Mektebgushesi

Psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. İdarədən Mektebgushesi.az-a verilən məlumata görə, psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər 06-22 aprel 2024-cü il tarixlərində https://anket.edu.az/link/265 portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər. Müsabiqə 3 mərhələdən (elektron qeydiyyat, test imtahanı, müsahibə mərhələsi ) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş […]

PISA 2025-in sınaq mərhələsi təşkil olunacaq

  May ayında PISA 2025 – Beynəlxalq Şagird Qiymətləndirilməsi Tədqiqatının sınaq mərhələsi təşkil olunacaq. Bu barədə Elm və Təhsil Nazirliyindən Mektebgushesi.az-a xəbər verilib. Bildirilib ki, PISA ümumi təhsil müəssisələri üzrə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik, bacarıqlarını qiymətləndirmək, eyni zamanda onları real həyatda tətbiq etmək qabiliyyətlərini müəyyənləşdirmək məqsədilə İqtisadi […]

Ceyhun Məmmədov: “Bir müddət sonra biz qərbin təhsilindən 100 il geridə qalacayıq”

Hər il ali təhsil müəssisələrində istər bakalavr, istərsə də magistratura pillələri üzrrə təhsil haqlarının artırıldığını müşahidə edirik. Mektebgushesi.az  xəbər verir ki, Millət vəkili Ceyhun Məmmədov AzEdu.az-a mövzu ilə bağlı münasibət bildirib. “Universitetlər müəllimin maaşını verə bilmir, amma təhsil haqqını artırırlar”,-deyə Milli Məclisin deputatı bildirib: “Təhsil haqlarının artırılması məsələsini universitetlər xərclərin ödənilməsi ilə əlaqələndirməyə çalışırlar. Onlar […]

Gagirdləri arasında insident baş vermiş məktəb direktoru cəzalandırıldı

“Aprelin 3-də Goranboy rayon M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin XI sinif şagirdləri arasında baş vermiş hadisə ilə bağlı bildiririk ki, məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar”. Mektebgushesi.az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən regional təhsil idarəsi […]

Hərbi İnstituta I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib

Heydər Əliyev adına Hərbi İnstituta 2024/25-ci tədris ili üçün I, II və III ixtisas qrupları üzrə sənəd qəbulu elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, əyani formada keçirilən tədris Azərbaycan dilində aparılır və təhsil müddəti beş ildir. Cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 […]

Azərbaycanda yeni özəl məktəb “SABAH.school” fəaliyyətə başlayıb

Azərbaycanda yeni nəsil özəl məktəb olan “SABAH.school” fəaliyyətə başlayıb. İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən “SABAH.school”, 2024-2025 tədris ili üçün şagird qəbuluna start verib. “SABAH.school” innovativ özəl məktəbdir. Məktəb, müasir texnologiyanı təhsilə inteqrasiya edərək şagirdlərdə innovasiya və texnologiyayönümlü bacarıqların inkişafını hədəfləyir. Məktəbin missiyası, güclü liderlərdən ibarət şagirdlər yetişdirərək, onların davamlı inkişafını təmin […]

“Sabahın alimləri” müsabiqəsinin finalı keçiriləcək

  ABŞ-ın “Society for Science” təşkilatının Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində Azərbaycanda təşkil olunan “Sabahın alimləri” XIII respublika müsabiqəsinin final mərhələsi keçiriləcək. Təhsil İnstitutundan Mektebgushesi.az-a bildirilib ki, müsabiqənin finalı aprelin 17-19-da Bakı Ali Neft Məktəbində təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və […]

BMU-nun rektoru şahmat yarışında qalib olan tələbələrlə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Gənclik Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında keçirilmiş şahmat idman növü üzrə Respublika Çempionatında III yerin qalibi olan komandanın üzvləri ilə görüşüb. Azərbaycanda böyük ənənələri olan şahmatın inkişafı istiqamətində dövlət səviyyəsində görülən işləri vurğulayan Yaqub Piriyev ölkəmizdə yeni şahmat məktəblərinin istifadəyə verildiyini, şahmatın […]

