Mektebgushesi

ADA Universitetinə akkreditasiya şəhadətnaməsi təqdim edilib

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə ADA Universitetinin 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnaməni rektor Hafiz Paşayevə təqdim edib. Agentlikdən  bildirilib ki, təqdimat mərasimində çıxış edən Tural Əhmədov TKTA-nın fəaliyyət istiqamətləri haqqında məlumat verib və bunlardan birinin də təhsil müəssisələrinin akkreditasiyasının […]

AzTU-nun şəhid olan məzunlarının ailə üzvləri ilə görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan məzunlarının ailə üzvləri ilə görüş keçirilib. Tədbirdə müharibə veteranları, qazilər, respublikada fəaliyyət göstərən müxtəlif ictimai birliklərin nümayəndələri iştirak ediblər. Mektebgushesi.az xəbər verir ki, AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev Aprel döyüşlərində əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqlardan, şanlı ordumuzun uğurlarından danışıb. Bildirib ki, Aprel döyüşlərində AzTU-nun məzunları […]

UNEC-də “Elm günləri” yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm günləri” yekunlaşıb. UNEC-dən bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən universitetin rektoru professor Ədalət Muradov “Elm günləri” çərçivəsində UNEC-də elmi fəaliyyətin müxtəlif istiqamətləri üzrə geniş müzakirələrin təşkil olunduğunu bildirib. Rektor müzakirələr zamanı aşkarlanan zəif cəhətlərin aradan qaldırılması ilə bağlı müvafiq qərarlar verildiyini diqqətə çatdırıb. Professor Ədalət Muradov elm […]

Təhsilin İnkişafı Fondu qızlar üçün təqaüd proqramı elan edir

Təhsilin İnkişafı Fondu və STP Şirkətlər Qrupunun birgə əməkdaşlığı çərçivəsində “Zərif mühəndislər” xanımların inkişafı layihəsi həyata keçirilir. Mektebgushesi.az xəbər verir ki, layihənin başlıca məqsədi yüksək akademik göstəricilərə malik, texniki sahələr üzrə fərqli ixtisaslarda təhsil alan tələbə qızların təhsilinə, onların peşəkar mütəxəssis kimi yetişdirilməsinə dəstək göstərməkdir. Layihə çərçivəsində 50 nəfər qız tədris ilinin sonuna qədər STP Şirkətlər […]

Pedaqoji Universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində tədbirlər davam etdirilir

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Gənc Məzunlar Assosiasiyasının (ADPU GMA) təşkilatçılığı, “Təmiz Şəhər” ASC-nin dəstəyi ilə Bakı şəhəri M.Rahim adına 7 nömrəli tam orta məktəbdə bərk məişət tullantılarının düzgün idarə edilməsi ilə bağlı maarifləndirici təlim keçirilib. Görüşdə məktəbin direktoru  Könül Təhməzova, ADPU GMA-nın rəhbəri Eltac Cəbiyev, Universitetin Tədbirlərin təşkili və […]

ADNSU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş iftar süfrəsi keçirilib

Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetininin (ADNSU) şəhid məzunlarının xatirəsinə həsr olunmuş iftar süfrəsi təşkil olunub. İftar süfrəsində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov, universitetin professor-müəllim heyəti, şəhid məzunların ailə üzvləri və yaxınları iştirak ediblər. Əvvəlcə ADNSU-nun Vətən müharibəsində şəhid olmuş məzunlarının xatirəsinə salınmış Kompleksin və Milli Qəhrəman Mübariz İbrahimovun heykəli önünə gül […]

ADPU-da tələbələrin bədii yaradıcılıq festivalının baxış mərhələsi keçirilib 

Aprelin 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) tələbələrin bədii yaradıcılıq festivalının baxış mərhələsi keçirilib. ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, yekun konsertin quruluşçu rejissoru Hafiz Quliyev, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu , Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin şöbə müdiri Rüstəm Nəzirov, ADPU […]

