Mektebgushesi

Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər – FOTO/VİDEO

  Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən maarifləndirmə və profilaktik işlər davam etdirilir. Mektebgushesi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib. Vurğulanıb ki, Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan köşk və mağazalar […]

Green Start Academy beş illik yubileyini qeyd edib

20-21 aprel tarixləri Green Start Academy Psixologiya Təlim və İnkişaf Mərkəzi üçün möhtəşəm bir bayrama çevrildi. Qeyd edilən tarixlərdə Mərkəzin 5 illik yubileyi ilə yanaşı, rəsmi açılış günü də baş tutdu. 20 aprel tarixində Mərkəzə çoxlu qonaqlar təşrif buyurdular. Bu sevincli və xoşbəxt gündə Green Start Academy-nin qapısı, əyləncəli zaman keçirmək istəyən hər bir kəsə […]

AMEA-da Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim Xəlil Kələntərlə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Yaponiyada yaşayan dünyaşöhrətli azərbaycanlı alim, yeni nəsil displey ekranlar sahəsində tanınmış mühəndis, professor Xəlil Kələntərlə görüş keçirilib. Bu barədə AMEA-dan bildirilib. Görüşdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli akademiyada başladılan yeniləşmə hərəkatının gedişatından, dövlət başçısının və müasir dünya elminin çağırışlarına uyğun olaraq həyata keçirilən struktur islahatlarından danışıb. […]

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin finalına qatılan məktəblilərin Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri elmi layihələr qalib olub. İnstitutdan  bildirilib ki, kimya elmləri doktoru professor Əfsun Sucayevin elmi rəhbərliyi ilə Dünya Məktəbinin 10-cu sinif şagirdləri Səid Aslanov və İbrahim Allahvediyevin “Fizioloji fəal üzvi birləşmələr” laboratoriyasında “Alzeymer xəstəliyinə qarşı […]

Astarada 15 yaşlı məktəbli özünü asıb

Astarada intihar hadisəsi olub. Lent.az xəbər verir ki, rayonun Rinə kənd sakini, 15 yaşlı Z.Fətəliyev işlədiyi neft məhsullarının satışı mağazasında özünü asıb. Faktla bağlı araşdırma aparılır.

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubanın 2024-cü il üçün idman paytaxtı seçilməsi ilə bağlı tədbirlər çərçivəsində tələbələrin “İdmanın ürəyi Qubada döyünür” adlı spartakiadasının açılış mərasimi keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, açılış mərasimində Pedaqoji Universitetin Quba filialının direktoru, dosent Yusif Alıyev, Quba-Xaçmaz Regional […]

ADPU-dan dünyanın ən böyük robot festivalı “Robotex Türkiyə”də möhtəşəm uğur: 3 komanda qalib oldu

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) 20-21 aprel tarixlərində dünyanın ən böyük robot festivalı olan “Robotex”in Türkiyənin Antalya şəhərində keçirilən yarımfinal mərhələsində möhtəşəm uğura imza atıb. ADPU-nun yarışmada iştirak edən 3 komandasının hər biri qalib olub. Belə ki, ADPU-nun Kompüter elmləri kafedrasının və STEAM Mərkəzinin müəllimi Xumarə Qəhrəmanlının mentorluğu ilə yarışa qatılan “ADPU GİRLS” komandası “Girls […]

UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin rəhbəri gənc tədqiqatçılarla görüşüb

Milli Məclisin deputatı, UNEC-in Elmin Populyarlaşdırılması Mərkəzinin direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Etibar Əliyev UNEC-in gənc tədqiqatçıları ilə görüşüb. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, görüşdə Etibar Əliyev dünyada və Azərbaycanda elmin populyarlaşdırılmasının vəziyyəti, gənclərin elmə gəlməsində elmin populyarlaşdırılmasının rolu və əhəmiyyəti, Elmin Populyarlaşdırılması Mərkəzinin gördüyü və görülməsi nəzərdə tutulan işlər, eləcə də mərkəzin yaradılacaq […]

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndiriləcək  

2024-2025-ci tədris ilindən “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə onlayn görüş keçirilib. Onlayn görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəb rəhbərləri iştirak ediblər. Görüşdə “Rəqəmsal bacarıqlar” layihəsi barədə ətraflı […]

Naxçıvanda işləyən müəllimlərlə bağlı YENİLİK

  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müvəqqəti qaydalar təsdiq olunub. Nazirlikdən verilən məlumata görə, qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin digər ümumtəhsil müəssisələrinə dəyişdirilməsi (qarşılıqlı razılıq əsasında) prosesi ildə bir dəfə tədris ilinin sonunda təsdiqlənmiş vakansiyalara uyğun […]

Aprelin 25-də GRE imtahanı keçiriləcək

  ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) kompüter əsaslı növbəti GRE: General Test imtahanı 2024-cü il aprelin 25-də təşkil olunacaq. Mektebgushesi.az xəbər verir ki, imtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. GRE General Test imtahanı haqqında […]

23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür

  Aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd olunur. Mektebgushesi.az xəbər verir ki, Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd olunmasında məqsəd kitabların geniş əhatə dairəsini – keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında […]

Məktəblilərimiz Avropada 10 medal qazandılar – FOTO

16–21 aprel tarixlərində Bolqarıstanın Şumen şəhərində informatika fənni üzrə keçirilən beynəlxalq turnirdə şagirdlərimiz uğurla çıxış ediblər. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Belə ki, onlar 5 gümüş və 5 bürünc olmaqla ümumilikdə 10 medal qazanıblar.  

Şagirdlər daha ev tapşırığı etməyəcəklər? – VİDEO

Əksər valideynlər, elə şagirdlər də ev tapşırıqlarının çoxluğundan şikayət edirlər. Deyirlər ki, həm məktəbdə dərs oxumaq, həm də evə qayıtdıqdan sonra uzun müddət ev tapşırıqlarını etmək şagirdləri yorur. Onların demək olar ki, boş vaxtları qalmır. Bəs əslində, bu necə tənzimlənməlidir? Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, ev tapşırıqları zamanı şagirdlərin onları hansı […]

ADNSU tələbələri Aşqabadda II Beynəlxalq İnformatika Olimpiadasında uğurla iştirak ediblər

Aprelin 17-də Yağşıgəldi Kakaev adına Beynəlxalq Neft və Qaz Universitetində (MUİG) OIOIUS-2024 II Beynəlxalq İnformatika Olimpiadasının açılış mərasimi keçirilib. Hibrid formatda keçirilən genişmiqyaslı tədbirdə Türkmənistanın və xarici ölkələrin ali məktəblərinin rəhbər və professor-müəllim heyətinin nümayəndələri iştirak ediblər. Bu il olimpiadada 18 ölkədən – Türkmənistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Əfqanıstan, Qırğızıstan, Çin, Rusiya, Belarusiya, Ermənistan, İran, […]