Mektebgushesi

Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransı işə başlayıb

  Aprelin 12-də Bakıda III Beynəlxalq Təcrübə Əsaslı Öyrənmə Konfransının açılış mərasimi olub. Mektebgushesi.az xəbər verir ki, tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə təqdimatında “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, təhsilin qarşısında duran vəzifə və hədəflərdən, həmçinin son dövrlərdə Elm və Təhsil Nazirliyi tərəfindən aparılan işlərdən danışıb. O qeyd […]

Nadir İsrafilov: “Isti xatirələri olana soyuq atmosfer də da isti görünür…”

12 Aprel – Beynəlxalq Aviasiya və Kosmonavtika Günüdür. 12 aprel bütün dünyada Beynəlxalq aviasiya və kosmonavtika günü kimi qeyd olunur. Bu unudulmaz gündə insanın kosmosa ilk uçuşu gerçəkləşmişdir. 1961-ci ilin aprelin 12-sində Yuri Qaqarin dünya tarixinə kosmosa uçan ilk insan olaraq adını yazdırdı. Bu gün demək olar ki, əlli ölkədə kosmosa ilk uçuşun ildönümü kimi qeyd olunur. Məhz […]

Bu gün Dünya Kosmonavtika Günüdür

  Bu gün Dünya Kosmonavtika Günü qeyd olunur. Mektebgushesi.az xəbər verir ki, bu günün keçirilməsi 63 il əvvəl, 1961-ci il 12 aprel tarixində ovaxtkı SSRİ vətəndaşı Yuri Alekseyeviç Qaqarinin insanlıq tarixində ilk dəfə kosmosu fəth etməsi ilə bağlıdır. Qaqarin həmin gün “Vostok 1” kosmik gəmisində Moskva vaxtı ilə saat 9:07-də “Baykonur” kosmodromundan ayrılıb. 108 dəqiqəlik uçuşdan sonra […]

Xəzər Universitetində Ömər Faiq Nemanzadəyə həsr olunmuş tədbir keçirilib

  Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin və “Çapar” yayın evinin birgə təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin inkişafında, milli mədəniyyətimizin tərəqqisində, yeni idealların möhkəmlənməsində mühüm rol oynamış, görkəmli ziyalı, böyük maarifçi Ömər Faiq Nemanzadənin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Mektebgushesi.az xəbər verir ki, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müdiri, dosent Dilbər Zeynalova […]

Xankəndi sakini Təranə Şahmuradova: “İnstitutu tərk etmək məcburiyyətində qaldıq” – VİDEO

  Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olan Təranə Şahmuradova böyük səbirsizliklə doğma yurduna qayıdacağı günü gözləyir. 1988-ci il fevralın 13-də ermənilər ilk dəfə Xankəndiyə ərazi iddiası ilə mitinqlərə başlayanda T.Şahmuradova tələbə idi. Xankəndi şəhər Dövlət Pedoqoji İnstitunda təhsil alan digər gənclər kimi o da təhsilini dayandırmağa məcbur olub. “İnstitutu tərk etmək məcburiyyətində qaldıq. Şəhəri tərk edərkən […]

Hindistanda məktəbliləri daşıyan avtobus aşıb və altı uşaq ölüb

  Hindistanın mərkəzi Haryana əyalətində sürücü məktəb avtobusu hərəkətdə olarkən yerə atılıb. Sürücüsüz avtomobil ağaca çırpılaraq aşıb və nəticədə altı uşaq ölüb. Qəza zamanı avtobusda 30-dan çox məktəbli olub, onlardan 20-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər, üçünün vəziyyəti ağırdır. Polis sürücünü saxlayıb. Kişi polisə bildirib ki, idarəetməni itirdikdən sonra avtomobili tərk etmək qərarına […]

Nadir İsrafilov: “Universitetlərin siyahısının dərc edilməsi diplomların tanınmasında irəliləyişə səbəb ola bilər.”

  Son illər Nazirlər Kabinetinin təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapan yenii tələblərə əsasən bir çox baryerlərin aradan qaldırılması nəticəsində diplomların tanınmasından imtina sayında azalma müşahidə olunsa da, bu kimi hallar hələ də müşahidə olunmaqdadır. Agentlik sədrinin Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi […]

 Bir ömür mənimlə yaşayacaq gün

  Bir az yağışlı, bir az günəşli yaz günü ömrüm boyu mənimlə yaşayacaq. Həmin gün doğulduğum Qazax rayonunun Kəmərli kəndində yaşadığım sevinci, diqqəti və hörməti sözlə ifadə eləmək belə mümkün deyi. Doğmaların əhatəsində ərsəyə gətirdiyim “Dedim bəlkə sözüm qala…” kitabım haqqında müzakirədən gözəl nə ola bilərdi? Aslan Kəmərli adına orta məktəbin Aslan Kəmərli otağında pedoqoji […]

Ermənistan məktəbliləri Paşinyana görə təhlükəli vəziyyətlə üz-üzə qalıblar – VİDEO

  Ötən gün Ermənistanın bölgələrindən baş nazir Nikol Paşinyanla görüşməyə gələn yeniyetmələr parlamentin binasında çətin vəziyyətlə üzləşiblər. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Parlamentdəki çıxışını bitirən nazir onu gözləyən məktəblilərlə görüşə gedərkən jurnalistlər onu əhatəyə alaraq suallar verməyə başlayıblar. N.Paşinyan sualları cavablandırarkən təhlükəsizlik qüvvələri otağa giriş-çıxışları tam bağladıqlarından 20-yə yaxın məktəbli pəncərəsiz otaqda müsahibənin bitməsini […]

Şəkidə itkin düşən məktəbli qız Bakıda tapıldı

  Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə […]

Rus dilində Olimpiadanın növbəti turları keçirilib – FOTO

Rus dilində Respublika Olimpiadasının on birinci turları Sabirabad, Salyan və Lənkəranda keçirilib. Burada respublikanın Beyləqan, İmişli, Hacıqabul, Neftçala, Şirvan, Astara, Masallı, Cəlilabad rayonlarının məktəblərindən 7-9-cu sinif şagirdləri iştirak ediblər. Mektebgushesi.az  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu il Olimpiada ardıcıl 16-cı ildir keçirilir və Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə […]

Qəbələnin ucqar kəndində yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq – FOTO

  Qəbələnin ucqar kəndlərindən olan Bumda istifadəyə verilən yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq. Uzun illərdir məktəbdə tədris aparan müəllim Tofiq Qaragözov ”Report”a bildirib ki, 624 şagirdin təhsil alacağı məktəbdə 68 müəllim kollektivi və 21 texniki işçi heyəti çalışacaq. Pedaqoq deyib ki, yeni məktəb Bum qəsəbəsində yaşayan uşaqların gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş kimi yetişməsində […]

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək. Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin […]

Sabiq təhsil naziri Misir Mərdanovun səhhətində problem yaranıb – FOTO

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə sabiq nazirin özü məlumat verib. O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb: “Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə sanatoriyada müalicə alıram”. Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru […]