Mektebgushesi

Bakı Dövlət Universitetində növbəti Elmi seminar keçirilib

Bakı Dövlət Universitetində (BDU) Fizika Problemləri ETİ-nin və AMEA-nın Fizika İnstitutunun birgə seminarı keçirilib. Seminarı giriş sözü ilə Universitetin Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə açaraq onun əhəmiyyətindən danışıb və işinə uğurlar arzulayıb. Seminarda Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano “Bulk Electronic Structure of InSe” […]

Azərbaycan Dillər Universitetində “Koreya güşəsi”nin açılışı olub

Azərbaycan Dillər Universitetində “Koreya güşəsi”-nin açılışı olub. Açılışda Koreyanın Azərbaycandakı səfiri Kim Tonq-op, Beynəlxalq əlaqələr üzrə prorektor Jalə Qəribova və rektorun məsləhətçisi Anar Osmanlı iştirak edib. Açılış nitqi ilə çıxış edən prorektor Jalə Qəribova göstərilən dəstəyə görə Koreya fondu və Koreyanın Azərbaycandakı səfirliyinə dərin təşəkkürünü bildirib. Səfir Kim Tong op isə öz çıxışında çox az […]

ADNSU-da təhsil alan əcnəbi tələbələr Milad bayramını qeyd ediblər -FOTOLAR

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Əcnəbi tələbələrlə iş üzrə dekanlığın təşkilatçılığı ilə Milad Bayramı və Yeni ilə həsr olunmuş şənlik keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, prorektorlar, həmçinin, universitetin professor müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan ADNSU-nun Əcənəbi tələbələrlə iş üzrə dekan müavini […]

Azİİ e-Kitab Evində kitab təqdimatı keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “Ekologiya mühəndisliyinin neft sənayesindəki müasir problemləri” kitabının təqdimatı keçirilib. Mektebgushesi.az xəbər verir ki, tədbirdə ADNSU-nun Elmi İşlər üzrə prorektor Rauf Əliyarov, Qaz-neft mədən fakültəsinin (QNMF), Kimya Texnologiya fakültəsinin (KTF)  və İqtisadiyyat və Menecment fakültəsinin (İMF) professor-müəllim heyəti  və tələbələr iştirak edib. Tədbiri giriş sözü […]

Elmi sessiya: milli xoreoqrafiya sənətinin görkəmli ustadı

Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış nümayəndəsi, görkəmli rəqs ustası, Xalq artisti Əminə Dilbazinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamına müvafiq olaraq Bakı Xoreoqrafiya Akademiyasında (BXA) silsilə tədbirlər keçirilir. Növbəti tədbir “Milli xoreoqrafiya sənətinin görkəmli ustadı” mövzusunda elmi sessiya olub. BXA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdən əvvəl akademiyanın tam orta məktəbinin şagirdləri konsert proqramı ilə çıxış […]

M.S Ordubadi irsinə Şərq və Qərb kontekstindən baxış

AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Məmməd Səid Ordubadi: Şərq və Qərb” monoqrafiyasının təqdimatı keçirilib. Institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, Latviyada nəşr olunan kitab Azərbaycan ədəbiyyatının, söz sənətinin dünyada təbliğ edilməsi baxımından əhəmiyyətlidir. Direktor qeyd edib ki, aktual […]

Fəlsəfə İnstitutunda akademik Fuad Qasımzadənin 90 illik yubileyi qeyd olunub

AMEA-nın Fəlsəfə İnstitutunda tanınmış filosof, akademik Fuad Qasımzadənin 90 illik yubileyinə həsr olunmuş elmi seminar keçirilib. İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə alimin keçdiyi ömür yoluna nəzər salıb, onun Azərbaycan fəlsəfə elminə verdiyi töhfələrdən bəhs edib. O bildirib ki, bu gün fəlsəfə sahəsində Fuad müəllimin yetirmələri müəllimlərini […]

Böyük Vətən Müharibəsi qəhrəmanı, əslən basqallı

Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş tədbir keçirilib             21 dekabr 2019-cu il tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində şəhid Rəmzi Novruzov adına Basqal qəsəbə tam orta məktəbində Böyük Vətən Müharibəsi Qəhrəmanı, əslən basqallı olan siyasi rəhbər Kamal Qasımovun anadan olmasının 110 illiyinə həsr olunmuş “Qəhrəmanın hünəri – Vətən qəhrəmanlarını unutmur” adlı tədbir keçirildi. […]

