Mektebgushesi

Hindistanda məktəbliləri daşıyan avtobus aşıb və altı uşaq ölüb

  Hindistanın mərkəzi Haryana əyalətində sürücü məktəb avtobusu hərəkətdə olarkən yerə atılıb. Sürücüsüz avtomobil ağaca çırpılaraq aşıb və nəticədə altı uşaq ölüb. Qəza zamanı avtobusda 30-dan çox məktəbli olub, onlardan 20-si müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Uşaqlar xəstəxanaya yerləşdiriliblər, üçünün vəziyyəti ağırdır. Polis sürücünü saxlayıb. Kişi polisə bildirib ki, idarəetməni itirdikdən sonra avtomobili tərk etmək qərarına […]

Nadir İsrafilov: “Universitetlərin siyahısının dərc edilməsi diplomların tanınmasında irəliləyişə səbəb ola bilər.”

  Son illər Nazirlər Kabinetinin təsdiqlədiyi “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qayda”sında əksini tapan yenii tələblərə əsasən bir çox baryerlərin aradan qaldırılması nəticəsində diplomların tanınmasından imtina sayında azalma müşahidə olunsa da, bu kimi hallar hələ də müşahidə olunmaqdadır. Agentlik sədrinin Medianın İnkişafı Agentliyi ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin media nümayəndələri üçün birgə keçirdiyi […]

 Bir ömür mənimlə yaşayacaq gün

  Bir az yağışlı, bir az günəşli yaz günü ömrüm boyu mənimlə yaşayacaq. Həmin gün doğulduğum Qazax rayonunun Kəmərli kəndində yaşadığım sevinci, diqqəti və hörməti sözlə ifadə eləmək belə mümkün deyi. Doğmaların əhatəsində ərsəyə gətirdiyim “Dedim bəlkə sözüm qala…” kitabım haqqında müzakirədən gözəl nə ola bilərdi? Aslan Kəmərli adına orta məktəbin Aslan Kəmərli otağında pedoqoji […]

Ermənistan məktəbliləri Paşinyana görə təhlükəli vəziyyətlə üz-üzə qalıblar – VİDEO

  Ötən gün Ermənistanın bölgələrindən baş nazir Nikol Paşinyanla görüşməyə gələn yeniyetmələr parlamentin binasında çətin vəziyyətlə üzləşiblər. Bu barədə Ermənistan mətbuatı xəbər yayıb. Parlamentdəki çıxışını bitirən nazir onu gözləyən məktəblilərlə görüşə gedərkən jurnalistlər onu əhatəyə alaraq suallar verməyə başlayıblar. N.Paşinyan sualları cavablandırarkən təhlükəsizlik qüvvələri otağa giriş-çıxışları tam bağladıqlarından 20-yə yaxın məktəbli pəncərəsiz otaqda müsahibənin bitməsini […]

Şəkidə itkin düşən məktəbli qız Bakıda tapıldı

  Şəkidə itkin düşən 16 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə yeniyetmə Bakı şəhərində tapılıb. Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın iki universiteti dünya reytinqində yer tutub

Ali təhsil sahəsində beynəlxalq analitik agentlik Quacquarelli Symonds (QS) fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqini (QS World University Rankings by Subject 2024) açıqlayıb. Bu barədə Mektebgushesi.az -a Elm və Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan QS reytinqdə 2 universitetin təhsil proqramları ilə təmsil olunub. Ölkə üzrə ən yüksək nəticə əldə […]

Rus dilində Olimpiadanın növbəti turları keçirilib – FOTO

Rus dilində Respublika Olimpiadasının on birinci turları Sabirabad, Salyan və Lənkəranda keçirilib. Burada respublikanın Beyləqan, İmişli, Hacıqabul, Neftçala, Şirvan, Astara, Masallı, Cəlilabad rayonlarının məktəblərindən 7-9-cu sinif şagirdləri iştirak ediblər. Mektebgushesi.az  Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətinə istinadla xəbər verir ki, bu il Olimpiada ardıcıl 16-cı ildir keçirilir və Aleksandr Puşkinin anadan olmasının 225 və Mirzə […]

Qəbələnin ucqar kəndində yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq – FOTO

  Qəbələnin ucqar kəndlərindən olan Bumda istifadəyə verilən yeni məktəb binası şagird sıxlığını aradan qaldıracaq. Uzun illərdir məktəbdə tədris aparan müəllim Tofiq Qaragözov ”Report”a bildirib ki, 624 şagirdin təhsil alacağı məktəbdə 68 müəllim kollektivi və 21 texniki işçi heyəti çalışacaq. Pedaqoq deyib ki, yeni məktəb Bum qəsəbəsində yaşayan uşaqların gələcəkdə Azərbaycan üçün layiqli vətəndaş kimi yetişməsində […]

