Mektebgushesi

Rövşən Rzayev Bakı Ali Neft Məktəbində tələbələrlə görüş keçirdi

Bakı Ali Neft Məktəbində təhsil alan və çalışan qaçqın və məcburi köçkünlərlə görüş keçirilib. Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Ali Məktəbin və Komitənin məsul əməkdaşları, tələbələr və onların valideynləri iştirak edib. Tədbirdə çıxış edən Elmar Qasımov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti […]

Gəncə Dövlət Universitetinin rektoru tələbələrlə görüşüb

Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov ali təhsil müəssisəsinin müvafiq ixtisaslarında təhsil alan tələbələrlə görüşüb. Rektor Yusif Yusibov çıxışında bildirib ki, bu gün Gəncə Dövlət Universiteti özünün inkişaf dövrünü yaşayır. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğı göstərib. Bu gün isə Prezident cənab İlham Əliyev […]

ABŞ-ın Florida Universitetinin professoru Neft-Kimya Prosesləri İnstitutunda

ABŞ-ın Florida Universitetinin professoru, azərbaycanlı alim Nazim Muradov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olub. NKPİ-dən bildirilib ki, Nazim Muradov institutun direktoru, akademik Vaqif Abbasov, elmi işlər üzrə direktor müavini Təranə Məmmədova və baş elmi işçi Elmira Süleymanova ilə görüşüb. Görüşdə hidrogen enerjisi, biokütlənin sərbəst halda və ağır […]

İsmayıllı Peşə Tədris Mərkəzində Koordinasiya Şurasının görüşü

“Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahəsində duala bənzər peşə təhsili və təlimi pilotlarının yaradılması” layihəsi çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzinin nəzdində təsis edilməkdə olan Koordinasiya Şurasının görüşü keçirilib. Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə 20-yə yaxın müəssisənin, İsmayıllı Rayon İcra Hakimiyyəti, Dövlət Aqrar İnkişaf Mərkəzi, Dövlət Turizm Agentliyi və […]

“XX Respublika Gənclər Debat Forumu: Payız 2019” layihəsində 2000-ə yaxın gənc iştirak etdi

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində Bakı Dövlət Universitetinin yaranmasının 100 illiyinə həsr olunan “Bakı Gənclər Debat Forumu: Payız, 2019” layihəsinin bağlanış və mükafatlandırma mərasimi keçirilib. Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra “Bakı Gənclər Debat […]

ADU-da Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib

Dekabrın 18-də Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrası, Bakı Amerika Mərkəzi, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə təşkilatçılığı ilə ABŞ-dakı Vaşinqton Piano İncəsənəti Şurasının əməkdaşlığı çərçivəsində İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “İki dünyanın şairi” adlı ədəbi-bədii gecə keçirilib. Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Novruz Məmmədov Nəsiminin Azərbaycan ədəbiyyatında xüsusi yeri […]

Professor, şair Rafiq Yusifoğlu ilə görüş keçrilib

18.12.2019-cu il tarixində Bakı şəhərində yerləşən Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan tanınmış şair, ədəbiyyatşünas, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, ədəbi mükafatlar laureatı, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun iştirakı ilə “Mənim imzam” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Dilşünas, AMEA doktorantı Nofəl Şirinov tədbir iştirakçılarına […]

“Startup Day 2019”-un qalibləri seçilib

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnnovativ Biznes İnkubator Mərkəzinin təşkil etdiyi “Startup Day 2019” adlı tədbir keçirilib. Tədbir London South Bank Universitetinin dəstəyi ilə “Creative Spark” proqramı çərçivəsində gerçəkləşib. Universitetin İnnovativ Biznes İnkubator Mərkəzinin təşkil etdiyi tədbir universitetin bakalavr, magistr tələbələrinin və doktorantların startup layihələrinin inkişaf etdirilməsi üçün Boot Campların və treninqlərin […]

BMU-da Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri

Bakı Mühəndislik Universitetində (BMU) “Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri” adlı seminar-müzakirə keçirilib. Tədbir BMU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrası ilə Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurası tərəfindən təşkil olunub. Pedaqoji fakültənin dekanı, dosent Elşad Abdullayev XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmiş M.Hadiyə həsr olunan tədbirin […]

Azərbaycan Universitetində akademik Məmməd Cəfər Cəfərovun 110 illik yubileyi qeyd edilib

Azərbaycan Universitetində “Böyük alim Məmməd Cəfər” adlı tədbir keçirilib. Universitetdən Mektebgushesi.az -a bildirilib ki, tədbir Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 15 aprel tarixli Sərəncamına əsasən təşkil olunub. Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən tədbirdə Məmməd Cəfər Cəfərovun ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin nəzəri əsaslarını, ideya xüsusiyyətlərini, […]

Lənkəran ŞTŞ metodkabinetinin Lənkəran Peşə Liseyi ilə yeni təşəbbüsü

Muasir cəmiyyətdə şagirdlərə elm, bilik öyrətməklə yanaşı şagird şəxsiyyətinin hərtərəfli inkişafı biz təhsilverənlər üçün prioritet məsələ olmalıdır .Elə başa düşürük ki, təlim prosesinin siniflərdən daha çox əyaniliyə doğru inteqrasiyası bir çox fənlərin tədrisində müsbət nəticələr verə bilər. Bu həm də gələcəkdə şagirdlərə sənət – peşə seçməkdə də yardımçı olar. Buğun qonağı olduğumuz Lənkəran Peşə Liseyi […]

Masallıda Cəfər Cabbarılın Yaradıcılıq gecəsi keçirilib

Gənc Jurnalist Mərhəmət Lələyev Masallıda Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş tədbir keçirib. Tədbirdə Masallı Rayon Mədəniyyət Mərkəzində Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş “Vətən gözdür, biz kirpik” adlı ədəbi-bədii kompozisiya göstərilib. Tədbir Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı orta məktəbinin və Bədəlan kənd orta məktəbinin istedadlı şagirdlerinin iştirakı ilə hazırlanmışdır. Tədbirdə  Masallı RTŞ- nin əməkdaşları […]

Azərbaycan Dillər Universitetində “Müəllimlər arasında ixtisas olimpiadası”- nın növbəti mərhələsi keçirilib

Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı , Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, YAP Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “LİBRA” kitab nəşriyyatının baş sponsroluğu ilə respublikada ilk dəfə keçirilən “Müəllimlər arasında İxtisas Olimpidası” nın ADU mərhələsini keçirilib. III və IV kursda pedaqoji ixtisas üzrə təhsil alan tələbələr olimpiada da öz biliklərini […]

Rektor intellektual yarışın qalibləri ilə görüşüb

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” Müasir İncəsənət Məkanının dəstəyi ilə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş gənc mədəniyyət işçiləri arasında keçirilən intellektual turnirin final mərhələsi keçirilib. Mektebgushesi.az xəbər verir ki, Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin tələbələrindən ibarət komanda Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı və “YARAT” […]

Cəfər Cabbarlı yaradıcılığına həsr olunan tədbir keçirilib

Masallı Rayon Mədəniyyət Mərkəzində Cəfər Cabbarlının yaradıcılığına həsr olunmuş “Vətən gözdür, biz kirpik” adlı ədəbi-bədii kompozisiya göstərilib. Gənc Jurnalist Prdusser Mərhəmət Lələyevin təşkilatçılığı ilə baş tutan tədbir Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı orta məktəbinin və Bədəlan kənd orta məktəbinin istedadlı şagirdlərinin iştirakı ilə hazırlanıb. Tədbirdə  Masallı RTŞ- nin əməkdaşları Bəybala Xəlilov, Minəvyər Əzimova […]