ADNSU-da “Brain ring” çempionatı keçirilib

Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə daxili “Brain ring” intellektual yarışı keçirilib. Yarışda 7 fakültə, BBA(MBA,ZU) proqramları, SABAH qrupları və UFAZ tələbələri olmaqla 10 komanda iştirak edib. Gərgin keçən bilik mübarizəsinin sonunda ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsinin komandası 1-ci, Neft-mexanika fakültəsinin komandası 2-ci, BBA proqramları […]

Lənkəran teatrında uşaqlar üçün hazırlanmış Yeni il tamaşasının premyerası olub

Lənkəran Dövlət Dram Teatrının kollektivi hər il olduğu kimi bu il də ənənəsinə sadiq qalaraq 2020-ci ilin qış tətili günlərində məktəb yaşlı tamaşaçılarını yeni səhnə əsəri ilə sevindirməyi qarşısına məqsəd qoyub. Bu dəfə teatr uşaqların görüşünə gənc rejissor Tərlan Abdullayevin müəllifi olduğu və quruluş verdiyi “Balaca qara qız” nağıl-pyesinin tamaşası ilə gəlib. Dekabrın 21-də premyerası […]

Gimnaziyada “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir

Ombudsmanın Cəlilabad Regional Mərkəzi Salyan şəhərindəki A.Səfərov adına İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada “Fundamental hüquqlar” mövzusunda maarifləndirici tədbir keçirib. Tədbirdə Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək, insan hüquqlarının inkişaf mərhələləri, BMT-nin İnsan Hüquqları Ümumi Bəyannaməsi, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Benəlxalq Pakt, Mülki və siyasi hüquqlar haqqında Benəlxalq Pakt, ölkəmizin bu […]

Tbilisidə Azərbaycan dilinə həsr edilmiş “Ana dilim” layihəsinin təqdimatı keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan dilinə həsr edilmiş “Ana dilim” adlı sosial çarxın təqdimatı keçirilib. Mektebgushesi.az-ın məlumatına görə, AZERTAC -ın yerli bürosu xəbər verir ki, görkəmli Azərbaycan şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında hazırlanmış sosial çarxda Azərbaycan dilinin Gürcüstanda yaşayan azərbaycanlılar arasında yaşadılması, gələcək nəsillərə təbliğ edilməsi hədəflənib. 8 dəqiqəlik çarxda müxtəlif yaş qrupları və sosial təbəqələrdən […]

Azərbaycan Universitetində “Asılı olma, azad ol” adlı konfrans keçirilib

Azərbaycan Universiteti, Zərərli Vərdişlərə Qarşı İctimai Birliyi, TİKA Bakı Proqram Koordinatorluğu və Müasir Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Asılı olma, azad ol” adlı konfrans keçirilib. Zərərli vərdişlər haqqında karikatura sərgisi, sahə üzrə mütəxəssislərin Azərbaycan Universitetinin professor-müəllim heyəti ilə görüşü və tələbələr üçün seminar olmaqla üç hissədən ibarət tədbir tələbələrin maarifləndirilməsi məqsədilə təşkil edilib. Universitetdən mektebgushesi.az-a […]

BSU-da Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 20-də Bakı Slavyan Universitetinin (BSU) Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin 140 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova Azərbaycan təhsilinin böyük nailiyyətlərlə zəngin tarixi bir yol keçdiyini deyərək bildirib ki, Azərbaycanın maarif, təhsil tarixinə […]

LDHK–da “Fövqəlada hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib

20 dekabr 2019–cu il tarixində Lənkəran Dövlət Humanitar Kollecində (LDHK) FHN–nin DYNX–nin Cənub Regional DYNİ–nin təşkilati dəstəyi “Fövqəlada halların davranış qaydaları” ilə bağlı profilaktiki tədbir keçirildi. Kollecin müəllim və tələbələrinin qatıldığı tədbirdə Cənub Regional Mərkəzinin “Maarifləndirmə” sektorunun müdiri Zaur Hüseynov, Ərazi orqanları iş şöbəsinin baş zabiti d\x baş leytenantı Şəhriyar Hətəmov, DYNX–nin Cənub Regional Dövlət […]