Alimlərdən şəkər xəstələrini insulindən ömürlük xilas edəcək təcrübə

Yaponiyalı alimlər gələn il şəkər xəstələrinin insulin problemini ömürlük həll edəcək unikal əməliyyat keçirməyi planlaşdırırlar. Belə ki, onlar hormon istehsal edən mədəaltı vəz hüceyrələrini donuzlardan insanlara köçürməyə hazırlaşırlar. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb. Bildirilir ki, əməliyyatı Yaponiya Milli Beynəlxalq Tibb Mərkəzinin mütəxəssislərinin rəhbərlik etdiyi tədqiqatçılar qrupu həyata keçirəcək. Nəşrin məlumatına görə, qanda şəkərin səviyyəsinin […]

Sabiq təhsil naziri Misir Mərdanovun səhhətində problem yaranıb – FOTO

Sabiq təhsil naziri Misir Mərdanov səhhətindəki problemlə əlaqədar müalicə almağa başlayıb. Mektebgushesi.az xəbər verir ki, bu barədə sabiq nazirin özü məlumat verib. O bildirib ki, bayram tətili ilə bağlı fürsətdən istifadə etməyə çalışıb: “Bayram günlərində həmkarlar təşkilatının göndərişi ilə sanatoriyada müalicə alıram”. Qeyd edək ki, Misir Mərdanov hazırda Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun direktoru […]

UNEC QS reytinqində yeni uğura imza ataraq, dünyanın 351-400 universiteti arasında yer aldı!

  UNEC yeni bir uğura imza atdı. Aprelin 10-da QS Reytinq Agentliyinin sahələr üzrə açıqladığı dünya reytinqinə (QS World University Rankings by Subject | 2024) əsasən, UNEC “İqtisadiyyat, Ekonometrika” üzrə keçən ilki reytinqlə müqayisədə 150 pillə irəliləyərək, dünyanın ən yaxşı 351-400-cü universiteti səviyyəsinə yüksəldi. Bundan əlavə, UNEC ilk dəfə “Sosial elmlər və menecment” üzrə dünyanın […]

Bakı məktəblisi ABŞ-nin ən nüfuzlu beş universitetinə qəbul və təqaüd qazanıb

Bakı şəhəri 1 nömrəli məktəbin XI sinif şagirdi Gülnur Ağakişiyeva ABŞ-nin ən nüfuzlu universitetlərinə qəbul və təqaüd hüququ qazanıb. Mektebgushesi.az xəbər verir ki, o, Birləşmiş Ştatların Erbana Şempeynsdəki İllinoys, Purdyu, eləcə də Penn universitetlərindən qəbul qazanıb. Məktəbli bununla bərabər, Corc Vaşinqton Universitetindən 15 000 dollar (25 500 AZN), Fordhem Universitetindən isə illik 25 000 dollar (42 […]

16 yaşlı məktəbli qız itkin düşüb – FOTO

  Şəki şəhər sakini, 2008-ci il təvəllüdlü Mustafayeva Aysel Vaqif qızı aprelin 4-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. İtkin düşən şəxsin əlamətləri belədir: boyu 150 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Sonuncu dəfə onun əynində göy rəngli cins […]

Həyat mənbəyimiz: Yaşıl canlılarımızı xilas edək

Başı bədənsiz təsəvvür edə bilmədiyimiz kimi, dünyanı da yaşıl canlılarsız xəyala gətirmək müşkül və ağrılıdır… Aldığımız hər nəfəsdə onların payına saysız-hesabsız ulduzların sonsuzluğu qədər vəzifə düşür. Bəli, bəhs etdiyim canlılardan biri də ağaclardır. Onlar bizə təkcə oksigen dolu hava verməklə kifayətlənmir, hisslərimizi anlamaq üçün kağız, evimizə istilik bəxş edən odun, hüzuru yaşadan ev olur. Əlifbada […]

MDU kollektivi Ramazan bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

  Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Ramazan bayramı münasibətilə bu ali təhsil müəssisəsinin Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun ailələrini ziyarət ediblər. Görüşlər zamanı torpaqlarımızın bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canından  keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailə üzvləri müqəddəs Ramazan bayramı münasibətilə təbrik edilib. Şəhid […]