Mektebgushesi

99-dan biri: Parisdə diplomatik təhsil alan ilk Azərbaycanlı 

Əli Yusif (Ağaəli Cəlal oğlu Yusifzadə). Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tanınmış şairi, publisisti. Bu adı ilk dəfə 1990-cı ilin əvvəllərində tədqiqatçı alim Qulam Məmmədlidən eşitdim. Onunla həmişəki kimi yenə də M.F.Axundov adına  kitabxanada görüşdük. Qulam müəllim yaşlı bir kişi ilə xeyli söhbət etdikdən sonra sağollaşdı. Üzünü mənə tutaraq dedi: “Qızım, bu Alim Yusifzadədir. Qardaşı Əli […]

DİM TOEFL iBT imtahanı keçirəcək

  ETS-in (Educational Testing Service – Təhsildə Qiymətləndirmə Xidməti) TOEFL iBT imtahanı 6 sentyabr 2023-cü ildə Dövlət İmtahan Mərkəzinin Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq. DİM-dən Mektebgushesi.az-a bildirilib ki, imtahana gəlməli olan şəxslər saat 08:00-dan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar. İmtahan saat 09:00-da başlanır. TOEFL iBT imtahanında iştirak […]

ADPU-nun dosenti Estoniya və Finlandiya təhsil sistemi ilə tanış olub – FOTO

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin dosenti Zülfiyyə Kərimova “T-Network”- təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşəbbüsü və Estoniya Təhsil Akademiyasının dəstəyi ilə Estoniya və Finlandiyada məktəb təcrübəsi ilə əlaqədar layihədə iştirak edib. ADPU-dan  bildirilib ki, layihənin məqsədi Estoniya və Finlandiya təhsil sistemlərində qabaqcıl təcrübənin izlənilməsi və öyrənilməsidir. Qeyd edək ki, […]

DİM: İmtahan materiallarının emalına başlanılacaq

İmtahan nəticələri 5 gün ərzində elan olunacaq Dövlət İmtahan Mərkəzi 2023-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 3-də əlavə imtahan keçirib. Bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər. Dövlət […]

“Azərbaycan dili və ədəbiyyatı” Forumu başa çatıb

  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumuna yekun vurulub. Mektebgushesi.az xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin nümayəndələri, millət vəkilləri, elm, ədəbiyyat və mədəniyyət xadimləri […]

Alimlər yorğunluğun qeyri-adi səbəbini aşkar ediblər

  Kornel Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, xroniki yorğunluq sindromunun səbəbi virus ola bilər. Xroniki yorğunluq sindromu uzun müddətli yorğunluq və digər təzahürlərlə xarakterizə olunan patoloji vəziyyətdir. Xəstəliyin əlamətləri şiddətli ola və insana normal gündəlik fəaliyyətlərini həyata keçirməkdə əngəl törədə bilər. Üstəlik, belə yorğunluq istirahətdən sonra da davam edir. Belə vəziyyət aylarla, illərlə uzana, simptomlar […]

Yeddi mindən artıq tələbə təhsildən imtina edib – SƏBƏBLƏR

Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Eyni zamanda, bəzi tələbələr təhsil aldıqları ixtisas üzrə təhsilhaqqını ödəyə bilmədiyindən ali məktəbdən imtina edirlər. Bu hal xüsusilə birinci kursda ödənişli təhsil alan tələbələr arasında daha çox müşahidə olunur. Belə ki, ali məktəblərin əksəriyyəti birinci kursda ödənişi tam şəkildə […]

BDU-nun “BSU Creativity Workz” komandası “TEKNOFEST – Girişim Yarışması”nın qalibi olub

Bakı Dövlət Universitetinin (BDU) “BSU Creativity Workz” komandası “TEKNOFEST – Girişim Yarışması”nın final mərhələsində uğurla çıxış edərək, 3 qalib komandadan biri olub. BDU-nun “BSU Creativity Workz” komandası yarışmada “Ağıllı nəqliyyat texnologiyaları” kateqoriyası üzrə bu ilin may ayında İstanbul şəhərində keçirilən “TEKNOFEST-2023” festivalında birinci yerə layiq görülən “Driver’s Eye” layihəsi ilə çıxış edib. Qeyd edək ki, […]

