Mektebgushesi

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan bölməsində Rəyasət Heyəti növbəti dəfə toplanıb. AMEA-dan bildirilib ki, əvvəlcə Naxçıvan bölməsinin sədri akademik İsmayıl Hacıyev iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Gündəlikdəki ilk məsələ martın 30-da keçiriləcək “Naxçıvan Muxtar Respublikasının yaradılması: tarix və müasirlik” respublika elmi konfransına hazırlıqla bağlı olub. Hazırlığın vəziyyəti barədə məlumat verən bölmə sədri müvafiq tapşırıqlar […]

AMEA-nın Lənkəran Elmi Mərkəzində 31 Mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi konfrans keçirilib  

Martın 28-də AMEA Lənkəran Regional Elmi Mərkəzi Quba Soyqırımı Memorial Kompleksi ilə birgə “1918-ci il Azərbaycanın bölgələrində azərbaycanlıların soyqırımı” mövzusunda Zoom platforması vasitəsilə elmi konfrans keçirilib. Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın moderatoru AMEA Lənkəran REM-nin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev bildirib ki, ermənilərin xalqımıza qarşı törətdiyi 31 […]

Məktəb psixoloqları üçün müsabiqə elan edilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) psixoloji-tibbi-pedaqoji komissiyaların yeni tərkibinin formalaşdırılması ilə bağlı məktəb psixoloqları üçün müsabiqə elan edir. Müsabiqədə iştirak etmək istəyən psixoloqlar sağlamlıq imkanları məhdud uşaqların psixodiaqnostikasını aparacaq, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul edəcək, valideynlərə və ya digər qanuni nümayəndələrə müvafiq məsləhətlər verəcəklər. Sənəd qəbulu 29.03.2024-cü il tarixindən […]

Alimlər beyin üçün koronavirusdan təhlükəli olan infeksiyanı açıqlayıb

Qrip COVID-19-dan təxminən iki dəfə çox nevroloji pozğunluğa səbəb olur. “Report”un məlumatına görə, bu barədə “Healthday” xəbər verib. Alimlər qrip səbəbilə xəstəxanalara yerləşdirilən 70 min nəfər, COVID-19 diaqnozu ilə xəstəxanalara çatdırılan 19 min insanın məlumatlarını müqayisə ediblər. Ümumiyyətlə, qrip xəstələrinin 4,9 %-i və COVID-19 pasiyentlərinin isə 2,8 % -i xəstələndikdən bir il sonra nevroloji xəstəliklər […]

Sertifikasiyanın keçiriləcəyi tarixlərlə bağlı açıqlama

Cari il təhsilverənlərin sertifikatlaşdırılma prosesində riyaziyyat və xarici dil fənnini tədris edən müəllimlər iştirak edəcək. Prosesin yay aylarında keçiriləcəyi barədə məlumat verilsə də, dəqiq tarixlər məlum deyil. Mektebgushesi.az xəbər verir ki, Azedu.az Təhsil Portalı tarixlərin nə zaman açıqlanacağı barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə sorğu ünvanlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, cari ildə həyata keçiriləcək […]

Ucarda məktəb binasında yanğın olub

  Ucar rayonunun Əlikənd kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli fəaliyyət göstərməyən orta məktəb binasının bir otağının döşəməsi 3 m² sahədə və 1 ədəd taxtadan ibarət qapı qismən yanıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Qeyd edilib ki, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Alimlər: Qlobal istiləşmə Yer kürəsinin fırlanma sürətini dəyişib

Qlobal istiləşmə ilə əlaqədar Yer kürəsinin qütblərində buzların əriməsi planetin fırlanma sürətini dəyişir və bu, sıçrayış saniyəsinin tətbiqini 2029-cu ilə qədər gecikdirəcək. Bu nəticəyə Kaliforniyadakı Skripps Okeanoqrafiya İnstitutunun alimləri gəliblər. Bununla bağlı “Nature” jurnalında məqalə dərc olunub. Məlumdur ki, Ayın cazibə qüvvəsi səbəbindən Yerin fırlanması tədricən ləngiyir, kiçik dəyişikliklər Koordinasiya edilmiş ümumdünya vaxtı (UTC) ilə izlənilir […]

Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təkrar müsahibə keçiriləcək

Bu gün Bakı Şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul müsabiqəsinə dair təkrar müsahibəyə start veriləcək. Mektebgushesi.az xəbər verir ki, təkrar müsahibədə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsində 2 – 2,99 bal nəticə toplayan və təlimə cəlb edilən […]

AMEA-nın professoru vəfat etdi -FOTO

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun professoru, arxeoloq Tufan İshaq oğlu Axundov dünyasını dəyişib. “Report”un məlumatına görə, o, 76 yaşında vəfat edib. Qeyd edək ki, mərhum 1948-ci ildə Bakı şəhərində anadan olub. T. Axundov öz qazıntıları və tədqiqatları ilə digər bölgələrlə yanaşı, Azərbaycanın Muğan və Cənub bölgəsində də böyük işlərə imza atıb. Arxeoloq Cəlilabad bölgəsində 2004-cü […]

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

  On yeddi yaşlı vyetnamlı məktəbli Nguyen Khuang Duy SAT üzrə 1590/1600 bal toplayaraq dünyada ən yaxşı nəticəni göstərib. AZƏRTAC Vyetnamın “VnExpress” informasiya portalına istinadla xəbər verir ki, imtahanının təşkilatçısı “College Board”ın məlumatına görə, Duyun əldə etdiyi nəticə dünyada SAT üzrə ən yaxşı nəticələrinin bir faizinə daxildir. Duy, həmçinin IELTS üzrə 8.0 bal toplayıb. Vyetnam dahisinin […]

Emin Əmrullayev yeni prorektorlar təyin edib

Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetinə prorektor vəzifəsinə yeni təyinatlar olub.  Mektebgushesi.az xəbər verir ki,  elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən Ətrabə Gül Bakı Mühəndislik Universitetinin beynəlxalq əlaqələr üzrə, Könül Abaslı Sumqayıt Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə və Şahmar Umud oğlu Həsənov Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və […]

Nadir İsrafilov: “Hər şey məktəb üçün deyil, həyat üçün öyrədilməlidir”

“Nümunələrdən deyil, yalnız istək və tövsiyələrdən ibarət olan təhsil zəif təhsildir.” Təhsilimiz klassik pedaqogikadan bir növ ayrı düşüb, desəm bəlkə də mənimlə razılaşanlar da az olmaz. Bir çox hətta ali pedaqoji təhsilli gənclərimiz hələ də bilmirlər ki, bu günki təhsil Sokrat, Aristotel, Platon, Seneka kimi antik filosofların, Makarenko, Komenski, Uşinski, Suxomlinski, Pestalotsi kimi nəhəng pedaqoqların, […]

Siegen Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur

Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Almaniyanın Siegen Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur. Mektebgushesi.az xəbər verir ki,  mübadilə proqram çərçivəsində UNEC tələbələri 2024/2025-ci tədris ilinin payız semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə təqdim olunmuş sənədlər […]

“IELTS imtahanına təşviq” layihəsi çərçivəsində 300 nəfər uğur qazanıb

  Təhsilin İnkişafı Fondunun Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə birgə icra etdiyi “IELTS imtahanına təşviq” layihəsi çərçivəsində artıq 300 nəfər imtahanda iştirak edərək uğur qazanıb. Bu barədə Mektebgushesi.az -a Təhsilin İnkişafı Fondundan bildirilib. Qeyd olunub ki, layihədə iştirak edən akademik heyət üzvü və tələbənin bu imtahan üzrə ödənişləri fond tərəfindən qarşılanır. Layihə iştirakçılarından 27 nəfəri […]

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olundu – FOTO

Azərbaycan Tibb Universiteti ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı növbəti nailiyyəti əldə edib. Azərbaycanın təhsil tarixində ilk dəfə olaraq üç tədris proqramını beynəlxalq akkreditasiyadan keçirən ATU bu dəfə milli səviyyədə institusional akkreditasiyadan uğurla keçib. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Akkreditasiya Şurasının qərarına əsasən, Azərbaycan Tibb Universiteti 5 il müddətinə institusional akkreditasiyanı əldə edib. Bundan əlavə,  ATU-nun […]