm və Təhsil Nazirliyi, AzMİU, Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Polşanın Bydgoszcz Elm və Texnologiya Universiteti, Türkiyənin Ege Universiteti, Ukraynanın V.M.Qluşkov adına Kibernetika İnstitutu və Qazaxıstanın İnformasiya və Hesablama Texnologiyaları […]

AzTU-da “Qərbi Azərbaycan Texnoloji İrsi” Mərkəzi yaradılıb

AzTU Elmi şurasının növbəti iclası keçirilib. İclasda Baş nazir Əli Əsədovun “Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərarından irəli gələn məsələrlə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda, tədrisin keyfiyyətinin artırılması, elmi-tədqiqat işlərinin beynəlxalq standartlar əsasında formalaşdırılması, eləcə də texnoloji transfer fəaliyyətinin və universitet sahibkarlığının artırılması ilə bağlı qərar qəbul edilib. Buna müvafiq […]

Şagirdlər Xalq yazıçısı ilə görüşüb  

Paytaxt məktəbliləri Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüşüblər. 23 Aprel-Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Azərbaycan Yazıçılar Birliyində keçirilən görüşdə yazıçı Anar çoxşaxəli yaradıcılığı, bədii və publisistik əsərləri, kinofilmləri barədə məktəblilərə məlumat verib. Bu yaxınlarda paytaxtdakı məktəblərin birində qonaq olduğunu xatırladan yazıçı şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin […]

BMU-da IELTS imtahanına təşviqlə bağlı üçtərəfli müqavilə imzalanıb

Bakı Mühəndislik Universiteti (BMU), Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) arasında  “Universitetin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi işinin təşkili haqqında” əməkdaşlıq müqaviləsi imzalanıb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, BMU-nun rektoru Yaqub Piriyev, TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov və TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən imzalanan sənəd […]

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb. Bu barədə  kitabxanadan bildirilib. Virtual sərgidə Mərkəzi Elmi Kitabxananın zəngin fondları haqqında məlumat verilir, müxtəlif mövzuları əhatə edən yeni və maraqlı nümunələr təqdim olunur. Bunların sırasında “Azərbaycan ədəbiyyatında Vətən və dövlətçilik məfkurəsinin intibahı. Heydər […]

Şəmil Sadıq: BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

  Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş bugünkü kitab sərgisində Bakı Dövlət Universiteti təqribən 30-a yaxın nəşriyyatı bir araya gətirib. Təqribən biz 4 ildən çoxdur ki, 20-dən çox sərgi və festival keçirmişik. Lakin bugünkü kitab sərgisi bir ilkdir ki, əksər nəşriyyatlar bir araya toplanıb. Mektebgushesi.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açılamasında “Azərbaycan […]

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

  Aprelin 24-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək. Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək. “Açıq qapı” günü saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir. Ünvan: Xətai rayonu, Məhsəti küçəsi […]

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

  Mayın 4-də xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək. Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az -a bildirilib ki, saat 10:00-da başlanacaq imtahan kompüterlər vasitəsilə keçiriləcək. İştirakçılar imtahanın başlanma vaxtına ən az bir saat qalmış şəxsiyyəti təsdiq edən sənədin əsli ilə birlikdə imtahan binasının önündə olmalıdırlar. İmtahanda iştirakçılara 30 test tapşırığı […]

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı təşkil olunub. Kitabxanadan  bildirilib ki, seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 […]

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

  Biz də “Qədim Qala” nəşriyyatı olaraq Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Bakı Dövlət Universitetində keçirilən kitab sərgisində iştirak edirik. Stendlərdə müxtəlif janrlarda kitablar var. Kitablar əsasən şəxsi inkişaf, psixoloji və elmi yönümlüdür. Oxucular arasında tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər. Bunu kitab sərgisi çərçivəsində “Qədim Qala” nəşriyyatının […]

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaş olduğu “Azərbaycanda Rektorlar Konfransının yaradılması” layihəsi çərçivəsində hesabat konfransı keçirilib. Mektebgushesi.az xəbər verir ki, Bakı Biznes Univeristetində (BBU) baş tutan konfransda 28 yerli ali təhsil müəssisəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya, həmçinin layihənin xarici partnyorları olan Litvanın […]

Latviya məktəblərində rus dilinin tədrisi qadağan edilib

  Latviya hökuməti məktəblərdə rus dilinin ikinci xarici dil kimi tədrisinin qadağan olunması haqqında qərar qəbul edib. Mektebgushesi.az xəbər verir ki, məlumatı TASS yayıb. Məlumata görə, qərar 2026-cı ildən qüvvəyə minəcək.