Mektebgushesi

Məleykə Abbaszadədən gülməli açıqlama – Əvvəlki illərin nəticələri pandemiya ilə əlaqədardır

“Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinlik səviyyəsinin eyni olduğu müşahidə ediləcək. Builki nəticələrin artmasına ayrı amil təsir göstərib”. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin […]

Naxçıvandan 4 məktəbli ən yüksək nəticə göstərib

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Mektebgushesi.az-a bildirilib ki, imtahan iştirakçıları arasında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 4 məktəbli Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Hüseynzadə Hafizə Canpolad qızı, Naxçıvan […]

AzTU-nun professoru vəfat edib – FOTO

Azərbaycan Texniki Universitetinin (AzTU) professoru, texnika elmləri doktoru Namiq Abdullayev 77 yaşında vəfat edib. Mektebgushesi.az xəbər verir ki, Namiq Abdullayev 2013-cü  ildən AzTU-da müxtəlif vəzifələrdə çalışıb. O, 40-dan çox dərslik və metodiki vəsaitin, 12 monoqrafiyanın, 200-dən çox elmi və elmi-pedaqoji əsərin müəllifi idi. Prezident İlham Əliyevin Sərəncamına əsasən Namiq Abdullayev 2010-cu ildə “Tərəqqi” medalı  ilə təltif […]

DİM: 479 nəfər imtahana gəlməyib 11 nəfərin nəticəsi isə ləğv olunub

  10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlandı Dövlət İmtahan Mərkəzindən (DİM)  bildirilib ki, imtahanda iştirakı nəzərdə tutulan 53102 nəfərdən 479 nəfər imtahana gəlməyib. “İmtahan qaydalarını pozduğu üçün 11 nəfərin nəticəsi ləğv olunub”,-deyə mərkəzdən əlavə olunub.

Türkiyə-Azərbaycan Universitetinə dair Anlaşma Memorandumu təsdiqlənib

  Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiqlənib. Mektebgushesi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu” təsdiq edilib. Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycanın Elm və Təhsil […]

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-nun qonağı olub  

Aprelin 15-də Türkiyənin Hacettepe Universitetinin təhsil elmləri üzrə professoru Səlahəddin Gelbal Azərbaycan Dövlət Pedaqoji Universitetini (ADPU) ziyarət edib. Qonaq ADPU-nun rektoru, professor Cəfər Cəfərov və beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova ilə görüşüb. Görüşdə, həmçinin elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov, strateji inkişaf məsələləri üzrə […]

Doqquz paytaxt məktəblisi maksimum nəticə göstərib -FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. Belə ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 62 nömrəli məktəb-liseyin şagirdi Rəsul Həsənli, 28 nömrəli tam orta məktəbin şagirdi Ayla Əzimli, 57 nömrəli tam orta məktəbin şagirdi Rəbiyyə Əlizadə, 36 nömrəli […]

Pedaqoji Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib

Aprelin 15-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADPU THİK) XVIII hesabat-seçki konfransı keçirilib. Konfransda ADPU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev, ADPU THİK-in keşmiş sədri, dosent Vurğun Məmmədov və ittifaqın üzvü olan tələbələr iştirak ediblər. Sədr səlahiyyətlərini müvəqqəti icra edən Cəmilə Qurbanova konfransı açıq elan edərək iştirakçıları salamlayıb və konfransda ötən 7 illik […]

10 mart buraxılış imtahanının nəticələri AÇIQLANDI

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://www.e-gov.az/az/services/read/2641/0?tqdk_xdm=19) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihəyə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən “Ətraf mühiti qoruyaq” devizi altında “Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihəyə start verilib. “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş layihə çərçivəsində ilk tədbir 15 aprel Ekoloji Biliklər Günündə 229 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri […]

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Bakı Mühəndislik Universiteti (BMU) 2024-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Ümumilikdə 10 istiqamət üzrə aparılan qəbul diferensial tənliklər, neft kimyası, inşaat mexanikası, materiallar texnologiyası, enerji texnologiyası, sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi, sahə iqtisadiyyatı, texniki estetika və dizayn, memarlıq nəzəriyyəsi və tarixi, abidələrin bərpası və rekonstruksiyası, şəhərsalma, yaşayış […]

UNEC fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2024-cü il üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturaya və dissertanturaya qəbul elan edir. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları sənəd verə bilərlər. Elmlər doktoru proqramı üzrə isə seçdikləri sahədə elmi və ya […]

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

  İnzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün aprelin 14-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanan namizədlər sertifikat əldə etmək üçün aprelin 16-dan 29-dək bu linkə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Bu barədə  Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri […]

“Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Aprelin 15-də Bakı Kitab Mərkəzində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hazırlanmış “Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı Azərbaycan dili üzrə Sertifikasiya imtahanı (ADSİ) üçün metodik vəsaitin təqdimatı keçirilib. Mektebgushesi.az xəbər verir ki, təqdimatda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, elm və təhsil naziri Emin […]