Mərkəz sədri: “Gürcüstanda çox az sayda azərbaycandilli məktəb qalıb”

“Hazırda Gürcüstanda məktəblərdə və universitetlərdə qruplaşmalar yaranıb. Gürcülər bir, azərbaycanlılar ayrı qrup halında gəzirlər. Bu cür hallar olmasın deyə orta məktəblərdə müəllimlərə bu haqda seminar və təlimlər keçirilməlidir”. “Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri Alyans Gənclər Mərkəzinin sədri Leyla Əmrahova sentyabrın 2-də Tbilisidə keçirilən Beynəlxalq Gənclər Forumunun “Mədəni diplomatiya” adlı panel müzakirələrində deyib. […]

Fransa polisi məktəblərdə müsəlman uşaqlara qarşı keşik çəkəcək

  Fransa Daxili İşlər Nazirliyi məktəblərə qızlar və oğlanlar üçün ənənəvi müsəlman geyimlərinə qoyulan qadağanın tətbiqinə kömək edəcək. Bunu Lilldə (Fransanın şimalındakı departamentdə) jurnalistlərə açıqlamasında nazir Jerald Darmanin deyib. “Daxili İşlər Nazirliyinin əməkdaşları respublikada qurulmuş qayda-qanunun təmin olunması üçün müəllimlər və təhsil naziri ilə birgə çalışacaqlar. Məktəbdə neytrallıq olmalıdır. Bundan kənarda hər kəs geyim barəsində […]

Kolleclərin boş qalan yerlərinə qəbul olmaq üçün 2657 abituriyent ixtisas seçimi edib

  Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclər) boş qalan plan yerlərinə avqustun 31-dən başlanan ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, bu gün saat 11:55-dək 2657 abituriyent (Azərbaycan bölməsi -2640, rus bölməsi -17) ixtisas seçimi edib. Orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək […]

UNEC-də Sənəd Qəbuluna Dəstək Mərkəzi yaradılıb

  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Sənəd Qəbuluna Dəstək Mərkəzi yaradılıb. UNEC-dən  bildirilib ki, Tələbə Həmkarlar İttifaqı Komitəsinin fəal tələbələrindən ibarət Mərkəz bakalavriat pilləsinə qəbul olan abituriyentlərin sənəd qəbuluna kömək göstərilməsi məqsədilə təşkil edilib. Mərkəz sentyabrın 5-dən 14-dək fəaliyyət göstərəcək.

ADA ilə “Naxçıvan” Universiteti arasında memorandum imzalanıb – FOTO

ADA Universiteti ilə “Naxçıvan” Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Bu məqsədlə “Naxçıvan” Universitetinin nümayəndə heyəti Bakı şəhərinə səfər çərçivəsində ADA Universitetində olub. Bu barədə ADA Universitetindən məlumat verilib. İmzalanma mərasimində ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə, “Naxçıvan” Universitetinin rektoru Anar Kazımov, beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor Rza Məmmədov və digərləri iştirak ediblər. […]

DİM 9-cu və 11-ci sinif şagirdləri üçün əlavə imtahan keçirəcək

Dövlət İmtahan Mərkəzi bu il keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verən 600-ə yaxın şagird üçün sentyabrın 3-də əlavə imtahan keçirəcək. Mektebgushesi.az xəbər verir ki, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər. İmtahanlar […]

ADNSU-ya ilkin mərhələdə 3405 tələbə qəbul olunub

  Bu il Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) qəbul planı ilk mərhələdə 94,45 faiz yerinə yetirilib. Bu barədə Mektebgushesi.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, 2023-2024-cü tədris ilində I ixtisas qrupu üzrə ADNSU üçün ayrılmış 3605 yerdən 3405 yerə tələbə qəbul olunub. Universitetdə üç dildə – Azərbaycan, ingilis və rus dillərində 30 ixtisas üzrə tədris […]