Mektebgushesi

“Uklon Azərbaycan” və AzMİU tələbələr üçün təcrübə proqramı keçirdi

  “Uklon Azərbaycan” Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə birgə kartoqrafiya, topoqrafiya və geodeziya sahələri üzrə təhsil alan tələbələr üçün təcrübə proqramı təşkil edib. “Qafqazinfo” xəbər verir ki, sözügedən təcrübə proqramını universitetin dəstəyi ilə IT şirkətin əməkdaşları yaradıb. Proqramın məqsədi gənc mütəxəssislərin praktiki təcrübələrinin inkişaf etdirilməsi və şirkətin kartoqrafiyasının yaxşılaşdırılmasıdır. İyulun 20-si start götürən […]

ADMİU İstanbul Nişantaşı Universiteti ilə birgə film festivalı keçirəcək

  2024-cü il mayın 3-dən 12-dək İstanbul Nişantaşı Universitetinin təşkilatçılığı ilə “Film heç bitməsin” kino festivalı keçiriləcək. Beynəlxalq kino festivalına tammetrajlı, qısametrajlı və sənədli filmlər qəbul edilir. Festivalın əsas mövzusu “Bu, realdırmı?” (Is This The Real?) olaraq müəyyən edilib. Festivala Azərbaycan, ABŞ, Almaniya, Argentina, Braziliya, Danimarka, Gürcüstan, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya, İran, İsrail, Livan, […]

HTP çərçivəsində xaricdə təhsil almaq hüququ qazanan tələbələrlə görüş keçirilib

2023–2024-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan, Çin, Rumıniya, Türkiyə (doktorantura/ YTB) və digər ölkələrdə təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə görüş keçirilib. Mektebgushesi.az xəbər verir ki, görüşdə elm və təhsil nazirinin müavini Həsən Həsənli, Xarici İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəis müavini Fuad Əzizov, Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr […]

DİM və dövlət orqanlarının nümayəndələri üçün təlim keçirilib

23-24 avqust 2023-cü il tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Səriştə tələblərinə uyğun olaraq vəzifə təlimatlarının və profillərinin işlənib hazırlanması” mövzusunda DİM və dövlət orqanlarının nümayəndələri olmaqla ümumilikdə 35 nəfərin iştirak etdiyi təlim keçirilib. Mektebgushesi.az xəbər verir ki, təlim zamanı layihənin ekspertləri Gülzar Quliyeva və Kristina Jakubaitytė-Revutienė tərəfindən səriştələrə əsaslanan vəzifə […]

Elm Fondu 3-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsini elan edib

  Azərbaycan Elm Fondu 3-cü Azərbaycan-Türkiyə (“AzTürk-3”) birgə beynəlxalq qrant müsabiqəsini elan edib. Bu barədə  fonddan məlumat verilib. Fond və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə Azərbaycan və Türkiyə alimlərini elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini təqdim etməyə dəvət edir. 3-cü Azərbaycan-Türkiyə (“AzTürk-3”) beynəlxalq qrant müsabiqəsinin məqsədi alim və tədqiqatçıların təqdim […]

Peşə məktəblərinə müəllim və ustaların işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib

Avqustun 24-də 2023/2024-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib. Bu barədə  Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat […]

DİM ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanların statistikasını açıqlayıb

Qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər. Artıq 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər bəllidir. Onların Dövlət İmtahan Mərkəzinə (DİM) müraciətləri əsasında […]

FAO-nun Azərbaycandakı Ofisinin yeni təyin olunan rəhbəri ADAU-ya səfər edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yeni təyin olunan rəhbəri Muhammad Nasar Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Qonaqlarla görüşən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov ADAU-nun maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında məlumat verib. O bildirib ki, bu […]

ADNSU: Yeni dərslik nəşr olunub

  “Karbohidrogen yataqlarının suüstü və sualtı mədənlər kompleksləri ilə işlənməsinin və istismarının xüsusiyyətləri” adlı dərslik nəşr olunub. Bu barədə Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) məlumat verilib. Nəşr dəniz neft, qaz və qaz-kondensat yataqlarının işlənmə xüsusiyyətlərinə həsr edilib. Dərslikdə dəniz neft-qaz mədənlərinin inkişafının tarixi aspektləri göstərilib, kontinental şelfdə yerləşən karbohidrogen yataqlarının işlənməsinin dünya təcrübəsi […]

Xəzər Universitetində “Açıq qapı” günləri keçirilir

Xəzər Universitetində “Açıq qapı” günləri keçirilir. Universitetdən bildirilib ki, abituriyentlər, onların valideynləri burada qəbul prosesi və tədris sistemi barədə məlumatlandırılacaqlar. “Açıq qapı” günləri avqustun 28-dək davam edəcək.

Doktorantların və gənc tədqiqatçıların respublika konfransı BDU-da keçiriləcək

Doktorantların və gənc tədqiqatçıların XXVI respublika elmi konfransı noyabrın 10-11-də Bakı Dövlət Universitetində (BDU) keçiriləcək. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, konfransın keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. Konfrans təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, biotexnologiya, neft-kimya, enerji resursları, tibb, ətraf mühit, […]

Təhsildə Keyfiyyət Təminatı Agentliyi sorğu keçirir

  Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müraciətçilər üçün xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair məmnuniyyət sorğusu keçirilir. Bu barədə Mektebgushesi.az-a agentlikdən məlumat verilib. Sorğuda iştirak üçün agentliyin saytındakı linkdən istifadə etmək mümkündür.  

BDU-nun tələbəsi pauerliftinq üzrə 2 gümüş medal qazanıb

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin III kurs tələbəsi, Pauerliftinq üzrə Azərbaycan millisinin üzvü Talib Zeynalov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında II yerin qalibi olub. Bu dəfə Talıb Zeynalov 2 gümüş medal qazanıb. İdmançı +107 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (160 kq) və ümumi çəkiyə görə (307 kq) buna nail […]

Azərbaycanda hansı tələbələrin təhsil haqqından azad olunduğu açıqlanıb – FOTO

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb. Mektebgushesi.az xəbər verir ki, həmin şəxslər altı kateqoriyaya bölünürlər. Bunlar məcburi köçkün statuslu, valideyn himayəsindən məhrum olmuş, əlilliyi müəyyən edilmiş, şəhid statusu alan şəxslər, həmçinin şəhid və müharibə əlillərinin övladları, müharibə veteranlarıdır.  

ADNSU-nun tələbələri ABŞ-da keçiriləcək beynəlxalq konfransda iştirak edəcəklər

  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) neft-qaz mühəndisliyi ixtisası üzrə 3-cü kurs tələbələri – Cavid Əliyev və Çingiz Əskərli avqustun 26-dan sentyabrın 1-dək ABŞ-da Kəşfiyyat Geofizikləri Cəmiyyəti (SEG) və Amerika Neft Geoloqları Assosiasiyasının (AAPG) ev sahibliyi etdiyi 2023 SEG/Chevron Tələbə Liderliyi Simpoziumu və Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Konfransında (IMAGE) iştirak edəcəklər. […]