Mektebgushesi

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

  Aprelin 7-də keçirilmiş Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb. Təhsil İnstitutundan  bildirilib ki, şagirdlər nəticələrini https://kenquru24.az/ saytında və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən əldə edə bilərlər. Müsabiqə ilə əlaqəli müraciətlər aprelin 23-dək Office@arti.edu.az ünvanı vasitəsilə qəbul edilir. Final mərhələsinə keçid balları Təhsil İnstitutunun saytında yerləşdirilib.

Başlıbel qətliamından 31 il ötür – VİDEO

  Bu gün Başlıbel qətliamının növbəti ildönümüdür. Mektebgushesi.az xəbər verir ki, ermənilərin 1993-cü il aprelin 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törətdikləri qətliamdan 31 il ötür. 1993-cü il aprelin ilk günlərində Kəlbəcər rayonunun işğalı zamanı iki minə yaxın əhalisi olan Başlıbel kəndində 73 sakin evlərini tərk edə bilməyib. Onlar aprelin 2-də mühasirədən çıxmağa çalışarkən, ermənilər doqquz nəfəri […]

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş – FOTO

Bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətlərindən xəstəxanada vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, 2005-ci il təvəllüdlü Ayxan Əliyev Bakı Qida Sənayesi Kollecinin […]

Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi

  Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib – red.) təcavüz edib. Teleqraf.com-un məlumatına görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi “Hyundai” markalı avtomobilə əyləşdirib. O, dəniz kənarına gələrək avtomobili saxlayıb. Arxa sərnişin oturacağına əyləşdikdən sonra öz cinsi ehtirasını təmin etmək məqsədi ilə Elnarəyə […]

Alimlər Yerə yaxın olan ikinci ən böyük qara dəliyi kəşf ediblər

  “Gaia BH3” adlanan qara dəlik Günəşdən 33 dəfə böyükdür. Qalaktikamızda məlum olan növbəti ən böyük ulduz qara dəliyi olan “Cygnus X-1”in çəkisi 21 Günəşə bərabərdir. Qara ləkə təxminən iki min işıq ili uzaqlıqda “Akvila” bürcündə yerləşir və o, Yerə ən yaxın ikinci qara dəlikdir. Qeyd edək ki, qara dəliklər nəhəng ulduzların kollapsı nəticəsində yaranırlar, […]

ADNSU-nun tələbəsi karate üzrə dünya çempionu olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin I kurs tələbəsi Nicat Kərimli karate üzrə dünya çempionu olub. Bu barədə  ADNSU-dan məlumat verilib. Bildirilib ki, N.Kərimli Bolqarıstanın Albena şəhərində Şotokan Karate-do (WSF) üzrə gənclər arasında keçirilən 14-cü dünya çempionatında 75 kiloqram çəki dərəcəsində hər iki kateqoriyada mübarizə apararaq dünya çempionu olub.  

UNEC-in rektoru buraxılış imtahanında 300 bal toplayan abituriyentlə görüşüb

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub. Bu barədə  UNEC-dən məlumat verilib. Bildirilib ki, UNEC-in rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev UNEC-də “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində təhsil almaq istədiyini söyləyib. Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev onun […]

Mingəçevir Dövlət Universiteti Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

  Mingəçevir Dövlət Universiteti (MDU) rektoru Şahin Bayramov 2024-cü ilin 16-18 aprel tarixlərində Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda (MENA) iştirak edir. “Əlaqələndirilmiş yeni nəsil universitetlərə doğru: addım atmaq, adaptə olunmaq və transformasiya zərurəti” mövuzuna həsr olunmuş forumda 35-dən artıq ölkədən 200-dən çox universitetin rektoru və ali təhsil mütəxəssisi […]

Növbəti tədris ilindən yeni hazırlanmış 7 dərslik kütləvi istifadəyə veriləcək

  2024-2025-ci tədris ilində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) hazırladığı V sinif Azərbaycan dili (dövlət dili) və riyaziyyat, VI sinif coğrafiya, VII sinif fizika, kimya və biologiya dərslikləri kütləvi istifadəyə veriləcək. V sinif dərslikləri iki il, VI və VII sinif dərslikləri isə bir il sınaq prosesindən keçib. Bu barədə  ARTİ Tədris Resursları Mərkəzinin direktoru Zaur […]

MDU-da “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans işinə başlayıb

2024-cü ilin aprelin 17-də Mingəçevir Dövlət Universitetinin (MDU) Türkiyənin İqisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD) ilə birgə təşkil etdiyi “MAS-19 Riyaziyyat, mühəndislik, təbiət və tibb elmləri üzrə” Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Hibrid formada keçirilən konfransın açılış tədbirində Azərbaycan və Türkiyənin bir sıra ali təhsil müəssisələrinin, elmi tədqiqat institutlarının və MDU-nun bir qrup […]

İlahiyyat İnstitutu rəhbərliyi Şirvan şəhərində olub

  Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) öz fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyəti məlumatlandırmaq, 2024-2025-ci tədris ili üzrə müəssisəyə yüksəkintellektli və savadlı gəncləri cəlb etmək məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirlərini davam etdirir. Bu istiqamətdə İnstitutun növbəti səfəri Şirvan şəhərinə olub. Şirvan Şəhər İcra Hakimiyyəti və […]

UNEC rektoru buraxılış imtahanında ən yüksək bal toplayan abituriyentlə görüşüb

Buraxılış imtahanında 300 bal toplayan Ankara məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyev UNEC-də olub. UNEC rektoru professor Ədalət Muradovla görüşən Məhəmməd Əliyev “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə ingilis dilində UNEC-də təhsil almaq istədiyini bildirib. Bacısının UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin 2-ci kurs tələbəsi olduğunu deyən M.Əliyev, onun müsbət rəyləri əsasında UNEC-i seçdiyini bildirib. Rektor Ədalət Muradov imtahanlarda […]

BMU ilə Varşava Texnologiya Universiteti arasında əməkdaşlıq müzakirə olunub

Bakı Mühəndislik Universitetində (BMU) Polşa Respublikasının Varşava Texnologiya Universitetinin (VTU) nümayəndə heyəti ilə görüş keçirilib. Elm və təhsil nazirinin müşaviri Azər Abizadənin də iştirak etdiyi görüşdə ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. BMU-nun rektoru Yaqub Piriyev qonaqlara universitetin fakültələri, fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi-tədqiqat imkanları, nəzəriyyənin təcrübədə tətbiqinə imkan verən geniş spektrli laboratoriyaları […]

Tələbəmiz ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində təhsil alacaq

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin IV kurs tələbəsi Fuad Cəfərli İnşaat mühəndisliyi ixtisası üzrə ABŞ-ın ən nüfuzlu universiteti olan Kolumbiya Universitetində (Columbia University) magistr təhsili almaq hüququ qazanıb. Tələbəmizin təhsil alacağı Kolumbiya Universiteti Nyu-York şəhərinin mərkəzində yerləşir və ABŞ-ın “Sarmaşıq” liqasının üzvüdür. Bu liqaya ABŞ-ın ən nüfuzlu universitetləri daxildir. Kolumbiyanın illik ortalama […]

AMEA-nın prezidenti Tatarıstan Elmlər Akademiyasının institut direktoru ilə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Tatarıstan Elmlər Akademiyasının (Rusiya Federasiyası) Arxeologiya İnstitutunun direktoru akademik Ayrat Sıtdıkovla görüşüb. Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, akademik İsa Həbibbəyli AMEA-nın elmi istiqamətləri, xüsusilə arxeologiya və antropologiya sahəsində aparılan tədqiqatlar, Azərbaycan arxeologiyasının tarixi, əldə etdiyi nəticələr, yeni yaradılan ekspedisiyalar və onların fəaliyyəti barədə söz açıb, ölkəmizdə bu elm sahəsinin […]