Mektebgushesi

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub

  Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə direktor təyin olunub. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 13 mart 2024-cü il tarixli əmri ilə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Samir Dadaşov Kollecin direktoru vəzifəsinə təyin edilib. Samir Dadaşov […]

Magistraturaya qəbul imtahanının nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 fevral 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının yekun nəticələrini elan edib. Mektebgushesi.az xəbər verir ki, xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 13-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim […]

Cəlilabadın Edişə kəndində uşaqların dərsə getməsi müşkülə çevrilib – Yol bərbad vəziyyətdədir

  “Cəlilabad rayonunun Edişə kəndinə aparan yol bərbad vəziyyətdədir”. Bunu Oxu.Az-a açıqlamasında kənd sakini Xalid Ağazadə deyib. O bildirib ki, Cəlilabad rayonunda əsas magistral yoldan Edişə kəndinə qədər olan iki kilometr uzunluğunda yol palçıq içindədir: “Bizim kəndimizə gələn və kənddaxili yollar bərbad vəziyyətdədir. Yağış yağan kimi ümumiyyətlə yolda hərəkət etmək mümkün olmur. Uşaqlar məktəbə uzunboğaz çəkmə ilə gedirlər. […]

7 yaşlı məktəblini öldürməkdə təqsirləndirilən idman müəllimindən xəbər var – VİDEO

  Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. Daha sonra son söz demək üçün Mehman Xəlilova söz verilib. […]

Bakıda özünü məktəbin pəncərəsindən atan şagirdin durumu açıqlandı

Özünü məktəbin sanitar qovşağının pəncərəsindən atdığı deyilən şagird xəstəxanadan evə buraxılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. “16 yaşlı vətəndaş (qadın cinsli) bel fəqərəsində yerdəyişməyən sınıq xətti diaqnozu ilə təcili tibbi yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Zəruri müayinələrdən sonra ambulator müalicə üçün evə […]

Tələbələrə hekayə yazmaq texnikası ilə bağlı seminar keçirilib

  Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının “Natiqlik” klubunun təşəbbüsü ilə Filologiya fakültəsinin tələbələri üçün Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli tərəfindən “Hekayə nədir?” adlı seminar keçirilib. BDU-dan  bildirilib ki, seminarda Elçin Hüseynbəyli hekayənin epik növün həcm etibarilə kiçik janrı olduğunu, oxucunun marağını cəlb etmək üçün üslubun, seçilən mövzunun, təsvirlərin ən xırda […]

BMU-da tələbələrin ilk elmi-praktiki konfransı öz işinə başlayıb

  Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin Avtomatika, telekommunikasiya  və energetika kafedrasının yaranmasının 5 illiyinə həsr olunan ilk elmi-praktiki konfransı öz işinə başlayıb. Adıçəkilən kafedranın müdiri, professor Ramiz Hümbətov açılış nitqi ilə çıxış edərək, konfransın əhəmiyyətini vurğulayıb və gənc iştirakçılara uğurlar arzulayıb. BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov universitetin elmi fəaliyyəti haqqında ətraflı məlumat […]

Elmi institut direktorları ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunub

Martın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bir sıra elmi institutlarının rəhbərləri ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, prorektorları Eldar Aslanov, Asəf Zamanov, Fikrət Rzayev və Kimya və biologiya fakültəsinin dekanı Reyhan Ağayeva, eləcə də Elm və Təhsil Nazirliyinin tabeliyindəki Dendrologiya İnstitutunun baş direktoru Minarə Həsənova, […]

Ağstafada Qırılı kənd bağçasının müdiri və 2 nömrəli məktəbin direktoru tutduqları vəzifələrdən azad ediliblər

Qazax-Tovuz Regional Təhsil İdarəsi tərəfindən bir sıra təhsil müəssisələrində yoxlama və monitorinqlər aparılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə İdarə tərəfindən məlumat yayılıb. Bildirilib ki, yoxlama və monitorinqlər əsasən təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkili, tədris-pedaqoji və metodiki sənədlərlə işin təşkili vəziyyəti, əmək və təhsil qanunvericiliyinin tələblərinin, əmək və icra intizamının, sənədləşmə işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin […]

Qahirənin Bədr Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərir

  Qahirənin Bədr Universiteti Azərbaycanın ali məktəbləri ilə əməkdaşlığa maraq göstərir. AZƏRTAC xəbər verir ki, bu təklif ölkəmizin Misirdəki səfiri Elxan Poluxovun iştirakı ilə sözügedən universitetdə keçirilən tədbirdə irəli sürülüb. Bədr Universitetinin rektoru, Misirin sabiq ali təhsil və elmi araşdırmalar naziri, professor Əşrəf Əl-Şehi qeyd edib ki, onun rəhbərlik etdiyi ali təhsil ocağı müasir texnologiyaların tətbiqinə, həmçinin […]

Təhsilin İnkişafı Fondu və “VISA” arasında əməkdaşlıq razılaşması imzalanıb

Təhsilin İnkişafı Fondu ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında əməkdaşlıq razılaşması imzalanıb. Sənədi Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov və “VISA”nın 17 ölkəni əhatə edən böyük region üzrə baş vitse-prezidenti və regional meneceri Kristina Doroş imzalayıblar. Fonddan Mektebgushesi.az-a verilən məlumata görə, əməkdaşlığın məqsədi ölkə üzrə ali təhsil müəssisələrində təhsilverən və təhsilalanlar tərəfindən […]

Müəllimin şagirdə qeyri-etik davranış ilə bağlı polis araşdırma aparır – RƏSMİ

Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Təbriz Adgözəlovun məktəbin 8-ci sinif şagirdinə qarşı uyğunsuz hərəkətləri ilə bağlı yayılımış informasiya barədə araşdırma aparılıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsi açıqlama yayıb. Araşdırmanın nəticəsində məlum olub ki, bu barədə məlumatı əldə edən kimi direktor və sosial psixoloq tərəfindən həmin şagirdlə […]

“İnnovasiyalar Mərkəzi” “Bilişim Vadisi” ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsinə start verir

  Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” “Bilişim Vadisi” ilə birgə “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində inkubasiya proqramına start verir. Mektebgushesi.az xəbər verir ki, “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, eləcə də ölkəmizdə innovasiya fəaliyyətinin davamlılığının təmin edilməsi, innovativ […]

2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2024–2025-ci tədris ili üzrə müsahibələrə aprel ayının əvvəlində başlanılacaq. Mektebgushesi.az xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Poladova Elm və Təhsil Nazirliyinin feysbuk səhifəsində yayımlanan “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda […]

Nazir müavini İdris İsayev Abşeronda vətəndaşları qəbul edib

Martın 14-də elm və təhsil nazirinin müavini İdris İsayev Abşeron rayonunda vətəndaşları qəbul edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbulda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayon sakinləri iştirak ediblər. Vətəndaşların müraciətləri işə qəbul, ümumi təhsil və digər məsələlərlə bağlı olub. Nazir müavini İdris İsayev qəbula yazılmış vətəndaşları […]