Sumqayıt Dövlət Universitetində Akademik Məşvərət Şurası yaradılır
SDU-nun elmi-tədqiqat potensialının artırılması, təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi və yenilənməsində müxtəlif tərəflərin iştirakını və yanaşmasını nəzərə almaq məqsədilə universitetdə Akademik Məşvərət Şurası yaradılır. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, Akademik Məşvərət Şurası universitetin akademik missiyasını dəstəkləmək, elmin inkişafı və tədrisin təkmilləşdirilməsi ilə bağlı müzakirələr təşkil etmək, müvafiq sahələrdə hesabatları dinləmək və tövsiyələr vermək, universitetin strateji […]
Rus dilində Respublika Olimpiadasının növbəti turları keçirilib
Rus dilində Respublika Olimpiadasının on birinci turu Şamaxı şəhərinin 2 saylı ümumtəhsil məktəbində keçirilib. Burada respublikanın Şamaxı və Qobustan rayonlarının məktəblərindən 7-9-cu sinif şagirdləri iştirak ediblər. Mektebgushesi.az Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu il Olimpiada ardıcıl 16-cı ildir keçirilir və Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə Şəfi Vazehin anadan […]
Nazirlər Kabineti orta ixtisas təhsili müəssisələrinə direktor təyinatında dəyişiklik edib
Nazirlər Kabineti “Dövlət və bələdiyyə tərəfindən yaradılan orta ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Mektebgushesi.az xəbər verir ki, indiyə qədər orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi direktor rəhbərlik edib. Dəyişikliyə əsasən, bu vəzifəyə təyinat qaydası dəyişir. Beləliklə, orta ixtisas təhsili müəssisəsinin cari fəaliyyətinə direktor rəhbərlik edəcək. […]
İdrak liseyində “Bütöv Azərbaycana ilk bahar gəlir” adlı festival keçirilib
Açıq havada keçirilən tədbirdə Novruz Bayramı işğaldan azad olunmuş bölgələrimizin tarixi keçmişi, mədəniyyət abidələri, ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə birgə təqdim olunub. 5-9-cu sinif şagirdlərinin hazırladığı stendlərdə işğaldan azad olunmuş bölgələrimizin milli-mənəvi irsi nümayiş olunub. Liseydən Mektebgushesi.az-a verilən məlumata görə, tədbirdə tanınmış təhsil eksperti Nadir İsrafilov, Azərbaycan Valideyn-müəllim Assosasiyasının İcraçı direktoru Şahin Rəcəb, media nümayəndələri […]
Azərbaycan Texniki Universitetində Novruz festivalı keçirilib
Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib. Universitetdən Mektebgushesi.az-a verilən məlumata görə, festival çərçivəsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. Festival iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev baharın […]
Məktəblərdə qeyri-iş günləri ilə bağlı Dövlət Agentliyi məlumat yayıb
Beş günlük qrafiklə işləyən təhsil müəssisələrində ilk iş günü 27 mart olacaq. Mektebgushesi.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, altı günlük qrafiklə işləyən müəssisələrdə isə ilk iş günü 26 mart tarixidir. Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü […]
7 yaşlı şagirdin ölümündə ittiham olunan idman müəlliminə hökm oxundu
Sumqayıtda 7 yaşlı uşağa xəsarətlər yetirərək ölümünə səbəb olmaqda ittiham olunan idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mektebgushesi.az xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib. Mehman Xəlilov son sözündə özünü qismən təqsirli bildiyini, Fəridin ən sevimli […]
Təhsil müəssisələrində bayram şənlikləri keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində Novruz bayramı ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlərdə xalqımızın hər il böyük coşqu və sevinclə qeyd etdiyi, əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə əks etdirən Novruz bayramının mahiyyəti haqqında şagirdlərə geniş məlumat verilib. Bildirilib ki, Novruz sülh və əmin-amanlığın, insanlar arasında birlik və mehribanlığın carçısıdır. Həmçinin zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında […]
Müəllim və tələbələrimiz “WORK4CE” layihəsi çərçivəsində Belçikada səfərdə olublar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri Belçikanın Ku Leuven Universitetinin təşkilatçılığı ilə tələbələr üçün təşkil edilən pilot tədris həftəsində iştirak ediblər. Avropa İttifaqının Erasmus+ CFHE “21-ci əsrdə sağlam və təhlükəsiz iş üçün sahələrarası səlahiyyətlər”- “WORK4CE” layihəsi çərçivəsində “Rəqəmsal biznes ekosistemi və təhlükəsiz iş yerlərinin inkişafı” adlı dərslər təşkil olunub. Pilot tədris həftəsinə AzMİU-dan […]
BMU-da xarici tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir keçirilib
Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün “Multikultural Novruz bayramı” adlı tədbir təşkil edilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Xarici dillər kafedrasının müdiri Ətrabə Gül Azərbaycanın zəngin milli-mənəvi dəyərlərini özündə ehtiva edən bayramın tarixi, eyni zamanda multikultural ənənələrin daşıyıcısı olan Novruzun UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısında yer alması haqda ətraflı məlumat […]
Azad Mirzəcanzadə inkişaf proqramının qalibləri açıqlanıb
Regional İnkişaf İctimai Birliyi tərəfindən keçirilən, Azərbaycanda istedadlı gənclərin aşkar edilməsi və onların inkişafının dəstəklənməsinə istiqamətlənmiş Azad Mirzəcanzadə inkişaf proqramının qalibləri müəyyənləşib. Mektebgushesi.az xəbər verir ki, üç mərhələdən ibarət olan proqramda münsiflər heyəti tərəfindən müsahibələrin keçirilməsi nəticəsində 6 qalib seçilib. Yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həll yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, […]
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə vakant yerlər üzrə növbəti qeydiyyat başlanır. İdarədən Mektebgushesi.az -a bildirilib ki, martın 19-dan başlanan qeydiyyat prosesi martın 27-si saat 23:59-da başa çatacaq. Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü illərdə keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin […]
Təhsilin İnkişafı Fondunun rəhbərliyi BMU-da olub
Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun (TİF) rəhbər heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub. Mektebgushesi.az xəbər verir ki, universitetin rektoru Yaqub Piriyev qonaqları BMU-da görməkdən məmnunluğunu bildirib və qurulan əlaqələrin əhəmiyyətini önə çəkib. Rektor ali təhsil ocağında həyata keçirilən yeniliklər, həmçinin qlobal inkişaf meylləri nəzərə alınmaqla mövcud əmək bazarında tələb olunan yeni ixtisaslar üzrə […]
“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə gur alovlu tonqalın ətrafında bir araya gəldi
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) həyətində Novruzun sonuncu çərşənbəsi İlaxır çərşənbə münasibətilə bayram şənliyi təşkil edilib. Böyük coşqu ilə keçirilən bayram şənliyi universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşəbbüsü ilə gerçəkləşib. Rektor professor Gülçöhrə Məmmədova çıxış edərək universitetin professor-müəllim heyətini, əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib. […]
BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib
Bakı Dövlət Universiteti (BDU) Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyasına (World Association of Industrial and Technological Research Organizations – WAITRO) tamhüquqlu üzv seçilib. Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarıının Dünya Assosiasiyası 1970-ci ildə Birləşmiş Millətlər Təşkilatının himayəsi altında yaradılmış müstəqil, qeyri-hökumət və qeyri-kommersiya təşkilatıdır. Assosiasiya beynəlxalq miqyasda tədqiqat və texnologiya təşkilatları, o cümlədən tədqiqat […]