Mektebgushesi

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hədəfim 700 baldır

  Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 3-də keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Bakı şəhəri 299 nömrəli tam orta məktəbin şagirdi Nərmin Ağazadədir. Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Nərmin Ağazadə 4-cü ixtisas qrupuna hazırlaşır. “9-cu sinifdə buraxılış imtahanına hazırlaşdım. Yenidən […]

BSU-da  “İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar”  mövzusunda məlumat sessiyası keçirilib

  Aprelin 2-də Bakı Slavyan Universitetində (BSU-da) “İnklüziv təhsildən inklüziv cəmiyyətə” II Beynəlxalq elmi-praktik konfrans və Ümumdünya Autizm Maarifləndirmə aylığı çərçivəsində “İnklüziv cəmiyyət üçün imkanlar və yeni texnologiyalar” mövzusunda məlumat sessiyası keçirilib. Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq əlaqələr üzrə prorektoru Şahin Pənahov, BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, eləcə də həmin fakültənin bir neçə […]

Üç-yeddi yaşlı uşaqlar süni intellekti üstələdilər

Berklidəki Kaliforniya Universitetinin (ABŞ) psixoloqları sübut ediblər ki, hətta süni intellektin ən qabaqcıl modelləri ixtiraçılıq və yaradıcı təfəkkür testlərində uşaqlardan geri qalır. Ekspertlərin qənaətləri “ChatGPT” ağıllı çat botunun müxtəlif obyektlərin qeyri-standart istifadəsi ilə bağlı problemlərin həllində 3-7 yaşlı uşaqlar ilə rəqabət apardığı təcrübəyə əsaslanır. Nəticələr insan və süni intellektin imkanları arasında nəzərəçarpacaq uyğunsuzluğu aşkar edib. […]

Buraxılış imtahanından 300 bal toplayan 14 nəfərin siyahısı

Xəbər verdiyimiz kimi, 11 illik orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Mektebgushesi.az – ın məlumatına görə, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Onlar aşağıdakılardır: 1. Hüseynova Pakizə Namil qızı (Gəncə şəhəri, 16 saylı şəhər orta məktəbi) 2. Yusibov Elşən Səfa […]

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 5 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib. Belə ki, martın 3-də keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 146 nömrəli tam orta məktəbin şagirdi Qasımova Fatimə, 257 nömrəli tam orta məktəbin şagirdi Rüstəmli Fidan, 144 nömrəli tam orta məktəbin şagirdi Rzabəyli […]

DIM: 16 nəfərin imtahan nəticəsi ləğv edilib

Martın 3-də keçirilmiş buraxılış imtahanında iştirakı nəzərdə tutulan 52267 nəfərdən 474 nəfər imtahana gəlməyib. Bu barədə Mektebgushesi.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan qaydalarını pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən  Mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

3 mart buraxılış imtahanının nəticələri elan olunub

 Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən mektebgushesi.az-a məlumat verilib. Bildirilib ki, imtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2024/netorta/) daxil olaraq iş nömrəsi (8 rəqəmli şagird kodu) və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə […]

ADPU-nun Şamaxı filialında Aprel döyüşləri şəhidləri anılıb

  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Kitabxana və elektron resurslar şöbəsinin təşkilatçılığı ilə Aprel döyüşləri şəhidlərinə həsr olunmuş guşə hazırlanıb. Əvvəlcə, torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şöbənin  müdiri Vəsilə Razimi və sosial və xüsusi məsələlər üzrə direktor müavini Şəlalə Seyidova çıxış edərək Aprel döyüşləri haqqında geniş məlumat […]

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub

Şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı təşkil olunub. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, çempionat Elm və Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində VI-IX və X-XI sinif şagirdləri arasında keçirilib. İkimərhələli çempionatın onlayn keçirilən seçim oyununda respublika üzrə 450-yə yaxın […]

ADPU-nun Şəki filialının yeni direktoru  fəal  və  əlaçı  tələbələrlə görüşüb  

Aprelin 2-də  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  Şəki  filialının yeni direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent  Vurğun  Məmmədov  filialın  fəal  və əlaçı tələbələri ilə geniş tərkibdə  ilk  görüşünü  keçirib. Görüşdə  filialın  direktor  müavinləri, dekanlar, digər struktur bölmələr  və tələbə  təşkilatlarının  rəhbərləri  iştirak  ediblər. Direktor, dos. V. Məmmədov filialın gələcək fəaliyyət strategiyası barədə  tələbələri  məlumatlandırıb, görüləcək  […]

İlahiyyat İnstitutu abituriyentlər üçün məlumatlandırma tədbirlərinə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) orta məktəblərin yuxarı sinif şagirdləri üçün məlumatlandırma tədbirlərinə başlayıb. İnstitutdan Mektebgushesi.az -a bildirilib ki, ilk tədbir Bakının Sabunçu rayonu üzrə məktəb direktorları, abituriyentlər və orta məktəb müəllimlərinin iştirakı ilə keçirilib. Sabunçu rayonu 187 nömrəli tam orta məktəbin direktoru Gülnarə Məmmədova çıxışında gənclərin milli-mənəvi ruhda inkişafının vacibliyinə toxunub. O, ölkəmizdə gənclərin savadlı […]

Ceyhun Kərəmov: Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur

Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi nəzərdə tutulur . Mektebgushesi.az xəbər verir ki, bu sözləri  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib. Onun sözlərinə görə, bəzi spesifik sahələr var ki, bu istiqamətlərdə mövcud tarixi ənənələr davam etdirilməlidir: “Məsələn, Şuşada musiqi alətlərinin təmiri ilə bağlı ixtisasın tədrisi planlaşdırılır. Çünki Şuşa bizim musiqimizin, mədəniyyətimizin […]

ADPU tələbələri Memorial Soyqırımı Muzeyini ziyarət ediblər

  Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatınin (ADPU TGT) Tarix və coğrafiya fakültəsi təşkilatının təşkilatçılığı ilə 31 Mart soyqırımının 106-cı ildönümü münasibətilə Memorial Soyqırımı Muzeyinə ziyarət təşkil olunub. Ziyarət real faktlara əsasən hazırlanmış “Əsrin faciəsi” filminin izlənməsi ilə başlayıb. Muzeydə tələbələrə həmin dövrün tarixi gerçəkləri mənbələr və eksponatlar əsasında nümayiş olunub, Azərbaycan xalqının qan […]

Kamran Əsədov: “İmtahanların keçirilməsi üçün ən çətin yolları axtarır, tapır, tətbiq edirik”

Abituriyentlər həvəslə nəticələrin elan edilməsini gözləyir, həm də gec açıqlandığına görə gileylənirlər. Mektebgushesi.az xəbər verir ki, bu fikri təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki hesabında bildirib. Dövlət İmtahan Mərkəzi martın 3-ü və 10-u 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirib. Bu imtahan həm də ali məktəblərə qəbulun birinci mərhələsi, həmçinin 5-ci qrupa və 11-ci sinifdən […]