Ötən il bağçalara 300-ə yaxın müəllim işə qəbul olub

  2023-cü ildən bu günədək imtahanda uğur qazanan 300-ə yaxın tərbiyəçi-müəllim uşaq bağçalarında işlə təmin olunub. Mektebgushesi.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova deyib. O bildirib ki, 2022-ci ildə bu göstərici 200-ə yaxın olub. Şöbə müdiri həmçinin Agentliyin qarşıdakı […]

Aprelin 7-də 55 min 887 şagird buraxılış imtahanı verəcək

Aprelin 7-də Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran – 2, Cəlilabad – 1, Masallı – 1, Yardımlı, Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li məktəb), Laçın (şəhər 2 №-li və Zabux kənd tam […]

Məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusunda olimpiada təşkil olunacaq

Aprelin 4-də Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvləri ilə görüş keçirilib. Görüşdə məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” mövzusuna həsr olunmuş olimpiadanın təşkilinə dair fikir mübadiləsi aparılıb. Görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı, Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir […]

Aprelin 7-də ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 7 aprel 2024-cü il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. İmtahanlar ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə respublikanın 25 şəhər və rayonunda –  Bakı şəhərinin Xəzər – 1, Qaradağ, Yasamal, Suraxanı, Binəqədi rayonlarında, Sumqayıt – 1, Abşeron – 1, Gəncə – 2, Mingəçevir, Şəmkir – 1, Tovuz, Qəbələ, Oğuz, Lənkəran […]

Məktəbin qarşısında aşan ağac təhlükə yaratdı

Bakının Əhmədli qəsəbəsi Neapol küçəsində yerləşən 171 nömrəli orta məktəbin yaxınlığında irigövdəli ağac kökündən qoparaq aşıb. Mektebgushesi.az  xəbər verir ki, bu problemlə bağlı “Qafqazinfo”ya həmin ərazidə yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, qopan ağac elektrik dirəklərinin üstünə düşüb və yaxınlıqdan keçən insanlar üçün təhlükə yaradıb. Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı […]

BMU tələbələri Cənubi Koreyada tədqiqat proqramında iştirak edib

Bakı Mühəndislik Universiteti (BMU) ilə İNHA Universitetinin birgə icraetdiyi tam dövlət təqaüdlü ikili diplom proqramı (İDP) çərçivəsində təhsilalan 5 tələbə Koreya (Cənubi) Respublikasının sözügedən ali təhsilmüəssisəsində 3 aya qədər davam edən tədqiqat proqramında iştirak edib.Tələbələr – Sübhan Abdullayev, Şahmurad Orucov, SahibzamanŞirinov, Aynur Məmmədova və Rəvan Ağazadə İDP çərçivəsində cari tədrisili üzrə sonuncu kursu hazırda Koreyada […]

MDU-da Aprel döyüşlərinin 8-ci ildönümü qeyd olunub

2024-cü il aprelin 3-də Mingəçevir Dövlət Universitetində (MDU) Aprel döyüşlərininildönümünə həsr olunmuş “Zəfərə gedən 4 günlük yol” adlı ədəbi-bədii tədbir keçirilib.MDU-nun Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) və Tələbə GənclərTəşkilatının (TGT) birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə şəhid ailələrinin üzvləri,universitetin akademik və inzibati heyəti, tələbə və magistrantlar iştirak edib.Əvvəlcə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmişşəhidlərin […]

UNEC ilə Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq memorandumu imzalanıb

UNEC ilə Azərbaycan İnvestisiya Holdinqi (AİH) arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib. Tədbirdə UNEC rektoru prof. Ədalət Muradov, AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, universitetin və AİH-in nümayəndələri iştirak ediblər. Rektor Ədalət Muradov AİH-in UNEC ilə əməkdaşlığını yüksək qiymətləndirərək, holdinqin rəhbərliyinə təşəkkürünü bildirib. Ə.Muradov çıxışında universitet və iş dünyası arasındakı əməkdaşlığın vacibliyindən söz açaraq, bu […]