Mektebgushesi

Ötən ay xaricdə təhsil almış şəxslərin diplomunun tanınması üzrə 244 müsbət qərar verilib

Fevral ayı üzrə xaricdə təhsil almış 265 müraciətçinin diplomunun tanınması üzrə 244-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 21 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Mektebgushesi.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, dövlət nümunəli […]

Regionlarda yerləşən kolleclərdə monitorinq aparılıb

  4-6 mart tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndələri regionlarda yerləşən kolleclərdə monitorinq keçirib. Bu barədə Mektebgushesi.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Agentliyin Orta ixtisas təhsili müəssisələri ilə iş sektorunun müdiri Səbinə Ənvərli və Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci, […]

BMU-da Beynəlxalq Qadınlar Gününə həsr olunan konsert proqramı keçirilib

  Bakı Mühəndislik Universitetində (BMU) 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr edilən konsert proqramı təşkil olunub. Tədbirdə çıxış edən rektor Yaqub Piriyev bayram münasibətilə ən səmimi təbriklərini çatdırıb. Tarixən Azərbaycan qadınının xalqımızın müqəddəs dəyərlərinin qorunması və inkişafında müstəsna rola mailk olduğunu söyləyən rektor ölkəmizdə qadının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsinin, bu sahədə köklü dəyişikliklərin […]

Nazir müavini Qəbələ və İsmayıllı rayonlarındakı peşə təhsili mərkəzlərində olub

  Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Qəbələ və İsmayıllı rayonlarındakı peşə təhsili mərkəzlərində olub. Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az -a bildirilib ki, nazir müavini əvvəlcə İsmayıllı və Qəbələdə yerləşən dövlət peşə təhsili mərkəzlərinə baş çəkib, onların maddi-texniki bazası ilə tanış olub, müəssisələrin ərazisi, o cümlədən emalatxanalar, sinif otaqları və yataqxana ilə tanış olub. […]

Ceyhun Məmmədov: Azərbaycan qadının adı ölkəmizdə hər zaman uca tutulmuşdur

  8 Mart – Beynəlxalq Qadınlar Günü bütün dünyada olduğu kimi ölkəmizdə də rəsmi bayram günü kimi qeyd olunur. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçıları kimi daim ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi,mədəni həyatında, elmi potensialının artırılması istiqamətində və dövlətin idarə olunmasında öhdələrinə düşən vəzifələri şərəflə yerinə yetirmişdir. Ölkəmizin xanımları öz iradəsi və mərdliyi, saflığı və […]

Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı – elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə bölməsində görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi akademik Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. AMEA-dan bildirilib ki, “Akademik Həmid Araslı və Azərbaycan ədəbiyyatşünaslığı” mövzusundakı elmi-praktik konfrans Gəncə Şəhər İcra Hakimiyyəti, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və […]

Rusiyada hərbi məktəbdə güclü yanğın olub – VİDEO

  Rusiyanın Kazan şəhərində yerləşən Ali Tank Komandanlığı Məktəbinin ərazisində güclü yanğın başlayıb. Qeyd olunur ki, yanğın məktəbin kazarmasında başlayıb. Hadisə yerində yanğınsöndürənlər işləyirlər. Hələlik yanğının digər təfərrüatı barədə məlumat verilmir. Mənbə: Baza

Gülçöhrə Məmmədova: “AzMİU-nun Qərb təhsil sisteminə inteqrasiyası Türkiyə universitetləri ilə əməkdaşlıqdan keçir”

Türkiyənin nüfuzlu ali təhsil müəsissələri: İstanbul Texniki Universitetinin (İTU) rektoru professor İsmail Koyuncu, Hacettəpə Universitetinin rektoru professor Mehmet Cahit Güran və Orta Doğu Texnik Universitetinin (ODTU) rektoru professor Mustafa Verşan Kök Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.   AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqlarla görüşdə Türkiyə universitetləri ilə AzMİU arasında mövcud olan səmərəli əməkdaşlığa […]

Tələbələrə akademik məzuniyyətlə bağlı ŞAD XƏBƏR

Azərbaycanda tələbələrə akademik məzuniyyətinin verilməsi hallarının siyahısı genişləndirilib. “Report” xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: – müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox olmamaqla), […]

Kolleclərdə təhsilalma formasının dəyişdirilməsi qaydaları təsdiqlənib

Orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Qeyd edək ki, kolleclərlə bağlı müvafiq qaydalar əvvəllər […]

Azərbaycanda tələbələrə akademik məzuniyyətin verilməsi hallarının siyahısı genişləndirilib

Azərbaycanda tələbələrə akademik məzuniyyətin verilməsi hallarının siyahısı genişləndirilib. Mektebgushesi.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Tələbəyə (xüsusi təyinatlı ali təhsil müəssisələrinə münasibətdə yalnız həmin müəssisələrdə təhsil alan mülki şəxslərə) akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir: – müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – xidmət müddətinə (2 ildən çox […]

152 məktəbli olimpiadanın final turuna vəsiqə qazanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin 152 şagirdi Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turunda iştirak etmək hüququ qazanıb. Onlardan 16 nəfər Azərbaycan dili və ədəbiyyat, 15 nəfər biologiya,  20 nəfər coğrafiya, 24 nəfər fizika, 9 nəfər kimya,  23 nəfər riyaziyyat, 23 nəfər tarix, 22 nəfər informatika fənni üzrə respublika fənn […]

Universitetlərdə təhsilalma, xaric olunma və digər hallarla bağlı yeni qaydalar təsdiqlənib

Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) ilə bağlı yeni qaydalar təsdiqlənib. Mektebgushesi.az -ın əldə etdiyi məlumata görə, bununla bağlı Elm və Təhsil […]

UNEC-in qadın rektoruna həsr olunan “Elmdə qadınların rolu” adlı konfrans keçirilib

  UNEC-də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə universitetin ilk və yeganə qadın rektoru olmuş Bilqeyis Həşimzadənin xatirəsinə həsr edilən “Elmdə qadınların rolu” adlı konfrans keçirilib. Konfransın açılışında çıxış edən UNEC rektoru professor Ədalət Muradov xanım əməkdaşları qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb. Rektor konfransın universitetin qadın rektoru […]

Monitorinq nəticələrinin müzakirəsinə dair görüş

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində keçirilən keyfiyyət monitorinqlərinin nəticələrinin müzakirəsinə dair görüş keçirilib. Görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Orxan Abbasov, MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) keyfiyyət monitorinqləri üzrə koordinatoru Nəcməddin Mehdiyev, […]