AzMİU-da “Məzunlarımızı tanıyaq” layihəsinə start verilib 

  Azərbaycan Memarlıq və İnşaat Universiteti(AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK)  təşkilatçılığı ilə “Məzunlarımızı tanıyaq” adlı layihəyə start verilib. Mektebgushesi.az xəbər verir ki, layihənin qonağı isə AzMİU-nun Tikinti-iqtisad fakültəsinin məzunu, Biznes və maliyyə savadlılığı üzrə peşəkar təlimçi, “Rodoos Training and Consulting” şirkətinin təsisçi və direktoru Rafət Şirəliyev olub. Məzunlarımız və tələbələrimiz arasında körpü yaratmaq, öz ixtisası […]

UNEC-də beynəlxalq konfrans keçiriləcək

  Mayın 2-3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin və Türkiyənin Səlcuq Universitetinin birgə təşkilatçılığı ilə VII Beynəlxalq Sosial və İqtisadi Araşdırmalar tələbə konfransı keçiriləcək. UNEC-dən Mektebgushesi.az-a bildirilib ki, hibrid formatda təşkil olunacaq konfrans tələbələrə sosial və iqtisadi sahədə araşdırmalarını paylaşmaq üçün platforma rolunu oynayacaq. Konfransda müxtəlif mövzuları əhatə edən sessiyalar, panel […]

ADPU-nun Quba filialında Aprel döyüşlərinə həsr olunmuş tədbir: Qələbənin ilk addımları  

Aprelin 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Quba-Xaçmaz Regional Nümayəndəliyinin təşkilatçılığı ilə Aprel döyüşlərinin səkkinci ildönümünə həsr edilmiş “Qələbənin ilk addımları” adlı tədbir keçirilib. Əvvəlcə, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib. Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə keçirilən tədbirdə filialın direktoru, […]

Məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas səbəbkarı sosial şəbəkələrdir – Nadir İsrafilov

“Məktəblərdə baş verən bütün neqativ hadisələrin əsas səbəbkarı sosial şəbəkələrdir. Nə qədər ki, bu istiqamətdə radikal addımlar atılmayacaq, bu kimi halların baş verməsi də bir o qədər qaçılmaz olacaq”. Mektebgushesi.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.   O qeyd edib ki, bu gün təhsil tərbiyəni üstələyir: “Mən dəfələrlə demişəm və bu gün […]

DİM İmtahanların təşkili və idarəedilməsi üzrə vakansiya elan edilib

İmtahanların təşkili və idarəedilməsi departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib. Bu barədə Dövlət İmtahan Mərkəzindən Mektebgushesi.az-a məlumat verilib. Struktur bölmə: İmtahanların təşkili və idarəedilməsi departamenti, İmtahanların təşkilinə texnologiya və innovasiyaların tətbiqi sektoru Vəzifənin adı: məsləhətçi Qulluq funksiyaları: imtahanların təşkili və keçirilməsi prosesinə texnoloji dəstəyin verilməsi; təşkilati işlərin optimallaşdırılması üçün lazımi proqram təminatlarının hazırlanması, tətbiqi və mövcud […]

Alim olmaq üçün 6 şərt

2018-ci ildə fiziologiya və tibb üzrə Nobel mükafatına layiq görülmüş yaponiyalı alim Tasuku Honjo alim olmaq üçün lazım olan 6 keyfiyyət barədə fikirlərini paylaşır: “Elmlə məşğul olmaq üçün mən həmişə şagirdlərimə deyirəm: Əgər onların Marağı yoxdursa, elm sahəsində karyera seçməməlidirlər. Müxtəlif cür alimlər var. Həqiqətən bilmək istədiyinizi öyrənmək həmişə vacibdir. Tədqiqatı naməlum suyu tapmaq üçün […]

Axtarışda olan abituriyentin urəkdağlayan məktubu tapıldı – VİDEO

Bakının Xətai rayonunda 11-ci sinif şagirdi imtahandan az bal topladığı üçün evi tərk edib. Bu barədə ATV-nin “Bizimləsən” verilişində məlumat verilib. Bildirilib ki, Miribrahim Fuad oğlu İsmayılov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. O, evi tərk etməzdən öncə məktub yazıb. Buna səbəb kimi o, ötən gün nəticələri açıqlanan imtahandan aşağı bal toplamasını səbəb göstərib. Ətraflı süjetdə: