Mektebgushesi

BMU-da tələbələrin ilk elmi-praktiki konfransı öz işinə başlayıb

  Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin Avtomatika, telekommunikasiya  və energetika kafedrasının yaranmasının 5 illiyinə həsr olunan ilk elmi-praktiki konfransı öz işinə başlayıb. Adıçəkilən kafedranın müdiri, professor Ramiz Hümbətov açılış nitqi ilə çıxış edərək, konfransın əhəmiyyətini vurğulayıb və gənc iştirakçılara uğurlar arzulayıb. BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov universitetin elmi fəaliyyəti haqqında ətraflı məlumat […]

Elmi institut direktorları ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunub

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bir sıra elmi institutlarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorları Eldar Aslanov, Asəf Zamanov, Fikrət Rzayev və Kimya və biologiya fakültəsinin dekanı Reyhan Ağayeva, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova, […]

Ağstafada Qırılı kənd bağçasının müdiri və 2 nömrəli məktəbin direktoru tutduqları vəzifələrdən azad ediliblər

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə İdarə tərəfindən məlumat yayılıb. Bildirilib ki, yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin […]

Qahirənin Bədr Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərir

  Qahirənin Bədr Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərir. AZƏRTAC xəbər verir ki, bu təklif ölkəmizin Misirdəki səfiri Elxan Poluxovun iştirakı ilə sözügedən universitetdə keçirilən tədbirdə irəli sürülüb. Bədr Universitetinin rektoru, Misirin sabiq ali təhsil və elmi araşdırmalar naziri, professor Əşrəf Əl-Şehi qeyd edib ki, onun rəhbərlik etdiyi ali təhsil ocağı müasir texnologiyaların tətbiqinə, həmçinin […]

Təhsilin İnkişafı Fondu və “VISA” arasında əməkdaşlıq razılaşması imzalanıb

Təhsilin İnkişafı Fondu ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında əməkdaşlıq razılaşması imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “VISA”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş imzalayıblar. Fonddan Mektebgushesi.az-a verilən məlumata görə, əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində təhsilverən və təhsilalanlar tərəfindən […]

Müəllimin şagirdə qeyri-etik davranış ilə bağlı polis araşdırma aparır – RƏSMİ

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb. Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə […]

“İnnovasiyalar Mərkəzi” “Bilişim Vadisi” ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsinə start verir

  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” “Bilişim Vadisi” ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində inkubasiya proqramına start verir. Mektebgushesi.az xəbər verir ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ […]

2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Poladova Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda […]

Nazir müavini İdris İsayev Abşeronda vətəndaşları qəbul edib

Martın 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Abşeron rayonunda vətəndaşları qəbul edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları […]

AzTU rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib

  Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “İKTex” MMC şirkətinə səfər edib. Mektebgushesi.az xəbər verir ki, nümayəndə heyəti MMC-nin direktoru Qabil Qasımovla görüşüb, həmçinin şirkətin fəaliyyəti ilə tanış olublar. Görüşdə universitet-sənaye əməkdaşlığının önəmi qeyd olunub, qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb. Görüşdən sonra AzTU və “İKTex” MMC arasında təhsil və […]

Ucar rayon Qazyan kənd məktəbində qəhramanlar muzeyi yaradılıb

Dahi lider , Ulu öndər Heydər Əliyev məktəbinin davamçısı ,Azərbaycan Respublikasının Prezidenti cənab Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında  möhkəmlənmiş və  yüksək təlimlərə yiyələnmiş  Azərbaycan Ordusunun  27 sentyabr 2020- ci ildə  Ermənistanın törətdiyi  növbəti  təxribatın qarşısının alınması məqsədi ilə başlatdığı  “ Dəmir Yumruq “ əməliyyatı , habelə onun ardınca 19 sentyabr  2023-cü ildə antiterror […]

Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini elan edir

  Azərbaycan Elm Fondu Gənc Alim və Tədqiqatçıların 8-ci qrant müsabiqəsini (AEF-GAT-8-2024-1(49) elan edir. Fonddan  bildirilib ki, müsabiqənin məqsədi gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi tədqiqatlar aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib-hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli […]

Bakı məktəblərində İnteraktiv təlimlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin metodistləri tərəfindən müəllimlər üçün təlimlər keçirilir. Təlimlərdə Məktəbin İnkişaf Planı yazılan 30 ümumi təhsil məktəbinin müəllimləri iştirak edir. Təlimlərin əsas məqsədi müəllimlərin peşəkar inkişafına dəstək vermək və ümumi təhsildə keyfiyyətin daha da yüksəlməsinə nail olmaqdan ibarətdir. İnteraktiv təlimlərdə 4 modul-fənn kurikulumlarının strukturu, təlim nəticəsinin çıxarılması və şagirdlərə elan edilməsi, […]

Ali məktəblərə və tam orta təhsil bazasında kolleclərə ərizə qəbulu başa çatır

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sona yaxınlaşır. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, martın 13-ü saat 15:20-yə olan məlumata əsasən, 99403 abituriyent öz ərizəsini təsdiq edib. Ərizələrin qəbulu martın 1-də başlanıb və martın 15-i saat 23:59-dək internet vasitəsilə aparılır. Ərizə qəbulunda həm cari, həm […]

Azərbaycan TALIS tədqiqatında əsas mərhələni yüksək iştirakla tamamlayan ilk ölkə olub

  Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğu olan TALIS 2024–ün əsas mərhələsi uğurla tamamlanıb. Tədqiqat Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir. İnstitutdan Mektebgushesi.az bildirilib ki, əsas mərhələ üzrə seçilən 222 məktəbdən ümumilikdə 4310 (98 faiz) müəllim və 222 (100 faizdirektor sorğunu tamamlayıb. Bu təhsil müəssisələrindən 199-u dövlət, 19-u özəldir, 4-ü isə Məktəbəqədər […]