Dördüncü qrup üzrə qəbul imtahanlarında 1206 nəfər 500 baldan yuxarı nəticə göstərib
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında dördüncü ixtisas qrupu üzrə 1206 nəfər 500-dən yuxarı bal toplayaraq müsabiqədə iştirak etmək hüququ qazanıb. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu il IV qrup üzrə müsabiqəyə (həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə) ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi […]
Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinə 169 adda kitab hədiyyə edilib
Çinin Azərbaycandakı səfirliyi Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinə Çinin mədəniyyəti, tarixi, dili, cəmiyyəti, siyasəti, iqtisadiyyatı və digər sahələri ilə bağlı 169 adda kitab hədiyyə edib. Bu barədə universitetdən məlumat verilib. Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min Xəzər Universitetinin rektoruna unvanladığı məktubda bildirib ki, Çin tərəfi Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzinin fəaliyyətinə böyük önəm […]
UNEC-in məzunlarının növbəti uğuru
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 15 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub. UNEC-dən bildirilib ki,14 məzun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, 1 məzun isə İtaliyanın TOP universitetlərində magistr təhsili alacaq.
Müəllimin ölümünə səbəb olan sürücüyə hökm oxundu
Qubada sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə ana və iki azyaşlı uşağını vuran 41 yaşlı Süleyman Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, qəza nəticəsində ana-Günay Fərzəliyeva ölüb, uşaqları isə xəsarət alıb. Məhkəmədə G.Fərzəliyevanın həyat yoldaşı hüquqi varis kimi tanınıb. Təqsirləndirilən şəxs özünü təqsirli bilsə də, ifadə verməkdən imtina edib. Onun istintaqdakı […]
99-dan biri: Almaniyada təhsil alan Qubalı balası
Almaniyanın Frayberq Universitetində yüksək təhsilə sahib olan Azərbaycan oğullarından biri də qubalı Rzaqulu idi. Min bir arzu, istəklə Almaniyaya üz tutan azərbaycanlı balasına elə gəlirdi ki, Avropa təhsilinə sahib olsa həyatda çox nailiyyətlər qazana bilər. Əslində Rzaqulu düz düşünürdü. Avropada aldığı yüksək təhsili vətəninin tərəqqisi naminə həyata keçirmək üçün can atan Rzaqulu yaddan çıxarmışdı ki, […]
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. Oxu.az xatırladır ki, 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiqləyir. Azərbaycan muğamının müasir tarixində Birinci […]
BDU-nun 13 məzunu Birləşmiş Krallıqda təhsil alacaq
Bakı Dövlət Universitetinin (BDU) “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanan 16 məzunundan 13-ü Birləşmiş Krallıqda təhsilini davam etdirəcək. Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, həmin məzunlar 2023-2024-cü tədris ilində qeyd edilən ölkənin nüfuzlu universitetlərində magistratura pilləsində təhsili alacaqlar.
Tələbələr üçün mühəndislik düşərgəsi təşkil ediləcək
11-14 sentyabr tarixlərində “Zuğulba” tədris-idman bazasında “Bir Könüllü” Tələbə Təşkilatı və Avropa Elektrik Mühəndisliyi Tələbələri Assosiasiyasının yerli bölməsi “EESTEC Observer Baku”nun əməkdaşlığı ilə mühəndislik düşərgəsi təşkil ediləcək. Düşərgədə ali təhsil müəssisələrinin mühəndislik ixtisaslarında bakalavriat (III-IV kurs) və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Düşərgədə iştirak etmək istəyən tələbələr 5 sentyabr tarixinədək link vasitəsilə qeydiyyatdan […]
Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Laçından olan sakinlərlə görüşüb qısa söhbət etdilər. Kişi sakin: Anam 46 il burada müəllim işləyib. Biz anam tərəfdən böyük nəsil-kökük. Mehriban xanım Əliyeva: Bura […]
Bakıda gimnaziyaya 33 il rəhbərlik edən direktor işdən azad olunub
160 nömrəli Klassik gimnaziyanın direktoru Faina Ələkbərova işdən azad olunub. “Report” xəbər verir ki, Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın direktoru, Əməkdar müəllim, III dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Faina Ələkbərova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarmasına görə), 21 iyul 2023-cü […]
Bu test imtahanı proqramına dəyişiklik edildi
Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib. Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. “Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul […]
Xaricdə Yay məktəbini uğurla başa vuran ADNSU tələbələri sertifikat alıblar
Avqustun 25-də ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov xaricdə yay məktəbini uğurla başa vuran tələbələrlə görüşüb. ADNSU tələbələri -Yusufov Rolan, Ələkbərova Leyla, Məmmədov Yunis və Əsgərli Rauf 2022/2023-cü tədris ilində Estoniya, Finlandiyaya və Rusiyada keçirilən Yay məktəblərində uğurla iştirak ediblər. Xarici ölkələrdə Yay məktəbini uğurla başa vuran tələbələrlə görüşdə Beynəlxalq Əlaqələr üzrə prorektor müavini, dosent […]
BDU-nun 16 məzunu Dövlət Proqramının qalibi olub – SIYAHI
Bakı Dövlət Universitetinin (BDU) 16 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb və nüfuzlu universitetlərdə magistratura təhsili alacaq. 2023/2024-cü tədris ili üçün həyata keçirilən sənəd qəbulunun növbəti nəticələri üzrə magistratura səviyyəsinə qəbul olan 381 namizədin 16 nəfəri BDU-nun məzunudur. Onlardan 13 nəfəri Birləşmiş […]
AzTU əməkdaşları İsveçə səfər edib
Azərbaycan Texniki Universitetinin (AzTU) Beynəlxlaq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah və İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Farqanə Musayeva “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) layihəsi çərçivəsində İsveçə səfər edib. Mektebgushesi.az xəbər verir ki, səfərin məqsədi ali təhsil müəssisələrində universitet-sənaye işbirliyinin gücləndirilməsi, innovasiya və sahibkarlıq fəaliyyətlərinin inkişaf etdirilməsi sahəsində İsveç təcrübəsinin öyrənilməsindən ibarətdir. Səfər çərçivəsində innovasiya […]
Müddətli müqavilə ilə vakansiya seçiminin nəticələri açıqlanıb
21-23 avqust tarixlərində keçirilən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərilib. Bu barədə Mektebgushesi.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib. Vakansiya seçimi mərhələsində uğur qazanan 1 045 namizəd müddətli müqavilə ilə çalışmaq imkanı əldə edib. Qeyd edək ki, MİQ-in vakansiya seçimi mərhələsində uğur […]